Xəbərlər

Azərbaycanın ali məktəblərindən birində texnopark yaradılacaq Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetində Türkiyənin Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması nəzərdə tutulur. Trend-in çərşənbə günü Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu məsələ təhsil naziri Misir Mərdanovun Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə keçirilən görüşündə müzakirə olunub. Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində mü...