Xəbərlər

QUTechnopark "Sahibkar düşüncəsinin əsasları" seminarını keçirdi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 14 dekabr 2013-cü il tarixində keçirilən seminar Şeraton Bakı Mehmanxanasında kadrlar şöbəsinin rəis müavini, təlimçi menecer, FORENS online təhsil şəbəkəsinin təsisçisi, Oratorica Bakı təlim şəbəkəsinin həmtəsisçisi Talıb Bayramovun təqdimatında "Sahibkar düşüncəsinin əsasları" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: -  Yaxın dairə nəzəriyyəsi       -  Həyat portreti-  Boston matrisası                 -  Əbədi Xoşbəxtlik sindromu Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüs...

QUTechnopark "CRDF Global" şirkəti ilə əməkdaşlıq edəcək "CRDF Global" şirkətinin Proqram Meneceri Evgeniy Krasowski Azercell Telekom MMC-nin nümayəndələri ilə birgə QUTechnopark-ı ziyarət etdilər. (11 Dekabr 2013) QUTechnopark-la tanış olduqdan sonra, qarşılıqlı əməkdaşlığın persdpektivləri ilə bağlı görüş keçirildi. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqsəi iştirakçılarının ideyanın şirkətləşdirilməsi  (və ya nəticələrin səmərəliliyinin artırılması) üçün lazım olan mentor  və ya təlim kimi proseslərdə, həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün həyata keçiriləcək tədbirlərin təşkilində  "CRDF Global" şirkətinin imkanlarından istifadə oluna biləcəyi, görüşün başlıca müzakirə obyektlərindən oldu.  Qeyd edək ki, "CRDF Global" şirkəti iqtisadi artıma elm və texnologiyanın tətbiqini təşviq edərək ixtira, innovasiya, sahibkarlıq və texnologiyanın kommersiyalaşdırılmasına dəsətk verərək,  beynəlxalq əməkdaşlığa əhəmiyyət verən tanınmış şirkətlərdəndir. ...

Gələcəyin mühəndisləri QUTechnopark-da Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə 1-ci kurs magistr tələbələri QUTechnopark-la tanış oldular. Tanışlıq görüşü Dos.Dr. Şahin Durmazın tədris etdiyi "Ümumi keyfiyyətin idarəolunması və standartlar" fənni əsasında keçirildi....

Marketinq kinoya bənzər, mənim öz kinom QUTechnopark-ın təşkil etdiyi Təşəbbüskarlıq Seminarları silsiləsindən növbəti seminar 07 dekabr 2013-cü il tarixində iqtisadçı, Amerika Marketing Assosasiyasının üzvü, German Studio şirkətinin sahibi, Marketinq və Satışın idarə edilməsi sahəsində 10 ilə yaxın iş təcrübəsi, Azərbaycanda ilk Marketinq təlimlərinin (Marketinq AİR) və onlayn Marketinq telviziyasının (FMR TV) təsisçisi Dr. İlkin Manafovun təqdimatında "Marketinq kinoya bənzər, mənim öz kinom" adı ilə, keçirildi. Seminar çox maraqlı olmaqla yanaşı, fərqli idi. Təqdimatçının məharətlə,  eləcə də sadəliklə təqdim etdiyi məqamlar sözün həqiqi mənasında fərqlilik ortaya çıxardı. Seminardan bəzi məqamlar:   - Alma almaya bənzər, ancaq iki almadan biri tamamilə fəqrlidir, onu fərqli edən çəyirdəyinin olmamasıdır...- Fərqlənmək... Məşədiİbadı digərlərindən fərqləndirən Onun təkbaşına çay içməsi...- Müasir biznesdə Məşədiİbaddan oğrulanan məqamlar....- Fərqlənmə nəzəriyyəsi...- Marketinqdə ədalət...

Elektron universitet sistemi Boloniya prosesinin tələbidir Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb.Qeyd edimki 10-ilə  yaxındırki Qafqaz universitetində elektron universitet sistemi tətbiq olunur. Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir. Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.Təkmilləşdirilən Sistem Qafqaz Universitetində əvəzsiz tədbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa universitetlərinində tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrinə təklif olunacaq. Qafqaz universitetini...

Qafqaz Universitetində görüş barədə Bugün dostumuz İsa müəllimin dəvəti ilə Qafqaz Universitetinin bazasında olan Texnoparkla tanışlığa getmişdim. Dostlar bilir ki, mənim Qafqaz Universiteti haqqında məlumatım çox azdır və özüm üçündə bu ali məktəbə getmək maraqlı edi. Əzizlərim… gördüklərim məni sadəcə valeh etdi. Birincisi qeyd etməliyəm ki, İsa müəllimin işinə olan sevgisi hər addımda hiss edilirdi. İstər Texnopark haqqında sevə-sevə danışması, istrə Qafqaz Universitetinin maddi-texniki tədris bazası ilə məni tanış etməyi, istərsədə müşahidə etdiyim Universitet daxili mehribançılığı super edi. Bu sübüt edir ki, bu Universitetin ən güclü tərəfi məmnun personaldır. Biz bir neçə dəfə Sizinlə söhbət etmişik ki, güclü brend ilk növbədə müştəri məmnunluğundan başlayır. Müştərini məmnun etmək üçün isə, personal məmnun olmalıdır. Qafqaz Universitetində personal məmnun edi. İkincisi Universitetdə tələbə-müəllim münasibətləri tamamiylə fərqli və əsli...

ÖZ ŞİRKƏTİNİ QURMAQ İSTƏYƏN GƏNCLƏRƏ YENİ FÜRSƏTLƏR QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi  Yeni Fikir Müsabiqəsi 2014 layihəsində qalib gələn 3 komandaya pul mükafatlarıı ayırdı:   - 1-ci yerə 10 000 manat  - 2-ci yerə  5 000  manat  - 3-cü yerə 3 000  manat Layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə QUTechnopark İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaqlar. Bu və ay digər mükafatlar gənc təşəbbüskarları (StartUp-çıları) gözləyir. Ətraflı məlumat üçün   veb səhifəsindən əldə etmək olar. YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirili...

"Alın tərinə ağıl təri qatmaq lazımdır" Bu fikir Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil edilən "2023-ə 10 qala" 3-cü Sənaye Şurasında müxtəlif tərəflərin təmsilçiləri tərəfindən dəfələrcə səsləndirildi. Belə ki, ölkənin baş naziri, nazirləri, universitet rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət məmurları və qeyri hökumət təşkilatlarının nümayəndələrinin birgə müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin 2023-cü il hədəflərinə aparacaq yolları araşdırdılar. III Sənaye Şurası "2023-ə 10 qala" adı ilə 20-22 Noyabr 2013-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində, ölkənin ən böyük saraylarından birində - Konsorsium Beynəlxalq Konfrans və Sərgi Sarayında - keçirildi. 265 Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının çoxaldılması yolları birlikdə müzakirə olundu.   Türkiyə 2023-cü...

Lahiyəninin Təqdimatının Hazırlaması Texnikaları  “İdeyanız, Siz və 3 dəqiqə!” QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 26 Noyabr 2013-cü il tarixində Müştəriyə Xidmət sahəsində 5 ildən artıq korporativ təlimçi, VitalCV və Manads Lahiyələrinin həm-təsisçisi  Coşqun Kərimovun təqdimatında “İdeyanız, Siz və 3 dəqiqə!”  (Lahiyəninin Təqdimatının Hazırlaması Texnikaları)  mövzusunda təşkil edildi. Seminarda ideya nədir, sizin ideyanız hansı problemi həll edir, problem necə həll ediləcək,  problemi kim və ya hansı komanda həll edəcək, komanda işi, investorlar pulu komandaya yoxsa ideyaya verəcək,  biznes təqdimat, ideyanızın investoru maraqlandıran hansı gəlir modelləri var və s. kimi mövzular üzərində sual-cavabla  başlayan C. Kərimov gənc StartUp-çılara  layihələrini investorlara ideal təqdim etməyin yollarından danışdı.   Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: İdeyanızın biznesə çevirməsi Biznes təqdimtında diqqətə alınacaq məqamlar Biz...

QUTechnopark "PR olduğu kimi" seminarını keçirdi.   Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.    26 oktyabr 2013-cü il tarixində keçirilən seminar Reklam və PR agentliyi, FMCG, avtomobil, telekommunikasiya sahələrində marketing, satış, reklam, müştəri xidməti, ictimayyətlə əlaqələr üzrə 10 ilə yaxın iş təcrübəsi olan,  hazırda Azercell Telekom MMC-nin əməkdaşı Ceyhun Sadıqovun təqdimatında "PR olduğu kimi" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.       Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: PR nədir və nə PR deyil PR-ın funksiya və prinsipləri PR strategiya və taktiki PR Praktiki PR Uğurlu PR mütəxəssis üçün vacib olanlar Azərbaycanda effektiv PR alətlər Dünyada məşhur brendlərdən maraqlı kesyslər             Xatırladaq ki, ”Təşəbbüska...

"STARTUP - Biznes Qurmaq Üçün Yeni İmkanlar" mövzusunda seminar keçirildi   QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 12 oktyabr 2013-cü il tarixində keçirilən seminar MultiBon və VitalCv çirkətlərinin həmtəsisçisi Orxan Əhmədovun təqdimatında "STARTUP - Biznes Qurmaq Üçün Yeni İmkanlar" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.  ...