QUTechnopark beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir

QUTechnopark beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir

QUTechnopark heyəti fərdi inkişaf üzərində çalışaraq layihə və tədbirlərin daha uğurlu baş tutması üçün töhfə verməyə davam edir. Belə ki, QU Texnopark-ın nəzdində fəaliyyət göstərən Layihələrin İnkişafı və Texnoloji Transfer Departamentinin direktoru Zəfər Həsənov Polşanın Lodz Universiteti tərəfindən təşkil olunan kursda iştirak edərək sertifikata layiq görülmüşdür. 21 mart- 28 may tarixləri arasında baş tutan Texnoloji Transfer menecerləri üçün nəzərdə tutulmuş kurs Leonardo Da Vinçi çox yönlü layihəsi əsasında “Avropa Texnoloji Transfer Meneceri” adı altında həyata keçirilmişdir. Qeyd edək ki, kurs Fikri Mülkiyyət haqları və Lisenziyalaşdırma, İnformasiyanın əldə edilməsi, Texnoloji ticarət, Danışıqlar, Yeni Biznes İnkişafı, Layihə menecerliyi, Kommunikasiya və Şəbəkələşmə mövzularını əhatə etmişdir.

Əsmər Həşimli