Xəbərlər

Startup AddVenture Baku Fevral ayının 24-də QUTechnopark könüllüləri Eltac Alırzalı və Cavidan Abdullayev  ADA Universitetində keçirilən "Startup AddVenture Baku" proqramına qatıldılar. CCC startups-ın (Katalizator Kontrol Mərkəzi Startupları) təşkil etdiyi "Startup AddVenture Baku" proqramına çıxış edən Maks Gurvits, Mayk Reiner  və Vitaly Qolombun startup, onun yayılması, dünyada və Silikon vadisində tanınması yolları haqda geniş məlumat verdilər. Tədbirdə startupçı, araşdırmaçı və ya investor olan spikerlər startup mövzusuna müxtəlif istiqamətlərdən yanaşaraq maraqlı çıxışlar etdilər. Çıxışlar əsnasında spikerlər təşəbbüskar kapitalist ilə mələk yatırımcı anlayışları arasındakı fərq, domain.ME vebsayt domen layihəsinin tanıdılması, startupçı kimi təşəbbüsə meyilli olmağın əhəmiyyəti, startupınızı yüksəltmək, gələcəyə pul yatırmaq, startup mədəniyyətini sıfırdan yaratmaq, ilk investoru necə tapmalı kimi mühüm məsələlərə toxunmuşlar. Əsmər Həşimli...

Tələbələrimiz CFA Research Challenge yarışmasında iştirak etdi İlk dəfə olaraq Azərbaycan tələbələrinin iştirakı ilə keçirilən “CFA Research Challenge” müsabiqəsinin İstanbul lokal turuna yekun vuruldu. 2002-ci ildən etibarən təşkil olunan yarışma, hər il dərəcəsindən asılı olmayaraq komanda şəklində 55-dən çox ölkədə 800-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının nümayişi üçün keçirilir.  Yarışma ardıcıl olaraq 3 səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur. Qafqaz Universitetinin təşəbbüskarlığı ilə, universitetin Sahibkarlığın İnkişafı və Tədqiqatlar Mərkəzinin tələbə üzvlərinin sözügedən yarışmada iştirakını səhm bazarının fəaliyyət səviyyəsinə görə maliyyə bazarlar...

“E-Ticarət Zirvə Toplantısı” keçirildi Mütəxəssislər maraqlı məqamları iştirakçılarla bölüşüblər. Elektron Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə 20 fevral tarixində keçirilən zirvə toplantısında bankların taksit kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar ediblər. Çıxışçıların təqdimatları iştirakçılar tərəfindən maraqla dinləndikdən sonra eTicarət haqqında suallar verilib. “eTicarət Zirvə Toplantı”sı müzakirələr, proqnozlar və fikir mübadiləsi formatında keçirilib. Tədbirdə bank sektorundan “Albalı Kart” Meneceri Çingiz Abbasəliyev, “YapıKredi Bank Azərbaycan”-ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, “Kapital Bank” Rəqəmsal Marketinq Şöbəsinin müdiri Rəşid Salehov, “Millikart” Ödəmə Sisteminin marketinq direktoru  Nigar R&...

QUTechnoparkın startupçı tələbələri    Fevral ayının 20-də QU Texnoparkın startupçı tələbələri Əyyub Hüseynzadə və Murad Həsənzadə ilə görüş keçirildi. Tələbələrimiz yeni fikirlərini, layihələrini bölüşdülər. "Kitab dünyası" layihəsinin təsisçisi, "Girişim savaşçısı "şirkətinin Azərbaycan təmsilçisi, Young Career Academy layihəsinin rəhbəri Əyyub Hüseynzadə və Murad Graphic Designer rəhbəri, yeni  layihəsini həyata keçirmək istəyən Murad Həsənzadə üçün yeni imkanların təşkil olunması, layihələrin gələcək fəaliyyəti üçün yeni planların qurulması müzakirə edilmişdir....

QUTechnopark "Sağlam qida və aşçılıq sənəti" seminarını keçirdi     Fevral ayının 21-də QUTechnoparkın təşkilatçılığı ilə "Təşəbbüskarlıq seminarları" layihəsi çərçivəsində yeni bir seminar həyata keçirildi. Qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü, "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş, sahəsi üzrə Azərbaycanın ən professional mütəxəsislərindən olan Mübariz Vəliyev olmuşdur. Şef Mübariz sağlam qidalanma ilə sağlam nəsil anlayışları arasındakı ayrılmaz əlaqə, zərərli qidanın xəstə ruha gətirib çıxarması, onlarla bəslənməyin nəticələri, qida seçimlərimiz bizi sağlam həyatdan məhrum edirmi, dövrümüzdə sağlam qidalanmağımıza mane olan amillər, depressiyaya aparan zərərli qida maddələri , ətrafımızdakılara yardım etməyin verdiyi xoşbəxtli hissi, qənaətcilliyin &ou...

E-Ticarət Zirvə Toplantısı  Fevral ayının 20-də E-Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə E-Ticarət Zirvə Toplantısı keçirildi. E-TicarətZirvəsi  sahə üzrə mütəxəssislərin təqdimatında panel və müzakirələrdən ibarət olub şirkətlərin 2014-cü il hesabatını, 2015-ci il hədəflərini və 2020-ci ilədək olan strategiyalarnın müzakirəsini əhatə etmişdir. Azərbaycan elektron ticarət sahəsində faəliyyət göstərən şirkət və bankların iştirak etdiyi Zirvədə QUTechnopark nümyəndəliyi də iştirak etmişdir. Tədbirdə direktor İsa müəllim Qasımov QUTechnopark və YFM-nin E-Ticarət inkişafına verdiyi tövhələr mövzusunda məruzə ilə çıxış etdi. Çıxışının sonunda isə İsa müəllim mövzu ilə bağlı sualları cavablandırdı. Әsmər Həşimli...

Endirim kartından "Kitab dünyası"na gedən yol   Layihəsi haqqında məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Biznesin idarə edilməsi və təşkili üzrə son kurs tələbəsi, "Kitab dünyası" layihəsinin təsisçisi Əyyub Hüseynzadədir. Əyyub bəy layihəsinin necə ideyadan əmələ çevrildiyi, qarşılaşdığı uğursuzluqları necə dəf etməsi, bu günə qədərki fəaliyyət yolu, üzləşdiyi əsas çətinliklər, QU Texnoparkın layihəsinə verdiyi töhfələrdən bəhs etdi.Maddi dəstək olmadığı üçün uğursuzluğa uğrayan ilk layihəsiƏyyub bəy startup olaraq fəaliyyətə başlamaq istədiyi ilk vaxtlarda-2009-cu ildə 4 nəfərlik bir komanda ilə yola çıxmışdı. Qafqaz Universiteti Dil hazırlığı kursunda təhsil alan kompyuter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi bölümlərindən iştirak edən tələbələr bir ideya ətrafında birləşmişdi. Tələbələr vebsayt açmağı və istifadəçilərin həmin vebsayt vasitəsilə əldə etdikləri kodu mağaza, otel, restoran, istirahət mərkəzi kimi yerlərə təqdim edəcəkləri təqdirdə müxtəlif endirim paketlərindən yararlanacaqlarını pla...

"BethClip" Dubayda keçiriləcək "STEP Conferance 2015"-də iştirak edəcək Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsinin qalibi  lahiyyəsinin Dublində (İrlandiya) keçirilən Web Summit tədbirinə qoşulması və iştirakçılar sırasında olması lahiyyəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına əsas səbəb olmuşdur.  2014-cü ili bir neçə digər uğurlarla da başa vuran «BethClip»-ə digər uğurlu təkliflər də gəlməkdə davam edir. Belə imkanlardan biri də 2015-ci ilin ilin əlvəlində isə Şərq aləminin WebSummit-i sayılan və «Dubay Silikon Vadisində» adı ilə keçirilən keçirilən «STEP Conterence 2015» proqramının təşkilatçılarından gələn dəvətdir. «STEP Conterence 2015» proqramının bu ilin Mart ayında Dubayda keçiriləcək. Gələn dəvətə görə «BethClip» Layihəsinin rəhbəri Rəşid Əliyev «STEP Conterence 2015» proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat etmək hüququ qazanıb.«STEP Conferance 2015» Proqramı BƏƏ-nin Dubay əyalətində...

"BethClip" Dubayda keçiriləcək "STEP Conferance 2015"-də iştirak edəcək Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip lahiyyəsinin Dublində (İrlandiya) keçirilən Web Summit tədbirinə qoşulması və iştirakçılar sırasında olması lahiyyəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına əsas səbəb olmuşdur. 2014-cü ili bir neçə digər uğurlarla da başa vuran "BethClip"-ə digər uğurlu təkliflər də gəlməkdə davam edir. Belə imkanlardan biri də  2015-ci ilin ilin əlvəlində isə Şərq aləminin WebSummit-i sayılan və "Dubay Silikon Vadisində" adı ilə keçirilən keçirilən "STEP Conterence 2015" proqramının təşkilatçılarından gələn dəvətdir.  "STEP Conterence 2015" proqramının bu ilin Mart ayında Dubayda keçiriləcək. Gələn dəvətə görə "BethClip" Layihəsinin rəhbəri Rəşid Əliyev "STEP Conterence 2015" proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat etmək hüququ qazanıb. "STEP Conferance 2015" Proqramı BƏƏ-nin Dubay əyalətində keçirilən ənənəvi startup və İT innovasiyalarının sərgisini keç...

Yeni Fikir 2015 Müsabiqəsinə qeydiyyat başa çatıb Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı başa çatdı. Qeydiyyat prosesi 10 Noyabr 2014-cü ildən 05 Fevarl 2015-ci il tarixinə kimi davam etdi. Layihələrin qeydiyyatının elektron formada aparıldığı YFM 2015-ə 252 müraciət daxil olmuşdur. Bu müracətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etdiyi üçün qiymətləndirməyə cəlb edilməyib. Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr YFM-nin rəsmi "facebook" səhifəsində yerləşdirilib. Hazırda qeydiyyatdan keçən layihələrin qiymətləndirilməsi prosesi davam edir. 2015-ci il Mart ayının 1-də yarımfinala vəsiqə qazanmış layihələr elan ediləcək.Qeyd edək ki, YFM ildə bir dəfə keçirilir. YFM 2015-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onun da təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan...

Qafqaz Universitetində Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş seminar verdi Fevral ayının 15-də QU Texnoparkın təşkilatçılığı ilə Qafqaz Universitetində 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş seminar verdi.  Digital iqtisadiyyat və e-ticarət ilə bağlı bir çox ideya və layihənin rəhbəri, həmçinin hazırda Sarpaş danışmanlık və Girişim Savaşçısı şirkətinin müdiri olan, eyni zamanda fərdi insanlara və şirkətlərə xarici bazarda müştəri tapma, sosial media və internet reklamcılığı, marka yaratma, CRM, e-ticarət, e-marketinq mövzularında konsultasiya və təlim verən Berke Sarpaşın təqdimatında həyata keçirilən Sahibkarlıq, İnnovasiya, E-Ticarət seminarı girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, digital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimcilik modeli mövzularına həsr olunmuşdu. Girişimçilikdə innovativ sektor seçməyin yolları, fəaliyyəti davam etdirməyin çətinliyi və zərurəti, davamlı zəhmətin, dözüm...

"QUTechnopark" innovativ sahibkarlığın inkişafına dəstəyini davam etdirir  Azərbaycanda innovativ sahibkarlığın inkişafına dəstək proqramlarını davam etdirir. Bu məqsədlə, 13-15 fevral 2015-ci il tarixlərində, "Girişimşilik, İnnovasiya, E-ticarət" mövzusunda keçirilən seminar-proqramlar Berke Sarpaşın təqdimatında keçirildi. Berke Sarpaş 2014-cü ildə Türkiyədə ‪‎İlin Ən Yaxşı Gənc Girişimçisi seçilib. O, hazırda  və digər bir neçə şirkətin təsisçisidir. 13 fevral 2015 tarixində keçirilən proqramda QUTechnopark-ın həyata keçirdiyi  Müsabiqəsinin iştirakçıları ilə yanaşı, Qafqaz Universitetinin tələbə və müəllimləri, eləcə də müxtəlif universitetlərdən gəlmiş Sabah Qruplarından tələbələr də iştirak etdi. Berke Sarpaşın təqdimatında 14 Fevral 2015-cü il tarixində keçirilən digər bir seminar isə İpək Yolu SİDİB-in dəstəyi ilə, 60 nəfər iş adamının iştirak etdiyi "Beynəlxalq ticarət, ortaqlıq və sərmaye qoyuluşu" mövzusunda təşkil edildi. 15 Fevarl 2015-ci il tarixində Qafqaz Universitet...

Berke Sarpaş YFM 2015 iştirakçıları ilə görüşdü Söz verdiyimiz kimi Fevral ayının 13-də Türkiyənin ən yaxşı girişimcisi seçilmiş Berke Sarpaş Yeni Fikir 2015 Müsabiqəsi iştirakçılarının görüşünə gəldi. Qonağımız ilk öncə QUTechnoparkda tələbələr, onların layihələrinin inkişafı üçün yaradılmış şəraitlə tanış oldu və burada gənclər üçün yaradılmış imkanları çox bəyəndiyini vurğuladı. Azərbaycanı və azərbaycanlıları çox sevdiyini qeyd edən Berke bəy tələbələrə olduqca mehriban bir atmosferdə öz təcrübələrindən bəhs etdi. Sahibkarlıq, İnnovasiya, E-Ticarət mövzularına həsr olunmuş təlimdə Berke bəy  bir girişimcinin sahib olmalı olduğu xüsusiyyətlər, üzləşdiyi çətinliklər, stereotiplər, mübarizənin gücü, səbrin önəmi məsələlərindən danışdı. Seminar əsnasında Berke bəy tələbələrin mövzu ilə əlaqədar yaranan suallarını da cavabladı....

28 Fevralda QUTechnopark-da növbəti seminarı keçirəcək. Fevral ayının 28-də QU Texnopark "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında növbəti seminarı keçirəcək. Bu dəfə  öz sahəsində professional yanaşmaları ilə seçilən daha bir dəyərli təlimçi seminar verəcək. Belə ki, İqtisadi idarəetmə üzrə mütəxəssis, biznesin müxtəlif sahələri üzrə təlimçi və məsləhətçisi Ənvər Yavəroğlunun təqdimatında "Uğurlu biznes" mövzusunda seminar baş tutacaq. Seminar təmsilçi etiketi, insan tanıma sənəti, ünsiyyət etikası və biznes etikası və digər sahələr haqqında biznesin real problemlərini əhatə edəcək. Qeyd edək ki, "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında keçirilən seminarlarda arzu edən hər kəs iştirak edə bilir....

Şef Mübariz QUTechnopark-da seminar verəcək QUTechnoparkın təşkilatçılığı ilə fevral ayının 21-də müxtəlif sahələrin inkişafına həsr olunmuş növbəti görüş keçiriləcək. Bu dəfəki qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü Mübariz Vəliyevdir. Şef Mübariz "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş ekspertdir. Mübariz bəy seminarda sağlam nəsil üçün sağlam qidalanmanın zərurəti, düzgün qidalanmamağın səbəb və nəticələri, özümüzü gözləməli olduğumuz ərzaqlar, israfçılıq və yardım kimi olduqca aktual olan mövzulardan bəhs edəcək. Qeyd edək ki, seminar MADO ilə QUTechnopark-ın ortaq layihəsi çərçivəsində keçirilən seminarlara iştirak etmək istəyən hər kəs dəvətlidir....

YFM 2015 iştirakçıları üçün xüsusi təşkil olunmuş seminar QU Texnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına sahibkarlıq konsepsiyası haqda daha ətraflı məlumat, həmçinin motivasiya vermək və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək üçün yeni tədbirlərin icrasına start verib. Belə ki, onları 13-15 fevral 2015-ci il tarixlərində ‪QU Texnoparkın dəstəyi ilə müxtəlif görüşlər gözləyir. YFM 2015 iştirakçıları ilə ilk görüş fevral ayının 13-də keçiriləcək. 2014-cü ildə Türkiyənin ən yaxşı girişimcisi seçilmiş Berke Sarpaş Yeni Fikir 2015 Müsabiqəsi iştirakçılarının görüşünə gəlir. Qeyd edək ki, yalnız YFM 2015 iştirakçıları üçün nəzərdə tutulmuş bu görüş haqqında ətraflı informasiya onlara göndəriləcək. 15 Fevral 2015-ci il tarixində nəzərdə tutulmuş, "Girişimçilik, innovasiya, e-ticarət" adlı seminar proqrama isə qeydiyyat davam edir. YFM 2015 iştirakçılarına 20 % güzəşt edilən bu seminar üçün nəzərdə tutulmuş biletlərin böyük ək...

Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş Bakıda      Fevral ayının 15-də QU Texnoparkın təşkilatçılığı ilə Qafqaz Universitetində 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaşın təqdimatında seminar keçiriləcək. Seminar proqramı - girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, dijital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimcilik modeli mövzularını əhatə edir. Seminarın proqramı haqqında ətarflı informasiya  ünvanında verilmişdir.    Seminar iştirakçılarına sertifikat veriləcək. Berke Sarpaş Türkiyənin ilk e-ticarət akademiyası olan Coproline  şirkətini qurmuşdur. O, öz qurmuş olduğu Organic Moods şirkəti vasitəsilə uzaq şərqə, xüsusilə  Hong-Konga, Türkiyədə istehsal olunan quru meyvələrin 7 ilə yaxındır ki, satışını həyata keçirməkdədir. 2011-ci ildə ilk dəfə Türkiyədə keçirilən  Dijital İqtisadiyyat  və E-Ticarət Zirvəsinin ideya və layihə rəhbəri ...

YFM Münsiflər Heyətinin növbəti görüşü keçirildi Yanvar ayının 31-də Yeni Fikir‬ Müsabiqəsi Münsiflər Heyətinin növbəti görüşü keçirildi. YFM 2015 iştirakçılarına daha çox dəstək verə bilmək üçün önəmli qərarlar alındı. Bu il Azərbaycanda YFM 2015 iştirakçıları ilə birgə növbəti yeniliyə imza atılacaq. Bizi izləməyə davam edin. Hər birimizi Azərbaycanda Startup mədəniyyətinin inkişafı və bu fəaliyyətlərə investorların cəlb edilməısi ilə bağlı əhəmiyyətli proqramlar gözləyir....

Gələcəyin Sahibkarları Layihəsi üzrə fəaliyyətlərə start verildi "İpək Yolu" SİDİB " və "QUTEchnopark"ın ortaq fəaliyyəti olan "Gələcəyin iş adamları layihəsi" çərçivəsində müxtəlif üniversitetlərin tələbələri ilə ilk görüş keçirildi.Görüş zamanı tələbələrə layihənin məqsəd və məramı barəsində məlumat verildi, həmçinin onların arasından sədr seçildi. Layihə çərçivəsində gələcək iş adamlarının üzvümüz olan şirkətlərdə təcrübə keçməsi və istehsalatla daha yaxından tanış olması, ayda 2 dəfə olmaqla şirkət rəhbərləri tərəfindən təşkil edilən seminarlara qatılması, xarici iş adamları ilə görüşlərin keçirilməsi, şirkət ziyarətləri və bir çox başqa fəaliyyətlər nəzərdə tutulmuşdur. Layihənin əsas hədəflərindən biri isə universitetlərin müxtəlif kurslarında oxuyan tələbələrin gələcəyin iş adamı kimi yetişməsidir....

Türkiyəli tədqiqatçılar QUTechnoparkı ziyarət etdilər QU Texnopark elm və iş dünyasının bir-birindən dəyərli simaları olan qonaqları qəbul etməyə davam edir. Yanvar ayının 30-da universitetimizin rektoru Ahmet Saniç və qonaqlarımız Fatih Universiteti Tibb fakültəsi xəstəxanası professoru doktor Coşkun Şahin, həmçinin Mevlana universitet Xəstəxanası dosent doktor Okan İstanbulluoğlu Qafqaz Universiteti Texnoparkını ziyarət etdilər. Qonaqlarımız texnoparkda gələcəyin sahibkarları və tədqiqatçıları üçün yaradılmış şərait və ləvazimatlarla tanış oldular....