Xəbərlər

I Respublika robot proqramlaşdırma müsabiqəsinin qalibləri mayın 6-da elan ediləcək Azərbaycanda ilk dəfə keçirilən I Respublika robot proqramlaşdırma müsabiqəsinin final nəticələri mayın 6-da Qafqaz Universitetində elan ediləcək. Təşkilat komitəsindən qeyd edilib ki, əvvəlki mərhələdə komandaların proqramlaşdırma biliklərini yoxlamaq üçün onlayn yarış keçirilib. Bunun nəticəsində ümumi proqramlaşdırma biliyi olan komanda seçilib və müsahibəyə dəvət olunub. Şərtlərə görə, qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak etməli idilər: “Seçim mərhələlərinə qatılan komandalardan 21-i bu haqqı qazandı və bu komandalardan 10-u finala vəsiqə qazandı.Finala vəsiqə qazanmaq üçün komandalara verilən sualların cavabları müvafiq ballarla (hər sual 0-20 bal arası) qiymətləndirilib.  Maksimum balı toplayan komandalar seçilib”. Finala vəsiqə qazanan komandalara “HappyRobotics”, “RoboOlimp”, MİM, “Master minds”, “Huggies”, “C...

AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı davam edir Qafqaz Universiteti ACM Tələbə Bölməsi, QUTexnoparkın təşkilatı dəstəyi, AZEL şirkətinin sponsorluğu ilə Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı davam edir.  AzRoboHack-ə 14 aprel tarixində start verilmişdir. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitetlərin tələbələrindən təşkil edilmiş 55 komanda qeydiyyatdan keçmişdir.  Qeydiyyatdan keçmiş komandaları müqayisə etmək və layiq olanları seçmək üçün komandalar bir neçə mərhələdə seçimlərdə iştirak etmişlərdir.  Öncə 28-29 aprel tarixlərində qeydiyyatdan keçmiş komandalar E-olimp veb səhifəsində təşkil olunmuş AzRoboHack 1 və AzRoboHack 2 online müsabiqələrində öz proqramlaşdırma biliklərini sübut etməyə çalışdılar. Bu mərhələyə 43 komanda qatılmağa razılıq verdi və bu komandalardan 34-ü online ...

17 yaşlı azərbaycanlının heyrətamiz uğuru – ABŞ-da 6 UNİVERSİTET! Birləşmiş Ştatların 6 universitetinə müraciət etmiş azərbaycanlı məzun Emil Əliyev bütün universitetlərdən müsbət cavab alıb. -ın məlumtına görə, Praqa Beynəlxalq Məktəbinin son sinfində oxuyan Emil Əliyev SAT testini uğurla verdiyinə görə Kaliforniya Universiteti - Davis, Nyu-York Universiteti, Dreksel Universiteti, Stoni Bruk Universiteti, Kaliforniya Universiteti - San Dieqo, Northeastern Universiteti onu qəbul edəcəkləri barədə məktub göndəriblər. Kaliforniya Universiteti - Davis Emilə mükafat da təyin edib. Kompüter elmləri və mühəndisliyi ixtisasına yiyələnmək istəyən Emil həmin universiteti seçib. Qlobal texnoloji layihələrin çoxu dünyaya Kaliforniyadakı Silikon Vadisindən yayılır. Buna görə, o bu ixtisasa həm nəzəri, həm praktik baxımdan yaxşı yiyələnmək üçün Kaliforniya Universitetini seçdiyini deyir. Xatırladaq ki, 17 yaşlı Emil Əliyev Praqa Beynəlxalq Məktəbinin 65 illik tarixində oranı bitirən ilk azərbaycanlıdır. Texnologiyaya böyük marağı ola Emil mobil te...

AzRoboHack - Finala vəsiqə qazanan komandalar Nəhayət ki, yarışın finalçıları seçildi.  Öncəki mərhələdə komandaların proqramlaşdırma biliklərini yoxlamaq üçün online yarış keçirildi. Bunun nəticəsində ümumi proqramlaşdırma biliyi olan komanda seçildi və musahibəyə dəvət olundu. Seçim mərhələlərinə qatılan komandalardan 21- bu haqqı qazandı və bu komandalarda aşağıdakı 10-u finala vəsiqə qazandı:      1. HappyRobotics   2. RoboOlimp   3. MİM   4. Master minds   5. Huggies   6. CreRobotative   7. ROBOSOFT   8. Frankenstein   9. BDU-tetbiqci   10. Excalibur Finala vəsiqə qazanmaq üçün komandalara müsahibədə aşağıdakı suallar verilmiş və komandaların cavabları müvafiq ballarla (hər sual 0-20 bal arası) qiymətləndirilmişdir. Maksimum balı toplayan komandalar seçilmişdir. İdarəetmə sistemləri (control systems/embedded systems) haqqında ümumi m...

Dünyadakı 10 mütəxəssisdən biri – Uğur hekayəsi Kamran Ağayev: “Uğurumun üç sirri var”Oracle İstifadəçilər Qrupunun prezidenti, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru, “Qafqaz” Universitetinin müəllimi, peşəkar idmançı, İnformasiya Texnologiyaları İnstitutunun doktorantı. Bütün bunların hamısı bir nəfərin öhdəsindədir və işlərini sevə-sevə görür. Çünki məşğul olduğu işlərə marağı həddindən artıq çoxdur. Müsahibimiz Kamran Ağayevlə yaxından tanış olaq...- 2003-cü ildə Qafqaz Universitetinin kompyuter mühəndisi ixtisasını bakalavr, 2006-cı ildə magistratura pilləsi üzrə bitirmişəm. Ali məktəbi başa vurandan sonra “Bakı Elektrik Şəbəkəsi”ndə işləmişəm. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda doktorluq dissertasiyamı müdafiə etmək ərəfəsindəyəm. Dörd ildir ki, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru vəzifəsində çalışıram.- Azərbaycanda “Oracle” ...

QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi Aprel 16-da QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi."İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı sərbəst görüşlər formasında təşkil olundu. Proqramın məqsədi Qafqaz Universitetində çalışan profeessor-müəllim heyətini QUTechnopark-da fəaliyyət göstərən firmaların nüamyəndələri ilə daha yaxından tanış etmək, eləcə də burada həyata keçirilən layihələr haqqında geniş məlumat vermək idi. Proqramda Qafqaz Universitetinin müxtəlif kafedra və şöbələrin əməkdaşları QUTechnoparkda fəaliyyət göstərən firmaların işi ilə yaxından tanış oldular. Bu tanışlıqlar gələcəkdə ortaq layihələrin inkişafına kömək etməklə yanaşı, tələbə və magistrların da texnoparkdakı fəaliyyətlərə cəlb olunmasına müsbət təsir edəcəkdir. Qeyd edək ki, hazırda texnoparkda işləyən personelin təqribən yarısı tələbələrdir. Proqram iştirakçılarına verilən kokteyl şirkət nümayəndələri ilə Universitet çalışanları arasında səmimi münasibətlərin inkişafına səbəb oldu. Xatıqlad...

1-ci Respublika robot proqramlaşdırma müsabiqəsinə start verildi QUTechnopark və Qafqaz Universiteti İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi universitet tələbələri arasında I Respublika robot proqramlaşdırma müsabiqəsi elan edir. Layihənin Sponsoru AZEL Elektronik şirkətidir. Layihə Azərbaycanın bütün universitetlərinin bakalavr və magistr dərəcəsində təhsil alan tələbələrinin iştirakı üçün açıqdır. Daha ətraflı məlumatı buradan ala bilərsiniz. ...

ADAU-nun tərkibində Texnopark yaradılacaq Dünya ölkələri əsasən sənaye gücünə inkişaf ediblər. Sənayenin inkişafında isə elmin və texnologiyanın tətbiqi danılmazdır. Bu iqtisadi əhəmiyyətli vəhdət texnoparklarda cəmləşir. Odur ki, ölkədə texnoparkların sayının artırılması dövlət qarşısında duran prioritet məsələlərdəndir. Elə bu məqsədlə yaxın zamanlarda ADAU-nun tərkibində texnoparkın yaradılması nəzərdə tutulur. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsində “texnoparklar” mövzusu müzakirə edilib. Texnopark nədir, sənayenin inkişafında texnoparkların rolu, o cümlədən Aqrar Universitetin profilinə uyğun olaraq aqroparklar haqqında məlumatlarla bağlı təlimi QUTexnoparkın direktoru İsa Qasımov keçib. Artıq 1 ildir fəaliyyət göstərən QUTexnopark Azərbaycanda texnoparkların inkişafı üçün digər universitetlərə də dəstək verir. İsa Qasımov– “QUTexnopark”ın direktoru: “Bu işi sadəcə bölüşməklə bitirməyəcəyik, gələcəkdə inkişaf üçün burda əməkdaşlıqların tə...

QUTechnopark “İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçirdi QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 12 Aprel 2014-cü il tarixində Remells Hüquq Şirkətinin partnyoru Rəşid Əliyevin təqdimatında “İdeyanızı və İT Şirkətinizi Qorumaq üçün Hüquqi Mexanizmlər” mövzusunda təşkil edildi. Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı Kompüter proqramlarına və digər əqli mülkiyyət obyektlərinə hüquqlar və onların qorunması mexanizmləri, Elektron ticarət: mənim müqaviləm etibarlıdırmı İT şirkətlərinin və xüsusən də Startapların üzləşdiyi bir sıra hüquqi məsələlər: şirkətlərin yaradılması, idarəçilik, əmək və vergi məsələləri.  Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı...

“İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçiriləcək Bu gün innovativ sahibkarlığa maraq göstərən və bu sahibkarlığı yaratmaqda israrlı olan kifayət qədər kreativ düşüncəli insanlara rast gəlmək mümkündür. Bəs rəqabət şəraitində ideyanızı necə qoruya bilərsiniz? İnformasiya texnologiyaları sahəsində yaratdığınız şirkəti belə müdaxilələrdən qorumaq üçün hüquqi mexanizmlərlə tanışsınızmı? "QUTecnopark"-ın təşkilatçılığı ilə davam edən  "Təşəbbüskarlıq seminarları" silsiləsinin növbəti seminarı məhz bu istiqamətə həsr olunub. "İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər" mövzusunda keçirilən budəfəki seminar "Remells" Hüquq şirkətinin tərəfdaşı, təlimçi Rəşid Əliyev tərəfindən aparılacaq. Aprelin 12-də "QUTecnopark"-ın seminar salonunda saat 15.00-16.30-da təşkil ediləcək tədbirdə təlimçi bir çox məsələlərə toxunacaq. İştirakçılar "Kompüter proqramlarına və digər əqli mülkiyyət obyektlərinə hüquqlar və onların qorunması mexanizmləri", "Elektron ...

Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı QUTechnopark-ın təşkilatçılığı ilə sahibkarlığın inkişafına dəstək məqsədi ilə keçirilən Yeni Fikir Müsabiqəsi 2014 layihəsi əsasında yarımfinal proqramı keçirildi. Yarımfinal proqramı QUTechnopark-ın seminar salonunda baş tutdu. 168 iş fikri komandasının (layihə qrupunun) mübarizə apardığı yarışmada 24 layihə yarımfinala vəsiqə qazanmışdı. Martın 15-də keçirilən yarımfinal proqramında 24 iş fikri komandası öz təqdimatları ilə münsiflər heyəti qarşısında, iş fikirlərinin real biznesdə daha rəqabətli olduğunu iddia edərək, finala vəsiqə qazanmaq uğrunda yarışdılar. Yarımfinal təqdimatlarının nəticələrinə əsasən, real biznesə ən yaxın 10 iş fikrinin (layihənin), Münsiflər Heyəti tərəfindən finalda yarışmasını uyğun gördü.   (Layihələr əlifba sırası ilə verilmişdir) Finala vəsiqə qazanan layihələr aşağıdakılardır: Antiviruslar.az BethClip EnWo GriG Səslə idarə etmə prototipi Spark Studio Şparqalka Fənlər Tomi`s Aerial Vehicle Tuning Fork YolDaş Finala vəsiqə qazanmış layihələrin inkişafına əlavə...

İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol Yalnız Azərbaycanda deyil, bütün dünyada perspektivli layihələr təqdim edən “startup”lara dəstəк verilir  Yalnız Azərbaycanda deyil, ümumilikdə bütün dünyada perspektivli layihələrin, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsi üçün ilk növbədə onlara dəstəyin göstərilməsi vacibdir. Layihələrin investorlara təqdim edilməsi, həmçinin investor axtarışına yardım edilməsinin özü də yeni başlayan “startup”ların ayağa qalxmasında kifayət qədər əhəmiyyət daşıyır. Cari ildə məhz belə bir platformanı yaradan “Startup Turkey – 2014”-də Azərbaycanın 7 “startup” layihəsi, o cümlədən “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” iştirak edib. Biznesin inkişafında dünyanın müasir maraqları və regional potensialları bir araya gətirən bu mühit bəs nə qədər məhsuldar və səmərəli oldu?  “Çöz...

İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol Yalnız Azərbaycanda deyil, bütün dünyada perspektivli layihələr təqdim edən “startup”lara dəstəк verilir Yalnız Azərbaycanda deyil, ümumilikdə bütün dünyada perspektivli layihələrin, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsi üçün ilk növbədə onlara dəstəyin göstərilməsi vacibdir. Layihələrin investorlara təqdim edilməsi, həmçinin investor axtarışına yardım edilməsinin özü də yeni başlayan “startup”ların ayağa qalxmasında kifayət qədər əhəmiyyət daşıyır. Cari ildə məhz belə bir platformanı yaradan “Startup Turkey - 2014”-də Azərbaycanın 7 “startup” layihəsi, o cümlədən “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” iştirak edib. Biznesin inkişafında dünyanın müasir maraqları və regional potensialları bir araya gətirən bu mühit bəs nə qədər məhsuldar və səmərəli oldu? “Çözüm yolları ge...

İş dünyasının gələcəyini anlayaraq yeni dəyər formalaşdırma metodları "İş dünyasının gələcəyini anlayaraq yeni dəyər formalaşdırma metodları" mövzusunda seminar keçirildi. Seminar Dr. Ufuk Batumun təqdimatında TUSİAB-da keçirildi....

Girişimçilik, İnnovasiya və İş Modeli mövzusunda seminar keçirildi 10 Mart 2014 - QUTechnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına dəstək məqsədi ilə Türkiyədən dəvət olunmuş məışhur semninarçı Dr. Ufuk Batumun təqdimatında "Girişimçilik, İnnovasiya və İş Modeli" mövzusunda seminar keçirildi. Seminar iştirakçıları sertifikatla təltif olundular....

Münsiflər Heyəti ilə görüş keçirildi 10 Mart 2014-cü il tarixində YFM 2014 yarımfinalçıları ilə münsiflər heyətinin konsultasiya xarakterli görüşü keçirildi. Görüşdə yarımfinala vəsiqə qazanmış layihələrin müəllifləri ilə münsiflər heyətinin üzvləri bir araya gəldilər. Əvvəlcə münsiflər heyətinin üzvləri yarımfinalçılara öz tövsiyələrini verdilər. Sonra isə yarımfinalçıları maraqlandıran suallara cavab verildi....

Qafqaz Universitetində “Startup Turkey” iştirakçıları ilə görüş keçirilib Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirilib. Publika.Az-ın verdiyi xəbərə görə, görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yaranıb, Paneldə müzakirələr aparılıb. Görüş maraqla qarşılanıb və iştirakçıların müxtəlif sualları ilə xeyli uzanıb. Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edilib.Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış olublar. Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi.  Publika.Az...

“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi Martın 1-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı. Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edildi. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi. ...

“Yeni Fikir” müsabiqəsinin yarımfinalçıları bəlli olub Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən “QUTexnopark” tərəfindən elan olunan “Yeni Fikir 2014” layihəsinin yarımfinalçılarının siyahısı açıqlanıb. İlkin mərhələdə qəbul edilmiş 169 layihədən, yarımfinala cəmi 24 layihə seçilib. Onlar “Antiviruslar.az”, “ASAN working”, “Asanxidmet.com”, “Bakı Parkinq Mobil Tətbiqi”, “BethClip”, “CyberMed”, “EnWo”, “GriG”, “Groupon”, “Locator”, “MedHouse”, “Octopus”, “OK (Ortaq Kabinet)”, “Prosper Cartoon Studio”, “Səslə idarəetmə prototipi”, “sorgu.az”, “Spark Studio”, “Şparqalka Fənlər”, “Tomi`s Aerial Vehicle”, “Tuning Fork”, “UP”, “www.Adim.co”, “Xercim.az” və “YolDaş” layihələridir. Yuxarıda qeyd edilən siyahı “Yeni Fikir” layihəsinin münsiflər heyəti tərəfindən seçilib v...

“Startup Turkey 2014”ün Azərbaycandan olan iştirakçıları ilə görüş keçiriləcək Martın 1-də “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü (rektorluq binasının akt zalı) keçiriləcək.Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə təşkil edilən görüşdə arzu edən hər kəs iştirak edə bilər.Universitetdən bildirilib ki, görüşdə proqram iştirakçılarına təəssüratların bölüşdürülməsi üçün imkan yaradılacaq, paneldə müzakirələr aparılacaq. Həmçinin tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) — “Gənc Təşəbbüskarların İnnovasiya Təcrübəsi Proqramı”nın iştirakçılarına sertifikatlar təqdim ediləcək. Eyni zamanda görüş iştirakçıları “QUTechnopark”la tanışlıq imkanı əldə edəcəklər.Qeyd edək ki, 20-22 fevral tarixlərində Antalya şəhərində keçirilən “Startup Turkey 2014...