Təlimlər

"Step2016"

QEYDİYYAT

"Step2016" innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihədir. Üç addımdan ibarət olan layihənin birinci hissəsi aşağıdakı kimidir:

  • İnnovativ düşüncə qabiliyyətini inkişaf etdirmək;
  • İdeyanın tapılması və formalaşdırılması;
  • İdeyanın inkişafı üçün komandanın formalaşdırılması;
  • Yaradıcı və kreativ mühit;
  • Düşüncə sərhədlərini aşmaq;
  • Dünyaya fərqli pəncərədən baxmaq;
  • Yaradıcı və uğurlu insanlarla bir arada olmaq;
  • Fərqli təcrübələr, fərqli hisslər. 
   

 

Layihə çərçivsində müxtəlif görüşlər keçiriləcək. Görüşlər bir-birindən məkan və məzmun olaraq fərqlənir.

Layihə müddətində iştirakçılara aşılanacaq əsas yanaşmalar fərqli və innovativ düşünməyə açıq olmaq, öz ideyalarını ətrafdakılarla bölüşməkdən çəkinməmək və hər bir ideyanın biznesə çevrilməsi metodlarını göstərməkdir. Layihənin məqsədi gəncləri təşəbüskar fəaliyyətlərə təşviq etməkdir.

            Layihədə Qafqaz Universiteti ilə yanaşı, digər universitetlərin də tələbələri iştirak edə bilər.

            Layihə əsasında iki günlük təlim proqramı keçiriləcək:

            Məruzəçilər və mentorlar, eləcə də iki günlük proqramın gedişatı haqqında əlavə məluumat veriləcək.

            Layihə iştirakçılarına sertifikat veriləcək.

            Layihənin icrası zamanı meydana çıxan xərclərin bir hissəsi (təqribən 10 manat) iştirakçılardan tələb olunacaq. Qeyd edək ki, layihə əsasında iştirakçılar ən azı 5 məruzəçi və ya mentorla görüşəcəklər. Layihə müddətində gündə iki dəfə kofe-break, bir dəfə isə nahar veriləcək.

           Qeydiyyat:

            Layihənin rəhbəri:  Qafqaz Universitetinin tələbəsi Qəmzə Baxışaliyeva

            Ətraflı məlumat və əlaqə üçün:

            e-mail: qemze.baxisaliyeva563@gmail.com

            Tel: +994 (12) 349-99-58

            Web: http://qutechnopark.az