Haqqında

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə Azərbaycanda ilk dəfə universitet daxilində texnopark fəaliyyətlərinə başlandı.

Universitet-sənaye əməkdaşlığında ciddi layihələri mövcud olan Qafqaz Universiteti texnopark  fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında öz töhfəsini verməyi hədəfləyir.

Qafqaz Universiteti Texnoparkı formalaşdırılarkən ABŞ, İsveç, Türkiyə və RF-nın təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta Doğu Texniki Universiteti), İTU (İstanbul Texniki Universiteti) və YTU-nun (Yıldız Texniki Universiteti) Texnopark nümunələri əsas götürülərək Qafqaz Universiteti Texnoparkı təsis edilmişdir.

2013-cü ilin Yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.

QUTechnopark hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTechnoparkdı fəaliyyətlər istər kadr hazılığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılmasında şirkətlərlə əməkdaşlığın daha da genişlənməsini və səmərəli nəticələrini təmin edir.

Hazırda QUTechnopark Qafqaz Univrsitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 5-i xeyli vaxtdır ki burada fəaliyyət göstərirlər. Hazırda yeni texnopark binasının tikilməsi üzərində iş aparılır.