Xəbərlər

QUTechnopark “İdeyanızı və İT şirkətinizi qorumaq üçün hüquqi mexanizmlər” mövzusunda seminar keçirdi QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 12 Aprel 2014-cü il tarixində Remells Hüquq Şirkətinin partnyoru Rəşid Əliyevin təqdimatında “İdeyanızı və İT Şirkətinizi Qorumaq üçün Hüquqi Mexanizmlər” mövzusunda təşkil edildi. Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı Kompüter proqramlarına və digər əqli mülkiyyət obyektlərinə hüquqlar və onların qorunması mexanizmləri, Elektron ticarət: mənim müqaviləm etibarlıdırmı İT şirkətlərinin və xüsusən də Startapların üzləşdiyi bir sıra hüquqi məsələlər: şirkətlərin yaradılması, idarəçilik, əmək və vergi məsələləri.  Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı...

Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı QUTechnopark-ın təşkilatçılığı ilə sahibkarlığın inkişafına dəstək məqsədi ilə keçirilən Yeni Fikir Müsabiqəsi 2014 layihəsi əsasında yarımfinal proqramı keçirildi. Yarımfinal proqramı QUTechnopark-ın seminar salonunda baş tutdu. 168 iş fikri komandasının (layihə qrupunun) mübarizə apardığı yarışmada 24 layihə yarımfinala vəsiqə qazanmışdı. Martın 15-də keçirilən yarımfinal proqramında 24 iş fikri komandası öz təqdimatları ilə münsiflər heyəti qarşısında, iş fikirlərinin real biznesdə daha rəqabətli olduğunu iddia edərək, finala vəsiqə qazanmaq uğrunda yarışdılar. Yarımfinal təqdimatlarının nəticələrinə əsasən, real biznesə ən yaxın 10 iş fikrinin (layihənin), Münsiflər Heyəti tərəfindən finalda yarışmasını uyğun gördü.   (Layihələr əlifba sırası ilə verilmişdir) Finala vəsiqə qazanan layihələr aşağıdakılardır: Antiviruslar.az BethClip EnWo GriG Səslə idarə etmə prototipi Spark Studio Şparqalka Fənlər Tomi`s Aerial Vehicle Tuning Fork YolDaş Finala vəsiqə qazanmış layihələrin inkişafına əlavə...

İş dünyasının gələcəyini anlayaraq yeni dəyər formalaşdırma metodları "İş dünyasının gələcəyini anlayaraq yeni dəyər formalaşdırma metodları" mövzusunda seminar keçirildi. Seminar Dr. Ufuk Batumun təqdimatında TUSİAB-da keçirildi....

Girişimçilik, İnnovasiya və İş Modeli mövzusunda seminar keçirildi 10 Mart 2014 - QUTechnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına dəstək məqsədi ilə Türkiyədən dəvət olunmuş məışhur semninarçı Dr. Ufuk Batumun təqdimatında "Girişimçilik, İnnovasiya və İş Modeli" mövzusunda seminar keçirildi. Seminar iştirakçıları sertifikatla təltif olundular....

Münsiflər Heyəti ilə görüş keçirildi 10 Mart 2014-cü il tarixində YFM 2014 yarımfinalçıları ilə münsiflər heyətinin konsultasiya xarakterli görüşü keçirildi. Görüşdə yarımfinala vəsiqə qazanmış layihələrin müəllifləri ilə münsiflər heyətinin üzvləri bir araya gəldilər. Əvvəlcə münsiflər heyətinin üzvləri yarımfinalçılara öz tövsiyələrini verdilər. Sonra isə yarımfinalçıları maraqlandıran suallara cavab verildi....

“Startup Turkey 2014”-ün iştirakçıları ilə görüş keçirildi Martın 1-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup Turkey 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı. Tədbirdə “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir Müsabiqəsi 2013” layihəsi əsasında 2013-cü ilin avqust ayında keçirilmiş Türkiyədə Texnopark Təcrübəsi Proqramı-nın iştirakçılarına sertifikatlar təqdim edildi. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup Turkey 2014” 20-22 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmişdi. ...

"Startup Turkey 2014"un düşündürdüklərindən... "Startup Turkey 2014"un düşündürdüklərindən...               Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ proqramı keçirildi. 3 gün davam edən proqramda dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak etdi. Tədbir əsasında seminar-konfranslar, investorlarla startap-çılar arasında müxtəlif görüşlər və s. proqramlar keçirildi.             Antalyanın “Rixos Hotel”də baş tutan tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olundu, məşhur mentorların iştirakı ilə panellər keçirildi. Biznesin inkiaşfında dünyanın müasir maraqları və reagional potensiallar təhlil edildi.             “Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkını təmsilən mən də iştirak etdim. Bu proqramda Azərbaycandan  Yüksək Texnologiyalar Pa...

“Startup Turkey 2014″-də QUTechnopark da təmsil olunacaq Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcəktədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak edəcək. Tədbir əsasında seminar-konfranslar,investorlarla startapçılar arasında görüşlər və s. proqramlar keçiriləcək. Antalyanın “Rixos Hotel”də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək. “Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru dosent İsa Qasımov da iştirak edəcəkdir. Bu proqramda Azərbaycandan  Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də - “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” - iştirak edəcəkdir....

“Startup Turkey 2014″-də QUTechnopark da təmsil olunacaq Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcəktədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak edəcək. Tədbir əsasında seminar-konfranslar,investorlarla startapçılar arasında görüşlər və s. proqramlar keçiriləcək. Antalyanın “Rixos Hotel”də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək. “Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru dosent İsa Qasımov da iştirak edəcəkdir. Bu proqramda Azərbaycandan  Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də - “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” - iştirak edəcəkdir....

Cenevrə Universitetinin professoru QUTechnopark-la tanış oldu 15 Yanvar 2014 - AMEA prezidentinin müşaviri Rəhim Hüseynov Cenevrə Universitetinin professoru Doğan Güvənlə birgə QUTechnopark-ı ziyarət etdilər. Azərbaycana AMEA-nın dəvəti ilə gələn professor Güvən Doğan, burada texnoparkların inkişaf etdirilməsi ilə bağlı müşahidələr aparır. Güvən Doğan texnoparkların inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda müxtəlif görüşlər keçirir və müzakirələr aparır. Qafqaz Universitetində keçirilən görüşdə Universitetin rektoru prof.Ahmet Saniçlə birgə, QUTechnopark İdarə Heyətinin üzvləri də iştirak etdilər. Güvən Doğan innovasiyalar üzrə dünyada tanınmış mütəxəssislərdəndir....

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə  İNNOVASİYA seminarları keçirildi Sahibkarlığın inkişaflına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. QUtechnopark-ın bu dəfə ki, qonağı Türkiyədə fəaliyyət göstərən ABC Danışmanlık və Təhsil Ltd. şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 Yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-da AMEA proezidentinin müşaviri Rəhim Hüseynovla başlayan görüşlər, daha s...

YFM iştirakçılarına İNNOVASİYA seminarı verildi 10 Yanvar 2014. QUTechnopark-ın təşkilatçılığı ilə keçirilən Yeni Fikir Müsabiəsi iştirakçılarına türkiyədən dəvət olunmuş mütəxəssis Yekta Özözerin təqdimatında İNNOVASİYA seminarı verildi. Qeyd edək ki, Yekta Özözer sahibi olduğu ABC Danışmanlık və Təhsil Ltd. şirkəti olaraq Türkiyə və xaricində xeyli sayda böyük firmaya İnnovasiya, yaradıcı problem həll etmə, İdarəçilik və Motivasiya mövzularında dəstək verir....

Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi 26 Dekabr 2013 - Azərbaycan Diplomatiya Akademiyasında YFM-nin təqdimatı keçirildi.Təqdimatın keçirilməsində kömək etdikləri üçün ADA rəhbərliyinə, həmçinin ADA Karyera Mərkəzinin müdiri İnarə xanım Bəşirovaya və onun komandasına təşəkkür edirik....

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşdü. Görüşdə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də  iştirak etdi. İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması müzakirə edildi.   ...

AzMİU-da YFM-nin təqdimatı keçirildi 23 Dekabr 2013 -  Azərbaycan Memarlıq və İnşaat Universitetində YFM-nin təqdimatı keçirildi. Təqdimatın keçirilməsində bizə köməklik edən AzMİU rəhbərliyinə, xüsusilə elm və texnika işləri üzrə prorektor prof. Arif Rza oğlu Şərifova, Beynəlxalq Əlaqələr üzrə Koordinator dosent  Könül Əliyevaya və universitetin tələbə təşkilatına təşəkkür edirik.       ...

AMEA Prezidentinin Müşaviri QUTechnoparkla tanış oldu Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin müşaviri Rəhim Hüseynov QUTechnopark-ı ziyarət etdi.  Rəhim Hüseynov burada fəaliyyət göstərən MinA  LLC, Azer.Net  MMC, AZEL ELEKTRONIK LTD və dirgər şirkətlərin təmsilçiləri ilə söhbət edərək, texnoparkın imkanları ilə ətraflı tanış oldu. Müzakirələr zamanı şirkətlərin iş prinsipi ilə yaxından maraqlanan Rəhim Hüseynov, şirkətlərin fəaliyyətində Universitetin tələbə və magistrlarının, həmçinin professor-müəllim heyətinin rolunu diqqətlə izlədi. ...

QUTechnopark "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 21 dekabr 2013-cü il tarixində keçirilən seminar Sumqayıt Kimya Sənaye Parkı Azertexnolayn MMC Hidrotexniki Avadanlıqlar Zavodu Müdiri Seymur İlyasovun təqdimatında " İstehsalatda Toyota üsulu və Yalınlaşdırma " mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:      Toyota  ağıllı istehsalata niyə keçmək məcburiyyətində qaldı?      Keçidə haradan və necə başladı?   Nə qədər müvəffəq oldu?      Yalınlaşdırma bir şirkəti necə və nə qədər inkişaf etdirə bilər? Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirmə...

QUTechnopark sərgidə təmsil olundu QUTechnopark İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyinin təşkil etdiyi sərgidə təmsil olundu. Sərgi Bakı Biznes Mərkəzində keçirildi (21 dekabr 2013)...

Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı 17 dekabr 2013 - Azərbaycan Texniki Universitetində YFM 2014 Layihəsinin təqdimatı keçirildi. YFM 2013 Layihəsində Azərbaycan Texniki Universitetinin tələbə və məzunları aktiv olmuşdular. Bu Layihədə daha da aktivlik gözləyirik. Təqdimatın keçirilməsində köməklik göstərdiklərinə görə AzTU-nun rəhbərliyinə və fəal tələbələrinə təşəkkür edirik....

İş adamları QUTechnopark-ın qonağı olduları FranklinCovey şirkətinin (Turkiyə) direktoru Suresh Gunaratnam, TexnoYapı şirətinin (Turkiyə) sahibi Kadir Tolga Erpinar və VİP CON şirkətinin (Azərbaycan) sahibi Ramiz Məmmədli Azərsu ASC HR direktoru Rahib bəylə birgə QUTechnopark-ın qonağı oldular....