Xəbərlər

QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      29 Noyabr 2014-cü il tarixində keçirilən seminar Türkiyədə və Azərbaycanda Duravit AG, Nurgun Holding, Caspian Express, Subaru Azerbaijan, Hyundai Azerbaijan, Avrora, Embawood, Çinici kimi firmalarada rəhbər vəzifələrdə işləmiş və bu firmalarda idarəetmə sistemlərini qurmuş, stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resursları idarəedilməsi mövzularında çoxsaylı təlim və seminarlar vermiş, təlimçi Fəxri Ağayevin təqdimatında "Firma rəhbəri və Zamanın İdarə Olunması" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: •Zamanın idarə olunmasının biznes üçün əhəmiyyəti •Firma Rəhbərinin şəxsi effektivliyi ...

QUTechnopark "İSTEdad & İSTEdad" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      22 Noyabr 2014-cü il tarixində keçirilən seminar Ali zəkalı və bacarıqlı uşaqların təhsili üzrə ekspert Çağlar Çetinkayanın təqdimatında "İSTEdad və İSTEhsal" seminarı təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar Paneldə maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Qabiliyyət və bacarıqlarımızdan xəbərıqmı? Bacarıq və iş dünyası? Qabiliyyət və bacarıqlarımızı necə istifadə edə bilərik? Bu işə bax sən!                     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimç...

Yeni Fikir 2015-ə start verildi Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir müsabiqəsinin bu dəfə 3-cü, Yeni Fikir 2015 müsabiqəsinə start verildi. Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.   Missiya İnnovativ sahibkarlığı dəstəkləmək. QUTechnopark-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq Ölkənin dayanıqlı sosial iqtisai inkişafına dəstək vermək, İ...

“Yeni Fikir 2015” Müsabiqəsinə qeydiyyat başlayıb İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən “Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) qeydiyyat başlayıb. Gənclər arasında təşəbbüskarlığı, sahibkarlığı təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. Müsabiqə, həmçinin “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır.Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə v...

"Web Summit 2014"də iştirak edən Azərbaycan "startup"ları Avropanın ən böyük texnologiya tədbirlərindən olan Web Summit 2014 davam edir. Dünəndən etibarən 3 gün davam edəcək tədbirin açılış mərasimi bir sıra maraqlı məqamlarla yadda qalıb. Tədbirdə ilk çıxış edən Web Summit CEOi Paddy Cosgrave-in verdiyi məlumata görə, bu il də yüz ölkədən təxminən 23 min iştirakçı «Web Summit»ə qatılıb. Dünyanın dörd bir tərəfindən gələn media nümayəndələri isə Web Summit-i daha geniş ictimaiyyətə təqdim etməyə yardımçı olur.Web Summit 2014-ün gündəmində dayanan ilk mövzu isə virtual reallıq oldu. Hər il ənənəvi olaraq keçirilən Web Summit-də əsas məqsəd investorlarla dünyanın müxtəlif yerlərindən olan yeni innovativ ideyaları, layihələri və startupları görüşdürməkdir.Google Ventures, Maven Ventures, Sequoia Capita kimi sərmayəçilərin qatıldığı tədrbirdə Azərbaycandan da bir neçə startup iştirak edir. Bunlara misal olaraq, , ,  layihələrini qeyd etmək olar. Media qurumlarından isə ö...

"Elektronika və Avtomatlaşdırma" seminarı keçirildi   QUTechnopark-ın dəsətyi ilə "Elektronika və Avtomatlaşdırma" seminarı keçirildi. Seminarın keçilrilməsində məqsəd gənclərdə sözügedən sahəyə maraqın inkişaf etdirilməsidir. Seminarın təqdimatçıları aşağıdakı kimi idi:1. Bayquş Team - UAV (PUA) Texnologiyaları və Gələcəyi. Bayquş pilotsuz təyyarəsinin təqdimatı.2. Sənan Quluzadə - Arduino, Elektronikaya giriş, simulatorlarda Elektronika, Tesla nəzəriyəsi. Smart House Lahiyəsinin və təhlükəssizlik avadanlıqlarının təqdimatı.3. Fikrət Bayramlı - Robotics. Humnaoid robotlarda əsas problemlər. Nao robotunun nümayişi.4 saata yaxın davam edən seminarda müxtəlif universitetlərdən müvafiq ixtisaslarla təhsil alan 75 tələbə iştirak etdi....

QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      1 Noyabr 2014-cü il tarixində keçirilən seminar Sahil İT direktoru, Azərbaycan Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası müəllimi, Veb-texnologiyalar üzrə ekspert, təlimçi Vahid Qasimov təqdimatında "İdeya-startup-layihə-biznes" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:  Real startup-ın tarixçəsi Pul əldə etməyin yolları?  Uğurlu ideya nədir? Start-up  Komanda necə təskil olunur? Layihədən biznesə      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təş...

“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi Oktyabrın 25-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup İstanbul 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları “Startup İstanbul 2014” proqramının iştirakçıları tərəfindən cavablandırıldı. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup İstanbul 2014” 27-30 Sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmişdi....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq    Azərbaycandan Dublin WebSummit 2014-də təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Startup İstanbul 2014 və Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır....

QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi  -ın həyata keçirdiyi layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində 2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.  15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi     Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: Silikon Vadisində Startup-lar Startup-lar Vadidəki investorların gözü ilə Haradan gəlib, hara gedirsən? İstifadəçilər (traction) Vadidə və digər yerlərdə böyümə Vadi investorlarına nə zaman və necə müraciət etməli? İnkubator və Akseleratorlar - bizdə və Vadidə Startup İstanbul - BethClipin təcrübəsində ...

"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı 9 noyabr 2014-cü il tarixində İpək Yolu SİDİB ilə QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. Bu memoranduma əsasən bundan sonra İpək Yolu SİDİB və QUTechnopark tələbələrin gələcəyin iş adamı kimi yetişmələrinə öz töhfələrini verəcək. Memoranduma əsasən, tələbələr İpək Yoluna üzv şirkətlərin iş prosesləri və istehsalatları ilə yaxından tanış olacaqlar. Bundan başqa tələbələr bu şirkətlərdə təcrübə keçmə, məzun olduqdan sonra isə orada işləmə şansı qazanacaqlar. Bundan əlavə müxtəlif mövzular ətrafında tələbələr ilə iş adamlarının görüşləri, dairəvi masa ətrafında müzakirələri təşkil olunacaq. Tələbələr həmçinin xarici ölkələrdən gəlmiş iş adamları, dövlət xadimləri ilə görüşmə şansı da qazanacaqlar. Əlavə olaraq, layihə müddətində tez-tez tələbələrin inkişafı üçün uyğun görülən mövzularla bağlı təlim və seminarlar, vorkşoplar təşkil olunacaq.     ...

QUTechnopark Startup İstanbul-da QUTechnopark 27-30 sentyabr tarixlərində İstanbulda keçirilən Startup İstanbul Konfransında təmsil olundu. Qeyd edək ki, beynəlxalq konfransa qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdı. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çox idi. eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaq idi.  Konfrans müddətində seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olundu. Microsoftun Türkiyədəki ofisində baş tutan proqram  29 sentyabrda Pitch mərhələ ilə davam etdi. Proqramın müşahidəçisi kimi, bu konfransın QUTechnopark  da daxil olmaqla iştirakçılara verdiyi ən böyük faydanı "networking" və "mentorship" hesab edirik....

BethClip Startup İstanbulda Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur. Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək....

"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirildi    Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İslam İnkişaf Bankı, İslam Tədqiqatları və Təlim İnstitutunun birgə təşkilatçılığı ilə 22-26 sentyabr 2014 tarixində "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirildi. Tədbirdə dövlət qurumları və sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak etdi.    Konfrans çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunmuş, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirildi.    Konfransda Qafqaz Universitetinin Texnoparkı (QUTechnopark) da təmsil olunurdu. Belə ki, QUTechnoparkın müdiri dossent İsa Qasımovun təqdimatında "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində QUTechnopark təcrübəsi" mövzusu məruzə edildi. Təqdimatda verilən informasiyalar...

Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək   Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət  universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, texnoparkın fəaliyyəti ilə tanış olu...

BethClip Silikon Vadisində Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!...

Hindistanlı iş adamları ilə görüş Azərbaycanda keçirilən Hindistan Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan hindistanlı iş adamları Sharma və Vivek Kapur ilə azrəbaycanlı iş adamlarının birgə görüşü keçirilmişdir. Görüş çərçivəsində Hindistan bazarının və məhsullarının azərbaycanlı iş adamları üçün üstün cəhətəri, iki tərəf arasında qarşılıqlı biznes əlaqələrinin qurulması barədə müzakirələr aparılmışdır. İPƏK YOLU SİDİB - in təşkilatçılığı ilə baş tutan görüşdə QUTechnopark da öz könüllü tələbələri ilə birgə iştirak etmişdir. Hər iki ölkədə olan biznes mühitinin imkanları, Azərbaycanda təşkil olunan Hindistan Sərgisinin təşkilati məsələləri ətrafında aparılan danşıqlıqlar bütün iştirakçılar üçün faydalı və maraqlı olmuşdur. ...

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri 1 noyabr - 25 yanvar tarixlərini əhatə edən  layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ mə...

Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri 01 Noyabr 2013-cü ildən start götürən Yeni Fikir 2014 Müsabiqəsi 17 may tarixində final mərhələsini keçirərək bu ilin qaliblərini elan etdi. Bundan sonra Yeni Fikir 2014 Müsabiqəsi haqqında 10 dəyərləndirmə kriteriyası üzrə 02.06.2014 - 04.07.2014 tarixlərini əhatə edən sorğu keçirildi. Sorğu sosial mediada paylaşılmaqla və iştirakçıların e-mail ünvanlarına göndərilməklə yayıldı . Bununla da toplam 1000 dən çox adama sorğu haqqında məlumat verildi və sorğuda 1 ay ərzində 91 nəfər iştirak etdi. Sorğunun nəticələrini sizə təqdim edirik:         Digər bəndini seçənlərin böyük əksəriyyəti final mərhələsinin izləyicisi, QU Technoparkın fəaliyyətlərində iştirak edən könüllü qrup, münsiflər heyətinin üzvü, müsabiqə haqqında yaxından maraqlananlar və s. dir.                   ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq Azərbaycandan 3 startup-ın iştirak edəcəyi Startup İstasnbulda təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Digər startuplar isə Manads və Butarekdir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır. ...