Texnopark nədir?

Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək  verir. Bu proseslərdə bütün yanaşmalar  təşəbbüskarlıq  və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə texnoparklar insan kapitalını sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.

 

Texnoparklar ibarətdir

  • İnkubasiya Mərkəzi
  • Texnoloji əməkdaşlıq ofisi
  • Texnoloji transfer ofisi
  • Üniversitet-sənaye əməkdaşlığı

 

Yüksək texnologiyalar istehsalının dört təməl tərəfi vardır:

  • Araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü,
  • Yetərli məlumat bazası,
  • Yetərli maliyə dəstəyi,
  • Proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.