Xəbərlər

Yeni Fikir 2016 Müsabiqəsinin qalibləri elan olundu‬ Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı 30 Aprel 2016-cı ildə Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layih...

“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi Aprel ayının 23-də, QUTechnopark tərəfindən, gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə, həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Rəşad Bayramovun təqdimatın baş tutdu.   Seminar “İnamla danış! Uğurlu çıxışın üç sirri” mövzusunda idi. Rəşad bəy dinləyicilərin diqqətini çıxış zamanı həyəcanı necə cilovlamaq olar, auditoriya ilə dialoqu necə qurmaq olar, əhvalat danışmaq nitqinizə hansı dəyəri gətirir kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.         Qeyd edək ki, Rəşad bayramov ABŞ-ın Roçester Texnologiya İnstitutunun məzunu, eləcə də Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə ekspert-məşqçidir....

"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda   Aprel ayının 11-də QU Texnopark tərəfindən həyata keçirilən "Təşəbbüskarlıq seminarları" silsiləsindən növbəti təlim baş tutdu. Seminar ABŞ-ın “Rainpath” şirkətinin prezident və təsisçisi Bill Finneqan tərəfindən keçirildi. Cənab Finneqan "Strategiya və sahibkarlıq planlaşdırması" adlı görüş əsnasında sahibkarlığa başlamaq üçün səbəblər, özünü analiz etməyin önəmi, biznes ideyası tərkib hissələri, biznes planın nə dərəcədə əhəmiyyətli olması, markanın biznes mahiyyəti, netvorkinq, müştəri və işçilərin gözləntiləri, mentorun rolu, qarşıya çıxan çətinliklər məsələlərinə toxundu. Görüşün sonunda QU Texnopark, həmçinin universitetimizin tələbə-müəllim heyəti və digər qonaqlar spikerə öz suallarını ünvanladı....

Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru QU Texnoparkda   Aprel ayının 4-də Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru İlyas Ülgür bəy ”Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar verdi.  QU Texnoparkın təşkil ediyi seminar “Avropa birliyi təhsil və araşdırma layihələri, keyfiyyətin təminatı və təhsil nailiyyətləri” mövzusunda idi. Ülgür bəy semihnarda Erasmus+ proqramı, universitetlər üçün standart veb səhifə, beynəlxalq universitetin xüsusiyyətləri, dərs metodikaları, boloniya sistemi kimi mövzulara toxundu. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında da həyata keçirildi. Əsmər Həşimli...

Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu 211 layihənin qeydiyyatdan keçdiyi Yeni Fikir 2016 Müsabiqəsində (YFM) 30 layihə yarımfinala vəsiqə qazanıb. YFM 2016 əsasında yarımfinal mərhələsi 09 Aprel 2016-cı il tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153)  keçiriləcək. Yarımfinala vəsiqə qazanmış layihələrin siyahısı və bu mərhələdə tətbiq olunacaq qaydalar haqqında geniş informasiyanı aşağıdakı ünvandan istifadə edərək əldə edə bilərsiniz.  Qeyd edək ki, 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatı təsdiqlənmişdi. Qediyyatdan keçən layihələr veb səhifədə  yerləşdirilib. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.  Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmaların...

Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib Yeni Fikir 2016 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı Martın 17-də başa çatdı.  elektron səhifəsindən istifadə edərək "online" formada həyata keçirilən layihələrin qeydiyyatı prosesinə 01 Fevarl 2016-cı il tarixində başlanmışdı. 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatdan keçib. Qediyyatdan keçən layihələr  ünvanında yerləşdirilib. Hazırda ilkin qiymətləndirmə prosesinə başlanıb. Qiymətləndirmə prosesi müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssilər tərəfindən təmin edilir. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.  Yarımfinal və final mərhələdə isə, layihələri qiymətləndirərkən aşağıdakı meyarlar əsas görürləcək: 1. Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamət...

Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadılmışdır. ‪‎Layihənizin qeydiyyatının təsdiqləndiyini aşağıdakı ünvana baxaraq yoxlaya bilərsiniz. Layihənizi qeydiyyatdan keçirdiyiniz halda bu səhifədə adı yoxdursa, verilmiş əlavə vaxtı dəyərləndirərək, layihənizi qeydiyyatdan keçirə bilərsiniz. ‪Layihələrin qeydiyyatı ilə meydana gələn istənilən problemlə bağlı QU Texnoparka müracət edə bilərsiniz. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi hər il Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilir. Müsabiqə təşəbbüskar düşüncənin inkişaf etdirilməsini hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlan...

"Yaddaş və planlama" seminarı   Mart ayının 12-də Qafqaz Universiteti Texnoparkında Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. "Yaddaş və planlama" seminarı Flapus tətbiqetməsinin baş icraçı direktoru, AtaHoldinqdə strateji marketinq üzrə rəhbər Murad Ələkbərov tərəfindən həyata keçirildi. Murad bəy mövzunu yaddaşın xüsusiyyətləri, günün planlaşdırılması, "Flapus" həllinin dəstəyi, "Məhsuldarlıq" tətbiqetmələri aspektlərindən izah etdi. Murad bəy həmçinin plansız məqsədin nəticəsiz qalmasından, hədəfə nail olmaq üçün atılmalı addımlardan, işin icrası üçün mühüm olan xüsusiyyətlərdən bəhs etdi. Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı tərəfindən mütəmadi olaraq həyata keçirilən Təşəbbüskarlıq seminarlarında ekspertlər öz təcrübələrini bölüşür və bu seminarlarda arzu edən hər kəs iştirak edə bilər. Əsmər Həşimli...

Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə İnnovativ sahibkarlığın ölkəmizdə daha geniş sferada tanınması və irəliləməsi üçün daim müəyyən fəaliyyətlər həyata keçirən Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə favral ayının 24-də Silikon Vadisində fəaliyyət göstərən, MindBridge Partners partnyor və baş icraçı direktoru Dr. Esin Silenin təqdimatında açıq qapı seminarı həyata keçirildi. “Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə” adlı seminarda startap dünyasının nümayəndələri, tələbə və müəllimlər iştirak etdi. "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında çıxış edən Esin xanım Amerika, Türkiyə və Azərbaycan təhsil sistemindəki fərqlər, inkubatorların və akseleratorların spesifik xüsusiyyətləri, sənaye strategiyasının önəmi, texnoloji inteqrasiya həll yolları barədə iştirakçılara mühüm məlumatlar verdi....

Sənaye əhəmiyyətli elmi fəaliyyətlərin inkişafına QUTechnopark-dan növbəti dəstək Daim innovativ sahibkarlığı, yüksək texnologiyaların inkişafını dəstəkləyən, qeyri-neft sektorunun gələcəyi üçün təhsilin önəmini önə çıxaran, bunun üçün beynəlxalq təcrübəyə önəm verən, xarici və yerli mütəxəssislərlə mütəmadi görüşlər təşkil edən Qafqaz Universiteti Texnoparkının növbəti qonağı Mayndbric Partners partnyor və baş icraçı direktoru Dr. Esin Sile olacaq. Esin xanımın təqdimatında, 23-25 fevral 2016-cı il tarixlərində, QUTechnopark heyətinin, Qafqaz Universitetinin akademik heyəti və tələbələrrinin iştirakı ilə seminar görüşlər keçiriləcək. Seminar görüşlərin "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında keçiriləcəyi nəzərdə tutulub.  QUTechnopark Qafqaz Universiteti mənsubu olmayanların da iştirak edə biləcəyi görüş keçirməyi nəzərdə tutub. Belə k...

İntelektual mülkiyyətin inkişafı başlıca hədəflərdəndir Hazırda Hindistanda ezamiyyətdə olan Qafqaz Universitetinin (Qutexnopark) direktoru İsa Qasımovun sözlərinə görə, əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görürlər.  Onun təəsssüratlarına görə, Hindistanda həyat şəraiti çətin olan insanlar çoxdur. Bununla belə, Hindistan höküməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan höküməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hər tərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, eləcə də sosial sahibkarlığın inkişafını mühüm yol kimi seçiblər. Hindistan höküməti bu sahənin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təqviqedici yanaşmaları ilə biznes dünyasının və ictimaiyyətin ...

Yeni Fikir Müsabiqəsi  2016 Daha öncə də qeyd etdiyimiz kimi QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırılacaq. Hətta birinci yerin sahibi münsiflər heyəti tərəfindən təsdiq olunduğu halda onu 10.000 avroya qədər pul mükafatı da gözləyir. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark paketi və Türkiyədə 15 günlük təlim imkanı əldə edəcək. Qeyd edək ki, SUP.az tərəfindən təqdim olunan dəstək paketinə xüsusi masa ilə təchiz olunmuş ofis şəraiti, Amazon Web Services serverdən istifadə (5000 $ -a qədər), Rəqəmsal Marketing Təlimi, Mentor Proqramı (8 həftə), bazar araştırması, hüquqi dəstək, markalaşma dəstəyi, qidalanma, yerli və xarici media dəstəyi, Startup Week, Startup Grind...

Qafqaz Universiteti Texnoparkında külək enerjisi turbini və günəş enerjisi panelləri qurulmaqdadır   Qafqaz Universitetinin Tempus Enerji layihəsini qazanması nəticəsində Qafqaz Universiteti Texnoparkında külək enerjisi turbini və günəş enerjisi panelləri qurulmaqdadır. Layihə menecerinin Qafqaz Universiteti Layihələrin İdarəolunması ofis rəhbəri  Hafiz Atakişiyevin olduğu layihəyə Mexanika mühəndisliyi Bölmə müdiri Kadir Demirkıran, dosent Yadullah Babayev, bölmə müəllimi Orxan Hüseynov enerji mövzulu dərs kitablarına fəsil yazarı olaraq töhfə vermişlər. Effektiv enerji təhsili üçün 5 kilovat külək enerjisi turbini, 245vat 40 hissə günəş enerjisi panelləri, günəş enerjisi isitmə sistemi, 24 vakuum lampası, 180 l ehtiyat su isitmə sistemi qurmaq planlaşdırılır. Quraşdırma prosesləri bitdikdən sonra günəş və küləkdən necə enerji əldə edilməsi, həmçinin əldə edilən enerjinin necə daha  effektiv istifadə ediləcəyi barədə təcrübi işlər görüləcəkdir. Bundan əlavə, hazırlanan dərs materialları və qurulan sistemlər əlaqədar dərslərdə istifadə ediləcəkdir. ...

“Braille Pad” layihəsi ABŞ-ın qrant müsabiqəsində Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən “Braille Pad” layihəsi növbəti uğuruna imza atmışdır. Layihənin müəllifi Rəşid Əliyev 6-8 yanvar tarixləri arasında ABŞ-ın Missuri ştatının, Sent Lyuis şəhərinin icra hakimiyyəti və Arch Grants təşkilatının birgə dəstəyi ilə keçirilən çıxış etmişdir. Layihəni müvəffəqiyyətlə təqdim edən Rəşid bəy onun faydaları, iş mexanizmi, spesifik xüsusiyyətləri və layihə ərsəyə gətirilərkən istifadə olunan innovativ yanaşmadan bəhs etmişdir. Hazırda AMEA-nın İşlər İdarəsində çalışan Rəşid bəy həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib.  Nəzərinizə çatdırırıq ki, “Braille Pad”layihə...

Regionalların innovativ inkişafında Hindistan modeli Xəbər verdiyimiz kimi, Qafqaz Universiteti Texnoparkının direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation") beynəlxalq təlimində iştirak etmək məqsədi ilə Hindistanda ezamiyyətdədir. İ.Qasımovdan aldığımız informasiyaya görə, 6 həftəlik proqramın artıq 1 həftəsi uğurla başa çatıb. O, bildirdi ki, təlimin ilk həftəsində, Hindistanda sahibkarlığın inkişafı sahəsində çalışan ən qabaqcıl alimləri, dövlət xadimləri, eləcə də biznes təcrübəsi olan şəxslərin təqdimatında aşağıdakı seminar və treyninqlər keçirilib       1. "İnnovasiya, İnkubasiya və Sahibkarlıq" 2. "Texnosahibkarlıq və innovasiya" 3. "Yeni təşəbbüskarların formalaşdırılması üçün əlverişli mühitin yaradılması" 4. "Sahibkarlığın İnkişafı Prosesi" 5. "İqtisadi inkişafda innovasiya, inkubasiya və sahibkarlığın rolu" 6.&n...

YFM 2016 iştirakçılarını yeni imkanlar gözləyir     Yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasını daim diqqət mərkəzində saxlayanQafqaz Universiteti Texnoparkının bu sahədə həyata keçirdiyi ən önəmli layihələrdən biri hər il təşkil olunan Yeni Fikir Müsabiqəsidir. Müsabiqə təşəbbüskar düşüncənin inkişafını hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. Artıq Yeni Fikir 2016 Müsabiqəsinin yanvar ayı ərizində elan edilməsi planlaşdırılır. YFM 2016 daha güclü tərəfdaşlarla reallaşdırılacağına görə layihənin ölkə startapları üçün yeni və daha böyük imkanlar təqdim edəcəyi gözlənilir. Belə ki,YFM 2016-nın əsas tərəfdaşlarından biri olan və dekabr ayının 15-də QU Texnoparkda Tədqiqat Mərkəzi  açmış Türkiyənin ən nüfuzlu İT şirkətlərindən olan Koç Sistem Azərbaycanın dəstəyilə münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərindən  ibarət olacaq və şirkət bununla yanaşı startaplara...

QUTexnopark-ın direktoru innovasiya sahibkarlığının inkişafı   beynəlxaq təlim proqramında iştirak edəcək Qafqaz Universiteti Texnoparkının (QUTEXNOPARK) direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  ("Promoting Innovation's & Entrepreneurship through Incubation")  beynəlxalq proqramlarda iştirak edəcək. “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi”  təlim proqramı 04 Yanvar - 12 Fevral 2016-ci il tarixlərində baş tutacaq. Proqram Hindistanın Ahmadabad şəhərində fəaliyyət göstrərən  Hindistan Sahibkarlığın İnkişafı İnstitutunda (), eləcə də Hindistanın müxtəlif şəhərlərində - Trivandrum, Cochin, Coimbatore, Tirupur, Mysore, Bangalore -  fəaliyyət göstərən şirkətlər, iş mərkəzləri, texnoparklar və müvafiq müəssisələrdə həyata keçiriləcək. 6 həftə ərzində davam edəcək Proqramın ilk 4 həftəsi əsasən trening və ya seminarlar formasında, sonuncu 2 həftəsi isə müxtəlif şəhərlərdə təcrübə proqramları şəklində baş tutacaq. “İnnovasiyaların və Sahibkar...

Azərbaycanlı tələbə gələcəyin avtomobilini hazırladı Gələcəyin avtomobilini artıq Avropa ölkələrində axtarmaq lazım deyil. Azərbaycanlı tələbələr günəş və elektrik enerjisi ilə çalışan, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hazırlayıb. Məqsəd, müasir texnologiyanın üstünlüklərindən istifadə edərək, təbiətdən daha az xammal almaq hesabına, ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitəsi təqdim etməkdir. Maksimal texniki kütləsi 400 kiloqram olan elektromobil 8 nəfərlikdir, 4kVt Litium ion fosfat batereya və 122 V-luq günəş paneli ilə təchiz olunub. Şassisi yüngül dərəcəli poladdan hazırlanan bu nəqliyyat vasitəsinin əyləc mexanizmi, hidravlik disk əyləcləri ilə çalışır. Daha bir ekoloji təmiz nəqliyyat vasitəsi ilə əsl yarış avtomobillərini xatırladır.  Qeyd edək ki, "Qafqaz Universiteti mühəndislərinin elektrik maşını" layihəsi çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komandada çalışıb. Bununla da cəmiyyətin diqqətini...

"Sup.az"ın dəstəyi ilə biznesini qur Dekabr ayının 18-də Sup.az-ın QU Texnoparkda təqdimatı oldu. Direktor, Sup akselerator Nail Vəliyevin təqdimatında keçən seminarda Sup.az iş prinsipi, üzvlük qaydaları barədə məlumat verildi. Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək, beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları müzakirə edildi. Auditoriyanın geniş marağına səbəb olan təlimin sonunda şirkətin həmtəsisçisi Məmməd Kərim startapların öz ideyalarını həyata keçirmək üçün əsas məsuliyyətlərini dilə gətirdi. Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: • "Sup.az" nədir? • Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək imkanları • Beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları   Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata ke&cc...

CEO SUMMİT 2015 Dekabr ayının 7-də Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən "Business Talk" şirkəti tərəfindən "CEO SUMMİT 2015" proqramı baş tutdu. Əsas mövzusu iş həyatı, karyera, qlobal şirkətlərdə idarəçilik, fərdi inkişaf olan proqramda Azərbaycan və Türkiyə, həmçinin qlobal şirkətlərdə fəaliyyət göstərən altı iş adamı təcrübələrini və dəyərli fikirlərini iştirakçılarla bölüşdü. Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov: “İş həyatında təhsilli insanmı yoxsa əxlaqlı insamı?”, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlobal markalarda idarəçi olmaq”, MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri”, " Koç Sistem" şirkətinin Azərbaycan üzrə  direktoru Ali B. Kutvan: “Şirkətlərdə Strateji İdarəetmə”, " Mc Donalds" şirkətinin İngiltərə və Türkiyə üzrə direktoru Ahmet Murtezaoğlu:  &l...