Xəbərlər

Anna Degterevanın təqdimatında seminar May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. Seminar "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq. Qafqaz Universiteti əsas bina akt zalında saat 17:00-da həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər. Әsmər Həşimli...

Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq QUTexnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarlarından sonuncusu may ayının 2-də həyata keçirilmiş “Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq” adlı təlim olmuşdur. Görüş ARI Life şirkətinin təsisçisi, ictimai təşəbbüskarlıq və sosial marketinq üzrə təlimçi Rauf Əliyev tərəfindən keçirildi. Dövrümüzün aktual mövzusuna həsr olunmuş görüşdə Rauf bəy qiymətli idea, keyfiyyətli insan,güclü komanda arasındakı əlaqə; marketinq, satış yoxsa Fandrayzinq? Vaxtımıza, düşüncələrimizə, cibimizə nəzarət edə bilirikmi? nəğd qıtlığı zamanı nəğd vəsait formalaşdırmağın yolları; hər bir təşəbbüskarı düşündürən mövzu- ROİ; yeni əsrin texnlogiyalarının rəngi- yaşıl kimi mühim məsələlərdən bəhs etmişdir. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirmə...

“20 yaşında patron olmak” seminarı May ayının 3-də QUTechnopark-ın təşkilatçılığı ilə Türkiyənin ən böyük təşkilatçılıq və əyləncə şirkətlərindən olan M3 WORK-ün rəhbəri Erdem Gencin təqdimatında “20 yaşında patron olmak” seminarı baş tutmuşdur. Erdem bəy girişimçilikdə fürsətlər, təhlükələr, KuWorks mülahizəsi,  uyğun partnyorun önəmi kimi mövzulara toxunmuş və zaman, xoşbəxlik, həmçinin pul necə tənzimlənər, sıfır referansdan necə qlobal şirkətlərə giriş əldə də bilərsiniz, hədəfə necə tam dəqiqliklə vurmalı kimi məsələlərə aydınlıq gətirmişdir. Proqrama həm də spikerin kitabının satışı və imzalanması da daxil idi....

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu İnnovasiya meyilli layihələrin tanınması və onlara dəstəyi nəzərdə tutan Yeni Fikir 2015 Müsabiqəsinin Final proqramı 25 aprel 2015 tarixində Park İnn Oteldə baş tutdu. QU Texnoparkın təşkil etdiyi ən geniş miqyaslı layihə olan Yeni Fikir Müsabiqəsi (YFM) gənclər arasında innovasiyanın tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini yayır ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Bu mərhələ boyunca iştirakçılara sahə mütəxəssisləri tərəfindən təlimlər də keçirilmişdir.  Artıq üçüncü ildir ki keçirilən YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Finalda 12 layihə yarışmışdır. İlk 10 yeri tutan layihələrin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək. Layihələrin seçilməsi zamanı onların innovativ və teknoloji yeniliyi, cəmiyyətə faydaları, strategiya, bazar və rəqabət xüsusiyyətləri, komanda işinin keyfiyyəti, id...

ADNA idarə heyəti QUTechnoparkın qonağı oldu Aprel ayının 14-də Qafqaz Universiteti rektoru Ahmet Saniç bəy və digər idarə heyəti nümayəndələrinin müşayiəti ilə Azərbaycan Dövlət Neft Akademiyasının Tədris İşləri üzrə birinci prorektoru professor Vaqif Qurbanov başda olmaqla idarə heyəti və Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. ADNA nümayəndələrinə QUTechnoparkın təşkilatçılığı ilə həyata keçirilən innovativ sahibkarlığın inkişafı yönümlü tədbir, müsabiqə və layihələr, təşəbbüskar gənclərə verilən dəstək, könüllülərin buradakı fəaliyyətləri, QUTechnoparkın onların irəliləməsindəki töhfələri barədə ətraflı məlumat verildi. Həmçinin rezidentlərin əməkdaşlığı və fəaliyyətləri ilə tanış olan qonaqlar görüşdən böyük məmnunluq hissi duyduqlarını dilə gətirdilər. Əsmər Həşimli...

Anar Rüstəmovun təqdimatında seminar QUTechnoparkın təşkilatçılığı ilə keçirilən Təşəbbüskarlıq seminarları silsiləsində növbəti görüş keçirildi. Bu dəfə təlimçimiz QU Texnopark rezidenti İTB World şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim doktor Anar Rüstəmov olmuşdur. Anar bəy Effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriyaları (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümmumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi IT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxundu. Əsmər Həşimli...

Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir....

İlkin təşəbbüslər gələcək uğurlardan xəbər verir... Bu dəfə fəaliyyətləri haqda ətraflı məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Riyaziyyat və İnformatika ixtisası üzrə təhsil alan son kurs tələbəsi, eyni zamanda QU Texnoparkda part-time çalışan Ayşən Kamallıdır. Ayşən xanım hələ QU Texnoparka gəlməzdən öncə daim sosial cəhətdən fəal olmuş, vaxtını önəmli işlərə sərf etməyə çalışmışdır. Bunlara misal olaraq, Düşüncə klubunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, daha sonra rəhbər müavini, Pi klubunda olaraq layihələrin hazırlanması işindən məsul şəxs, Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatında aktiv üzv olaraq təlim və seminarların təşkilatçısı və iştirakçısı olması kimi məqamları vurğulamaq olar. Həmçinin o, Mili Bayt şirkətinin nəzdində fəaliyyət göstərən Expert TV-də bir aylıq təcrübə proqramında, Yeni Fikir 2014 Müsabiqəsinə "Ağıllı dəftər" layihəsi ilə müraciət etmiş komandada iştirak etmişdir.Niyə məhz QU Texnopark?.. QU Texnopark isə hər zaman Ayşən xanımın maraq dairəsində olmuşdur. Expert TV-də təcrü...

Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkında Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkı ilə əməkdaşlıqda maraqlıdır.Aprelin 2-də Koç Holdinq qrupuna aid olan KoçSistem şirkətinin Azərbaycan təmsilçiliyinin nümayəndələri Qafqaz Universiteti Texnoparkında oldular. Şirkətin direktoru Dos.Dr. Ali B. Kutvan və şirkətin satış üzrə meneceri Görkem Gökce ilə Qutechnopark-da geniş tərkibli görüş keçirildi. Əvvəlcə, QUTexnoparkın direktoru Dos.Dr.İsa H.Qasımov QUTexnopark-ın fəaliyyəti və potensial imkanları haqqında qonaqlara informasiya verdi. QUTexnopark İdarə Heyətinin sərdi Dos.Dr. Şahin H. Durmaz və QUTexnopark-ın bəzi Rezidentlərinin də iştirak etdiyi görüşdə qarşılıqlı təkliflər qiymətləndirildi və əməkdaşlıq imknaları müzakirə olundu. Görüş əsanasında hər iki tərəfin maraqlarını əks etdirən məqamların yaxın gələcəkdə dəyərləndirilərək razılığa gəlinməsi nəzərdə tutuldu....

YFM 2015 finalçıları üçün təlimlər Yeni Fikir 2015 Müsabiqəsi yeni startupçılara dəstəyi hədəf götürən bir yarış olduğu üçün finala qədər iştirakçılar üçün xüsusi təlimlərin də həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün finala vəsiqə qazanmış layihələrin müəlliflərinə iş fikirlərinin inkişaf etdirilməsi, eləcə də final proqramına hazırlıqlarla bağlı seminarlar keçirilmişdir. Bu müstəvidə Münsiflər heyəti üzvlərinin layihə müəllifləri ilə görüşü, İnnovativ sahibkarlıq mövzusunda Məmməd Kərimin, "Təqdimat bacarıqları" mövzusunda Dr. Elnur Əsgərlinin, "Biznes Plan" mövzusunda dr. Kərim Məmmədovun, "StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi" mövzusunda Tofiq Həsənovun təqdimatında seminar və ya görüşlər keçirilmişdir.Görüşlər əsnasında layihə müəllifləri innovativ sahibkarlığın spesifik xüsusiyyətləri, təqdimat əsnasında yerinə yetirilməsi mühüm olan məqamlar, uğurlu biznes planının başlıca cə...

Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu    Uzun müddətdir böyük səbrsizliklə gözlənilən Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu. Ölkəmizin müxtəlif təhsil müəssisələri və dövlət, həmçinin özəl şirkətlərindən olan iştirakçılar müxtəlif sahələrə aid layihələri ilə münsiflər heyətinin qarşısına çıxdı. Yarışmaya eyni zamanda Türkiyədən də qatılanlar olmuşdur. Iştirakçılar öz layihələrinin məqsədi, vizyonu, yenilikçi spesifik xüsusiyyətləri, layihənin hansı auditoriyaya xitab etdiyi haqda məlumat verərək münsiflər heyətinin suallarını cavablandırdı. Təqdimatını bitirən iştirakçılara həm də öz fikirlərini, iradlarını bildirmələri üçün anket paylandı. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi ölkəmizdə innovasiya meyilli layihələrin tanınması və onlara dəstək üçün təşkil olunur. Bu arada müsabiqənin final mərhələsinə vəsiqə qazanmış iştirakçılar artıq bəllidir. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğ...

"Chamadan" Coffee House "Chamadan"la durmadan irəli...Bu dəfə layihələri haqda məlumat verəcəyimiz şəxslər "Chamadan" Coffee House təsisçiləri, Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi bölümü son kurs tələbələri Nərmin Yardımlı və Nigar Mövsümlüdür. Kofeyə hər zaman böyük marağı olan tələbələrimiz hər zaman bir yeniliyə imza atmaq arzusunda olmuşlar. Belə ki, həyatları boyu iz qoymaq əsas öncəlikləri olub. Və bu atdıqları hər addımda təzahür edib. 4 il öncə tanış olmuş tələbələrimiz arzularını gərçəkləşdirmək üçün bir yerdə yola çıxmaq qərarına gəlmiş və daim qarşılarına sonradan uğurla müvəffəq olduqları məqsədlər qoymuşlar.Möhkəm iradənin bəhrəsi...Onların bu layihəni ərsəyə gətirmə hekayələri isə olduqca maraqlıdır.Keçən il Litvada sahibkarlıq yarışında iştirak etdikləri zaman onlar dar küçələrdən keçərkən yüksək keyfiyyətli kofenin ecazkar ətrini hiss etmiş və bundan ilham almışlar. Əslində onlar öz layihələrini şəhərdə səyyar maşınla başlatmaq fik...

Happy Farm QUTechnopark-da Mart ayının 16-da QUTechnopark və  ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri baş tutdu. İştirakçılar Happy Farm CEO və təsisçisi təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" çıxışına qulaq asmaq şansı əldə etdilər. Çıxış əsnasında investorların komandaya verdiyi önəm, layihəni hazırlayarkən kimə və cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağınızın, ilk təəssüratın, opponentin mövcudluğunun, startupçının özünə inamının, bazar araşdırmasının, müqavilə ilə yaxından tanış olmağın, qrupda liderin olmasının, satmağı bacarmağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti məsələlərinə toxunuldu. Tədbirdə həm də iştirakçıların suallarını cavablandıran və startup ideyaları ilə tanış olan Anna xanım sonda QUTechnopark heyətinə minnətdarlığını bildirdi. Qeyd edək ki, Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə ...

Auto Azərbaycan MMC və QUTechnoparkın tərəfdaşlığı ilə "Müsahibələrin keçirilməsi bacarıqları" adlı təlim keçirildi Mart ayının 16-da "Auto Azərbaycan MMC" və QUTexnoparkın tərəfdaşlığı ilə "Müsahibələrin keçirilməsi bacarıqları" adlı təlim keçirildi. Təlim gedişatı boyunca təqdimat, suallarla fərdi iş, praktik iş kimi metodlar iştirakçıların fəallığını artırdı. Müsahibənin strukturu və növləri, nitqin təhlili, qeyri - verbal davranış, kompetensiyalar üzrə müsahibə, səhvlər və stereotiplər, çıxış müsahibəsi mövzuları təlimin əsas tərkib hissəsini təşkil edirdi. Təlimdə QUTexnopark könüllüləri fəal iştirak etmişlər. Əsmər Həşimli...

ADNA Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular   Mart ayının 13-də Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. Qonaqlar arasında texnika elmlər namizədi Zəfər Qurbanov da var idi. ADNA nümayəndələrinə QUTechnopark heyəti tərəfindən keçirilən innovativ sahibkarlıq yönümlü tədbir, seminar, görüş və müsabiqələr, startupçı tələbələrə, onların layihələrinin gələcəkdə biznesə çevrilməsi üçün verilən dəstək, QUTechnopark könüllülərinin fəaliyyətindən bəhs edildi. Eyni zamanda qonaqlar rezidentlər və onların fəaliyyəti ilə də tanış oldu. Bundan əlavə, QUTechnopark könüllüsü Eltac Alrzalı  Qafqaz Universiteti tələbəsi Eyyub Hüseynzadənin Kitab dünyası startupı barədə, QUTechnopark könüllüsü Mina Abbasova isə Qafqaz Universiteti tələbəsi Murad Həsənzadə tərəfindən qurulmuş Weby şirkəti haqda məlumat verdi. Qonaqlar fəaliyyətləri yüksək qiymətləndirərək QUTechnopark və Happy Farm tərəfindən ortaq layihə olaraq keçir...

İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu Mart ayının 10-da Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan ali məktəblərinin, tədqiqat müəssisələrinin elmi potensialının təhlili, onların nəzdində Texnoloji Transfer Mərkəzlərinin yaradılması, həmçinin innovativ layihələrin maliyələşdirilməsinə dəstəyi nəzərdə tutan görüş keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu da iştirak edirdi. S.Robeson texnologiyaya meyilli investisiya sahəsində əldə edilmiş təcrübənin Azərbaycanda da tətbiqinin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin zərurətini vurğuladı. Tədbirdə QUTechnopark-ın təşkilatçısı olduğu Yeni Fikir 2014 Müsabiqəsinin qalibi Rəşid Əliyev məruzə ilə çıxış edərək, iştirakçılara təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi haqda danışdı. Rəşi...

Happy Farm Biznes İnkubatoru Qafqaz Universiteti Texnoparkında  Mart ayının 16-da QUTechnopark və ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri keçiriləcək. Qeyd edək ki, bu rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm heyətinin Bakıya ilk gəlişidir. Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir. Tədbirdə Happy Farm təsisçisi və baş direktoru Anna Degterevanın təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" nitqindən sonra startuplarınızı auditoriya və investorlara təqdim edə biləcəyiniz, qrupla çalışıb rəy və məsləhətlər almaq imkanınızın olacağı interaktiv iş saatı olacaqdır. Bundan əlavə, tədbir proqramında iştirakçı və qonaqların şəbəkələşməsi üçün də xüsusi saat ayrılmışdır. Tədbirə ...

Sizin də fikriniz 50 milyon dollar edə bilərmi? mövzusunda seminar Mart ayının 6-da  Qutexnopar Idarə heyətinin sədri dosent Şahin Durmazın təqdimatında "Sizin də fikriniz 50 milyon dollar edə bilərmi?" adı ilə seminar keçirildi. Şahin Durmaz Azərbaycan, Türkiyə və digər ölkələrdən bir-birindən maraqlı misallar gətirməklə mövzunu olduqca əhatəli şəkildə izah etdi. O, öz çıxışında universitet, iş dünyası və dövlət arasında əlaqə qurulmasının zərurətindən danışmaqla bərabər, fikirdən daha çox layihəni mühafizə etməli olduğumuzu da qeyd etdi. Seminar zamanı iştirakçılar uğurlu layihəyə gedən yol kimi kifayət qədər əhəmiyyətli nüans haqda da müəyyən məlumat əldə etmək şansı qazandılar. "10% ziyandan ötrü 90% faydadan imtina etməyin" fikrini vurğulayan Şahin Durmaz seminar əsnasında həm də iştirakçıların suallarını cavablandırdı. Әsmər Həşimli...

Yeni Fikir 2015 Müsabiqəsində yarımfinalçılar bəlli oldu Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli oldu.26 Layihənin yarışacağı Yarımfinal Proqramı 29 Mart 2015-ci il tarixində QUTechnopark-da keçiriləcək.YFM 2015-ə 252 müraciət daxil olmuşdur. Bu müracətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib. Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir. YFM 2015-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onun da təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəb...

QUTechnopark-ın innovativ layihələrinin həyata keçirilməsində tələbələrə dəstəyi QUTechnopark Qafqaz Universitetində təşəbbüskar fikirlərə malik tələbələrin inkişafı, onların innovativ layihələrinin həyata keçirilməsi, onlara sahibkarlıq prinsiplərinin aşılanması yolunda yeni bir layihə həyata keçirməyi planlaşdırır. Layihə tələbələrin müxtəlif sahələrlə əlaqədar təlim və konfranslarda, həmçinin arzusunda olduqları layihələrdə iştirakını dəstəkləməyi nəzərdə tutur. Nəticə etibarilə, layihə tələbələrə yeni imkanlar açmaqla yanaşı həm onların bacarıqlarını inkişaf etdirəcək, həm də əlaqədar müəssisələri istedadlı gənclərlə tanış edəcək. Könüllülərin fəaliyyət zamanı idarə heyəti tərəfindən təyin edilmiş xüsusi səviyyələrə malik olması isə onları irəliləmək üçün daha da həvəsləndirəcəkdir. Qeyd edək ki, layihənin QUTechnopark rəhbəri İsa Qasımov, Layihə planlaşdırılması və texnoloji transfer üzrə rəhbər Zəfər Həsənov və layihə rəhbəri Ayşən Kamallı tərəfindən keçirilən müzakirəsindən sonra QUTechnopark rezidenti İTB World şirkətinin təsisçisi Anar Rüstəmov ye...