Xəbərlər

BethClip Silikon Vadisində Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!...

Hindistanlı iş adamları ilə görüş Azərbaycanda keçirilən Hindistan Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan hindistanlı iş adamları Sharma və Vivek Kapur ilə azrəbaycanlı iş adamlarının birgə görüşü keçirilmişdir. Görüş çərçivəsində Hindistan bazarının və məhsullarının azərbaycanlı iş adamları üçün üstün cəhətəri, iki tərəf arasında qarşılıqlı biznes əlaqələrinin qurulması barədə müzakirələr aparılmışdır. İPƏK YOLU SİDİB - in təşkilatçılığı ilə baş tutan görüşdə QUTechnopark da öz könüllü tələbələri ilə birgə iştirak etmişdir. Hər iki ölkədə olan biznes mühitinin imkanları, Azərbaycanda təşkil olunan Hindistan Sərgisinin təşkilati məsələləri ətrafında aparılan danşıqlıqlar bütün iştirakçılar üçün faydalı və maraqlı olmuşdur. ...

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri 1 noyabr - 25 yanvar tarixlərini əhatə edən  layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ mə...

Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri 01 Noyabr 2013-cü ildən start götürən Yeni Fikir 2014 Müsabiqəsi 17 may tarixində final mərhələsini keçirərək bu ilin qaliblərini elan etdi. Bundan sonra Yeni Fikir 2014 Müsabiqəsi haqqında 10 dəyərləndirmə kriteriyası üzrə 02.06.2014 - 04.07.2014 tarixlərini əhatə edən sorğu keçirildi. Sorğu sosial mediada paylaşılmaqla və iştirakçıların e-mail ünvanlarına göndərilməklə yayıldı . Bununla da toplam 1000 dən çox adama sorğu haqqında məlumat verildi və sorğuda 1 ay ərzində 91 nəfər iştirak etdi. Sorğunun nəticələrini sizə təqdim edirik:         Digər bəndini seçənlərin böyük əksəriyyəti final mərhələsinin izləyicisi, QU Technoparkın fəaliyyətlərində iştirak edən könüllü qrup, münsiflər heyətinin üzvü, müsabiqə haqqında yaxından maraqlananlar və s. dir.                   ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq Azərbaycandan 3 startup-ın iştirak edəcəyi Startup İstasnbulda təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Digər startuplar isə Manads və Butarekdir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır. ...

"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində üçüncü yeri tutmuş Smart Plane layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə Bayquş adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur....

BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi Lion Farm - Imperious Group vençur fondu  və Happy Farm biznes sürətləndiriciləri tərəfindən keçirilən toxumdan əvvəlki mərhələdə olan İT Startup-ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə Silikon Vadisində təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazana biləcəkdir. Yeni Fikir 2014 müsabiqəsində birinci yeri qazanmış BethClip komandası 16 avqust tarixində Ukraynanın paytaxtı Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək dünyanın müxtəlif yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşərək 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış oldu. Buna görə də 18 avqustdan başlayaraq BetClip komadası 2 həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrini inkişaf etdirəcəklər. Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan 2 həftəlik distans t...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq. Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini...

GriG" Layihəsinin adı dəyişdirilərək "SoSmart" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində beşinci yeri tutmuş GriG layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə SoSmart adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur. Mobil tətbiqetmə olan SoSmart - ı səssizlikdən zövq almaq istəyənlər tezliklə yükləyə və istifadə edə biləcəklər....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu Respublikamızda  İKT sektorunu inkişaf etdirmək, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi ilə “Startup Azərbaycan 2014”-ün yekun final mərhələsi keçirilib. Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək “Startup Azərbaycan” layihəsi haqqında geniş məlumat verib. Bu ilin aprel ayından müsabiqəyə start verildiyini deyən Osman Gündüz belə qeyd edib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilməsi üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu  İlk dəfə keçirilən Bakı Startup Sərgisi 27 - 28 iyun tarixində Mont Inn otelində MICE Azərbaycan tərəfindən təşkil olundu. İki gün müddətində Azərbaycandakı bir çox startuplar sərgilənərək özləri haqqında sərgi iştirakçılarına geniş məlumat verməyə imkan tapdılar. Sərgidə iştirak edən startuplar isə bunlardır: BethClip, LinQuality, VT Studio, Sportsmen.az, Prosper Cartoon Studio, Soap House, YBF - Young Business Factory. Sərgilənən hər bir startup iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd etdiyimiz kimi, Yeni Fikir 2014 Müsabiqsində birinci yeri tutmuş BethClip startup ı da sərgidə iştirak edirdi.  Potensial müştəriləri ilə görüşən BethClip onlar tərəfindən böyük maraqla qarşılandı. ...

QUTechnopark Startup Meeting - də təmsil olundu Bakıda ilk dəfə keçirilən Bakı Startup Sərgisinin bir hissəsi olan Startup Meeting 28 iyun tarixində Mont Inn otelində baş tutdu.  İki hissədən ibarət olan tədbirin birinci hissəsində Plug and Play Texno Mərkəzinin Dağıstanda yerləşən nümayəndəliyinin icraçı direktoru Mikhail Blank çıxış edərək iştirakçılara keçirdikləri startup yarışı barədə geniş məlumat verdi. Birinci hissədə çıxış edən digər qonaq isə İlia Dövlət Universitetinin Biznes Məktəbinin nümayəndəsi idi. Gürcüstandan dəvət olunmuş qonaq oradakı startuplar və biznes layihələri haqqında məlumat verdi. Tədbirin ikinci hissəsi isə QUTechnoparkın hər il təşkil etdiyi Yeni Fikir müsabiqəsi haqqında olan təqdimat ilə davam etdi. QUTechnoparkın nümayəndəsi Nərmin Əliyeva müsabiqə haqqında iştirakçılara geniş məlumat verərək, onların suallarını cavablandırdı. ...

Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası Startup Azərbaycanın yarımfinal mərhələsində çıxış edib Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək vediyi Startup Azərbaycan layihəsi 21 iyun tarixində yarımfinal mərhələni başa vurub. Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edibHər bir startup  komandası 10 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Ekspertlər Layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər. Layihədə Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip komandası da uğurla iştirak edib. Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.Finalçılar 3 iyul tarixdə keçirilməsi nəzər...

İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün  ekosistemin formalaşdırılması əsas şərtdir 22-23 May 2014-cü il tarixlərində Türkiyənin Kayseri şəhərində keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresindən döndükdən qısa bir müddət sonra ODTU Texnoparkından yeni proqrama dəvət aldıq. 16-18 iyun 2014-cü il tarixlərində ODTU Texnoparkı “İnformasiyanın dəyərə çevrilməsinin təmin edilməsi üçün doğru ekosistemi formalaşdırmaq: ODTU Texnoparkı” adlı proqrama ev sahibliyi edirdi. Proqram ODTU Texnoparkı, Avropa Sərmayə Bankı, CMİ, İSESCO və UN-ESCWA Technology Center-ın birgə əməkdaşlığı ilə keçirildi. Müxtəlif ölkələrdən gənə mentorların və mütəxəsislərin iştirakı ilə keçirilən proqramda Azərbaycandan Qafqaz Universiteti Texnoparkını (QUTechnopark) təmsilən mən də iştirak etdim. Proqramda məruzə və müzakirələr ingilis və fransız dillərində idi. Proqramdan sonra Ankaranın ən böyük sənaye mərkəzi hesab olunan OSTİM ziyarəti də üfüq açıcı oldu. OSTİM-də 10000-dən çox sahibkar fəaliyyət g&o...

USİMP 7-ci Konqresində QUTechnopark da təmsil olundu Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının ( ÜSİMP ) 7-ci Milli Konqresi 22-23 May 2014 tarixlərində Kayseri şəhərində keçirildi. 7-ci Milli Konqrensinə Türkiyənin Erciyes Universiteti ev sahibliyi etdi. ÜSİMP 7-ci Milli Konqresi Erciyes Universiteti və Mühəndislik dekanları Şurasının əməkdaşlığı ilə reallaşdırıldı. Konqresdə AR-GE (araşdırma gəlişdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşlarından – dövlət sektoru, özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatlarının nümayəndələri bir araya gəldilər. ÜSİMP Milli Konqresi ölkənin inmişafını aşağıdakı istiqamətlər əsasında təşviq edərək dəstəkləyir:   universitetlərdə tədris və araşdırma fəaliyyətləri ilə yanaşı, yeni və yüksək texnologiya istehsalı, yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, universitetlərdə texnoloji transfer mexanizmlərinin inkişafı, sənayenin yüksək texnologiya idxal və istifadə edən formasından yüksək texnologiya i...

Yeni Fikir Müsabiqəsi 2014 layihəsinin qalibləri elan olundu QUTechnorak (Qafqaz Universiteti Texnoparkı - http://qutechnopark.az/) qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosisteminin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (aşağıda verilib) yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabəqdə  iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir. YFM 2014 layihəsinə isə 01 noyabr 2013-cü ildən etibarən start verilmişdir.  YFM 2014 əsasında 229 müraciət qəbul edilmişdir ki, onalardan 169 iş fikri qiymətləndirmə prosesinə alınıb. Yarımfinala vəsiqə qazanmış 24 iş fikirlərindən 10-u isə finala vəzsiqə qazandı. Finalda isə  qiymətləndirmənin nəticələrinə əsasən real biznesə yaxın ən yaxşı 5 iş fikri layihəsi qalib olaraq se&...

Azərbaycan Rumıniyada keçirilən “İnfomatrix” beynəlxalq yarışmasında “Qızıl medal” qazandı Qafqaz Universiteti (QU) İKT Elmi Tədqiqat Mərkəzinin "Robototexnika" qrupunun yaratdığı "QUsumo" komandası 8-12 May 2014-cü il tarixlərində Ruminiyada keçirilən "İnfomatrix"  beynəlxalq  yarışmasına qatılıb. Yarışmaya müxtəlif ölkələrdən çox sayda komanda qatılıb. "QUsumo" komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarını məğlub edib və "Qızıl medal"a layiq görülüb. Universitetdən qeyd edilib ki, QU-da "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bakirli adlı iki tələbəmizin iştirak etdiyi bu olimpiada robot sahəsində dünyada ən nüfuzlu olimpiada hesab edilir: "Bu uğur təkcə universitetimizin deyil,  Azərbaycan təhsilinin, elminin,  bir sözlə, gündən-günə hər sahədə inkişaf edən ölkəmizin uğurudur.  Olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanır". Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəz...

AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatdı           QUTechnopark və Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkilatçılığı,  Azel Elektronik LTD şirkətinin sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı sona çatdı.            Layihənin məqsədi ölkədə universitet tələbələrinin bu sahə üzrə potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır.             Finalçı komandalar təlimlərdə əldə etdikləri bilikləri 5-6 may tarixlərində keçirilən final mərhələsində istifadə edərək öz layihələrini həyata keçirib, yarış mükafatçıları sırasına düşmək üçün mübarizə apardılar. Nəticədə aşağıdakı komandalar qalib gələrək mükafat qazandılar.  Birinci yer - Huggies komandası...

QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi Aprel 16-da QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi."İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı sərbəst görüşlər formasında təşkil olundu. Proqramın məqsədi Qafqaz Universitetində çalışan profeessor-müəllim heyətini QUTechnopark-da fəaliyyət göstərən firmaların nüamyəndələri ilə daha yaxından tanış etmək, eləcə də burada həyata keçirilən layihələr haqqında geniş məlumat vermək idi. Proqramda Qafqaz Universitetinin müxtəlif kafedra və şöbələrin əməkdaşları QUTechnoparkda fəaliyyət göstərən firmaların işi ilə yaxından tanış oldular. Bu tanışlıqlar gələcəkdə ortaq layihələrin inkişafına kömək etməklə yanaşı, tələbə və magistrların da texnoparkdakı fəaliyyətlərə cəlb olunmasına müsbət təsir edəcəkdir. Qeyd edək ki, hazırda texnoparkda işləyən personelin təqribən yarısı tələbələrdir. Proqram iştirakçılarına verilən kokteyl şirkət nümayəndələri ilə Universitet çalışanları arasında səmimi münasibətlərin inkişafına səbəb oldu. Xatıqlad...

1-ci Respublika robot proqramlaşdırma müsabiqəsinə start verildi QUTechnopark və Qafqaz Universiteti İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi universitet tələbələri arasında I Respublika robot proqramlaşdırma müsabiqəsi elan edir. Layihənin Sponsoru AZEL Elektronik şirkətidir. Layihə Azərbaycanın bütün universitetlərinin bakalavr və magistr dərəcəsində təhsil alan tələbələrinin iştirakı üçün açıqdır. Daha ətraflı məlumatı buradan ala bilərsiniz. ...