AzRoboHack2 Final proqramı keçirildi

AzRoboHack2 Final proqramı keçirildi
May ayının 23-də Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM), QUTexnopark, QU Kompyuter Mühəndisliyi bölməsi, IEEE Azerbaijan Chapter-in təşkilatçılığı, AZEL Elektronik LTD, ACCODERS, DNS Computers və CeDAWI-nin sporsonluğu ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş tələbələr arasında keçirilən 2-ci respublika robot müsabiqəsi AzRoboHack2 elektronika yarışının final mərhələsi keçirildi. Azərbaycan universitetləri arasında bir ilk olan layihənin məqsədi tələbələrimizin potensialının üzə çıxması üçün şərait yaratmaq, elektronikaya olan marağı, həmçini ölkədə bu sahəyə olan diqqəti artırmaqdır. Müsabiqə iştirakçılarının öhdəliyi təlimlər zamanı təyin edilmiş meyarlara uyğun elektronika tətbiqləri təqdim etmək olmuşdur. Qiymətləndirmə zamanı elektronikanın innovativliyi, sənaye yararı, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, elektronik dizaynı və işinin stabilliyi nəzərə alınmışdır. Müsabiqənin qalibləri: 1-ci yer Technobots, 2-ci yer Roboarduino, 3-cü yer Moonlight layihələri olmuşdur. Qalibləri təbrik edir və layihələrə uğurlar arzulayırıq. 
 
Əsmər Həşimli