Xəbərlər

"CEO SUMMİT 2015" keçiriləcək Son zamanlar Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafına verilən əhəmiyyət, sahə ilə əlaqədər olan fərqli proqramların keçirilməsinə zəmin vermişdir. Xüsusilə gənclərin böyük maraq göstərdiyi bu cür proqramlar, cəmiiyyətdə təşəbbüskar yanaşmanın inkişafına münbit şərait formalaşdırır. Qafqaz Universitetinin sonuncu kurs tələbəsi, həmçinin  "Business Talk" layihəsinin rəhbəri Eyyub  Hüseynzadənin təşkil etdiyi  "CEO SUMMİT 2015" proqramı  belə proqramlardan biridir. "CEO SUMMİT 2015" proqramı 2015-ci il Dekabrın 6-da Qafqaz Universitetində keçiriləcək.          Layihənin rəhbəri Eyyub Hüseynzadənin verdiyi məlumata görə, "CEO SUMMİT 2015" proqramında məruzəçi kimi aşağıdakılar iştirak edəcək. MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri” mövzusunda, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlob...

Agile Solutions şirkəti tərəfindən danışıq kursu təşkil olundu Noyabr ayının 28-də QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən QU Texnopark könüllüləri üçün nəzərdə IT yönümlü Danışıq kursu təşkil olundu. Tədbirdə həmçinin IT mütəxəssislər də iştirak edirdi. Şirkət rəhbəri Ilqar Əliyev öncəliklə QU Texnoparka göstərdiyi dəstək üçün təşəkkürlərini bildirdi, daha sonra təlimatlar barədə məlumat verdi. Əsas öhdəliyi layihə ilə bağlı vebsayt qurmaq olan komandalar müxtəlif aspektlərdən çıxış edərək fərqli ideyalar ərsəyə gətirdilər. Fəaliyyətə müxtəlif sahələr üzrə təhsil alan tələbələlərin cəlb olunmuşdu və tədbirin əsas məqsədi iştirakçıların komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi idi. Sonda iştirakçılar maraqlı oyun və fərqli təcrübəyə görə təşəkkürlərini bildirdilər. Əsmər Həşimli...

Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri “Qlobal Sahibkarlıq  Həftəsi” (Global Entrepreneurship Week) hər il özünün “Açıq Startap Yarışı” (Startup Open competition) layihəsi üçün bir çox ölkədən gələcəyi olduqca parlaq görünən layihələr qəbul edir. Bu il layihəyə 89 ölkədən 800 startap müraciət etmişdir. Artıq müsabiqənin finalçıları münsiflər heyəti tərəfindən seçilib. Seçilmiş startaplar dünyanın 20 müxtəlif ölkəsindəndir. Azərbaycan isə müsabiqədə yeganə layihə “BethClip ilə təmsil olunur. Münsiflər heyətinin rəyinə görə "BethClip" finala vəsiqə qazanıb. Rəşid Əliyevin müəllifi olduğu "BethClip" layihəsi yüngül çəkili və asan istifadə olunan, çox sayda alət və proqram boyunca istifadəçinin mübadilə buferini sinxronlaşdıran vasitə olaraq təqdim olunmuşdur. Yarış barədə elanın işıqlandırıldığı xəbərdə istifadəçilərin tək toxunuşla informasiyanı kopyalaya və saxlaya bildikləri, bundan əlavə proqram...

"Texnologiya dünyanı hara aparır" seminarı Noyabr ayının 14-də QUTechnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. Goldenpay OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən "Texnologiya dünyanı hara aparır" adlı seminar keçirildi. Fərid bəy təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs etdi. Auditoriyanın böyük marağına səbəb olan təlim iştirakçıların bir çox suallarına cavab tapmasına səbəb oldu. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur. Şənbə ...

"Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması" seminarı Noyabr ayının 14-də QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən ''Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması'' adlı seminar keçirildi. Seminarın təlimçisi Risk menecment sahəsi üzrə təhsil almış və ixtisaslaşmış, hazırda Azərbaycanın aparıcı maliyyə qurumlarının birində risk menecmenti sahəsi üzrə Baş Risk Menecer vəzifəsi üzrə fəaliyyət göstərən Təbriz Əhmədov olmuşdur. Təlim əsnasında Likvidlik risklərinin və Valyuta risklərinin idarə olunması, idarəetmə növləri, GAP analizi, Heccinq alətləri kimi mövzulara toxunuldu. Bundan əlavəç seminar praktiki nümunələrlə də zənginləşdirilmiş və sonda iştirakçılara sertifikat təqdim olunmuşdur. Əsmər Həşimli...

"Startap mühiti və onun inkişafı" seminarı Noyabr ayının 7-də QU Texnoparkın təşkilatçılığı ilə Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti təlim baş tutdu. “Startap mühiti və onun inkişafı"  mövzusunda olan seminar Embawood şirkətinin Straterji İdarəetmə  üzrə menceri  və Qafqaz Universitetinin müəllimi Cəbrayıl Vəliyev tərəfindən keçirildi. Təlimdə startap ekosistemi və əsas iştirakçılar, akademik mühit  və onun startapların tərəqqisindəki mövqeyi, biznes dünyası və onun startapların inkişafında rolu, startapların yaradılmasına fərqli baxış kimi məsələlərdən bəhs olundu. Seminar boyunca sahə nümayəndələri maraqlı müzakirələr halında fikir mübadiləsi etdilər. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclər...

“Proqramçının yol xəritəsi” seminarı   Oktyabr ayının 24-də QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən “Proqramçının yol xəritəsi” adlı seminar keçirildi. Seminarın təlimçisi C#/.NET, Asp.Net (WebForms, MVC), AngularJS, Oracle Database 11g, Oracle APEX, Oracle BI kimi texnoloji platformalarda 2006-cı ildən bu yana təcrübəsi olan Software Development Consultant İlqar Əlizadə olmuşdur. Öncə şirkətin fəaliyyətləri haqda məlumat verən İlqar bəy biznes plan, taktiki və strateji məqsəd, yatırım, planlaşdırılan qazanc və digər faktorlardan bəhs edərək proqramçının uğurlu yol xəritəsi barədə məlumat verdi. Sonda iştirakçılar maraqlı və faydalı mühazirəyə görə təşəkkürlərini bildirdilər. Əsmər Həşimli...

"Karyeranın uğurlu başlanğıcı" seminarı   Oktyabr ayının 17-də QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən "Karyeranın uğurlu başlanğıcı" seminarı həyata keçirildi. Seminarın təlimçisi SOCAR şirkətində HR üzrə Mütəxəssis, Böyük Britaniyanın Leicester Universitetinin məzunu, çoxsaylı beynəlxalq təlimlərin iştirakçısı, HR üzrə yerli  saytının təsisçisi Mətləb Əsgər olmuşdur. Seminar tələbə üçün əhəmiyyətli 7 soft bacarıq, fərdi inkişaf, təlimlər, könüllülük, iş imkanları, CV hazırlanması, iş axtarışı metodları, iş müsahibələri kimi tələbələrin əsas maraq dairəsində olan məsələlərə həsr olunmuşdur. İştirakçılar Mətləb bəyin təzyiq altında işləmə, karyera hədəfləri, ixtisas təlimləri, ölkədaxili imkanlar və ölkəxarici təcrübə imkanları, iş müsahibələrində davranış kimi mövzularda erudisiyasından faydalanmaq imkanı əldə etmişlər. Seminarın səmərəliliyini artırmaq üçün iştirakçılar arasında liderlik və komanda oyunları ke...

Bethclip” beynəlxalq konfransda  "Entreoreneurship Award" mükafatına layiq görülüb Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə  “ITU Telecom World 2015” sərgi-konfransında iştirak edən "BethClip" yüksək mövqeyə layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevin verdiyi məlumata görə, özünün müəllifi olduğu  layihəsi sərgidə iştirak edən kiçik və orta sahibkarlar (KOS) arasında "Ən yaxşı innovativ həlləri təqdim edən və İKT-nin inkişiafına dəstək olan KOS-lar" nominasiyası üzrə "Entreoreneurship Award" mükafatına layiq görülüb.   Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da daxil olmaqla, iştirakçı dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları nazirlərinin də qatıldığı tədbirə İKT sahəsi üzrə müxtəlif pavilyonlardan layihə komandaları qatılmışdır.  BethClip layihəsi tədbirə qatılan investorların da diqqətini cəlb etmişdir ki, R. Əliyevin verdiyi məlumat görə, bununla bağlı hazırda danışıqlar ...

QU Texnopark loqosunu yeniləyir.    Qafqaz Universiteti  Texnoparkı rəsmi loqosunu yeniləyir. Bu məqsədlə QUTechnopark müsabiqə elan edir. Müsabiqədə təklif edilən ən yaxşı loqonun sahibinə QUTechnopark tərəfindən "Wacom wireless Bamboopad" cihazı hədiyyə ediləcək. Dizayn edilən loqo QU Texnoparkın fəaliyyətini əks etdirməlidir.    Müraciət etmək istəyənlər təklif edəcəkləri loqonu, adı, soyadı və telefon nömrəsini əlavə edərək e-poçtuna göndərə bilərlər. Son müraciət zamanı 23 oktyabr 2015-ci il saat 10:00-dur.    Ətraflı məlumat üçün +994 (12) 349-99-58 +994 (55) 314 44 03 və ya QUTechnopark-ın rəsmi mənbələrindən istifadə edə bilərsiniz. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq. Əsmər Həşimli...

QUTechnoparkda Layihələrin İnkişafı və Texnalogiya Transferi Departamenti fəaliyyətə başladı Mövcud şirkətlərin iş mexanizminə innovasiyaların tətbiqi, həmçinin startuplara dəstəyi nəzərdə tutan, beləliklə də universitet və iş dünyası arasında əməkdaşlıq həyata keçirən QU Texnoparkda yeni bir şöbə fəaliyyətə başlamışdır. Layihələrin inkişafı və Texnologiya Transferi Departamentinin rəhbəri indiyə kimi sahə ilə əlaqədar bir çox yerli və beynəlxalq layihədə təşkilatçı və iştirakçı olaraq çıxış etmiş Zəfər Həsənovdur. Qafqaz Universiteti Layihələrin İnkişafı və Texnalogiya Transferi Departamentinin məqsədi universitetin tədris istiqamətinə əlavə olaraq elmi araşdırma potensialının gücləndirilməsi, biznes və iş dünyası ilə inteqrasiyanın sürətləndirilməsinə dəstək, yerli və qlobal bazar rəqabətinə dayanıqlı məhsulların təyini və kommersiyalaşdırılma prosesinin asanlaşdırılması, ölkə daxili təşəbbüskarlıq layihələrinə lazımi töhfənin verilməsi, innovasiyanın inkişafı və müxtəlif donorlar vasitəsilə layihələrin həyata keçirilməsidir. ...

İqtisadi Əməkdaşlıq Təşkilatı Elmi Fondunun prezidenti QUTechnoparkda    Sentyabr ayının 14-də İqtisadi Əməkdaşlıq Təşkilatı Elmi Fondunun prezidenti Manzoor Soomro QUTechnoparkın qonağı oldu. Görüş əsnasında innovasiyaların inkişafı və tətbiqi yolunda lazımi addımlar barədə müzakirələr aparıldı. Qonaq cəmiyyətim fikrini innovasiyaların inkişafına yönəltməkdən ötrü çox gənc yaşlardan bunu insanların diqqətinə çatdırmağın, təhsil müəssisələrində müəllimlərin bu mövzuda məlumatlandırılmasının və məktəb-universitetlə sənaye arasında şəbəkələşmənin önəmini vurğuladı. QUTechnopark heyəti də öz növbəsində bu sahədəki təcrübələrindən və startupların tərəqqisinə verdiyi töhfələrdən bəhs etdi. Sonda əməkdaşlıq üçün imkanların dəyərləndirilməsi qərara alındı. Əsmər Həşimli...

“BethClip” World Summit Award final mərhələsində   Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş, Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference, ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea)kimi xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak edən BethClip layihəsi Azərbaycanın “World Summit Award 2015” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış 6 layihəsi arasındadır. Onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən seçilən layihə “Business & Commerce” (Biznes və kommersiya) nominasiyasında yarışacaq. Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək. Bu il World Summit Award (Dünya Sammit Mükafat) yarışı BMT-ə üzv 86 ölkədən 386 nominasiya qəbul etdi. Layihələr WSA ekspertl...

"İşləmədən Pul Qazanmağın Sirrləri" seminarı Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 06 İyun 2015-ci il tarixində keçirilən seminar Tor Digital Agency, Moblama və Trace Studio şirkətlərinin təsisçisi Toğrul Səmədovun təqdimatında "İşləmədən Pul Qazanmağın Sirrləri"  mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur. Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminar...

Ekspert TV-dən yeni layihə Artıq ali məktəblərə qəbul imtahanlarının start götürdüyü və abituriyentlərin ixtisas seçimi haqda daha ciddi düşünməyə başladığı bir dövrdə QUTechnopark rezidenti Milli Bayt nəzdində fəaliyyət göstərən Ekspert TV onların düzgün seçim etməsinə şərait yaratmaq məqsədilə yeni layihə həyata keçirir. Layihə Qafqaz Universiteti akademik heyəti tərəfindən ixtisaslar haqda əsas məlumat, onların tədrisi, ixtisasın praktikası, ona ehtiyac duyulan sahələr, gələcək iş imkanları barədə mühim bilgilərin video vasitəsilə auditoriyaya təqdim olunmasını nəzərdə tutur. Beynəlxalq münasibətlər, Mühasibat uçotu və audit, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Sənayenin təşkili və idarə olunması kimi bir çox mühəndislik, pedaqoji, iqtisadi və idarəetmə ixtisaslarının çəkilişi artıq yayımlanmışdır. Layihə hazırda uğurla davam etməkdə və abituriyentlərin, eləcə də orta məktəb müəllimləri və valideynlərin böyük m...

AzRoboHack2 Final proqramı keçirildi May ayının 23-də Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM), QUTexnopark, QU Kompyuter Mühəndisliyi bölməsi, IEEE Azerbaijan Chapter-in təşkilatçılığı, AZEL Elektronik LTD, ACCODERS, DNS Computers və CeDAWI-nin sporsonluğu ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş tələbələr arasında keçirilən 2-ci respublika robot müsabiqəsi AzRoboHack2 elektronika yarışının final mərhələsi keçirildi. Azərbaycan universitetləri arasında bir ilk olan layihənin məqsədi tələbələrimizin potensialının üzə çıxması üçün şərait yaratmaq, elektronikaya olan marağı, həmçini ölkədə bu sahəyə olan diqqəti artırmaqdır. Müsabiqə iştirakçılarının öhdəliyi təlimlər zamanı təyin edilmiş meyarlara uyğun elektronika tətbiqləri təqdim etmək olmuşdur. Qiymətləndirmə zamanı elektronikanın innovativliyi, sənaye yararı, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, elektronik dizaynı və işinin stabilliyi nəzər...

Big Data Day Baku 2015   May ayının 16-da QU Texnopark rezidenti CeDAWI şirkətinin təşkilatçılığı ilə Qafqaz Universitetində Big Data Day Baku 2015 tədbiri keçirildi. Şirkətin rəhbəri dosent Abzetdin Adamovun təşəbbüsü ilə baş tutan tədbirin spikerləri arasında Yunanıstan, Rusiya kimi xarici ölkələrdən də ekspertlər var idi. Tədbirdə Oracle, Microsoft, Azercell Telekom MMC, ATL Group kimi nüfuzlu şirkətlərin nümayəndələri çıxış etdilər. Tədbir boyunca Telekomunikasiya Biznesində Böyük Verilənlər, Analitikası Hadoop Ekosistemi, EMC Böyük Verilənlər Texnologiyası kimi İnformasiya Texnologiyaları ilə əlaqədar maraqlı mövzular müzakirə olunmuş, iştirakçılar sahə ilə bağlı suallarına cavab tapmaq imkanı əldə etmişlər....

QU Texnopark “Startap Azərbaycan 2015” qaliblərini dəstəkləyəcək May ayının 15-də “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi  və “Startap Azərbaycan 2015” milli konfransı keçirilmişdir. Tədbirdə sahə ilə əlaqədar şəxslər -  startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, investorlar, İT şirkətlər, mentorlar və ekspertlər  iştirak etdi. Müzakirələrin gedişində QU Texnopark rezidenti ITB World şirkətinin rəhbəri Anar Rüstəmov, Qafqaz Universiteti müəllimiVahid Qasımov, YFM 2014 qalibi Rəşid Əliyev çıxış etmişlər. Çıxışlar zamanı startup sahəsinin inkişafına maneə olan məsələlər və onların həll yolu üçün təkiflər söylənilmişdir. YFM 2015 ikinci yerin qalibi olmuş Baku Parking layihəsi müsabiqədə “GoMap mobil tətbiqləri” nominasiyası üzrə fərqlənmişdir. Həmin layihə həmçinin müsabiqənin finalına da vəsiqə qazanıb. Tədbirdə QU Texnopark direktor İsa Qasımov, idarə heyətinin sədri Şahin Durmaz, mütəxəssis Tengiz Ağakişiyev tərəfi...

Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea) yarışmasında iştirak etmək üçün baş vurmuş və 10 may tarixində layihə yarım-finalistləri siyahısına seçilmişdir.Finalda iştiraka seçilmək üçün bütün iştirakçılar üçün səs toplama kompaniyası keçirilir.Qeyd edək ki, müsabiqə 74 ölkədən 792 müraciət qəbul etmişdir ki, son nəticədə 37 ölkədən cəmi 76 layihə yarım finala çıxmaq imkanı əldə etmişdir. Dünyanın müxtəlif ölkələrindən 110 elm, texnika, innovasiya və təşəbbüskarlıq üzrə regional mütəxəssislər layihələrin yoxlanılması prosesində iştirak etmişlər. Qiymətləndirmə zamanı layihə yaxud startapın əlverişliliyi, potensial...

"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər. Qeyd edək ki, rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya...