Xəbərlər

"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi Yeni Fikir 2015 Müsabiqəsinin ictimailəşdirilməsi məqsədi ilə həyata keçirilən "İdeya səndən pul bizdən" tanıtım yarışmasında püşkatma keçirildi. Püşkatma Yanvar ayının 29-da QU Texnoparkda baş tutdu. Qafqaz Universitetinin müəllim və tələbə heyətinin böyük marağına səbəb olan tədbirdə qaliblər püşkatma yolu ilə seçildi. Yarış Yanvar ayının 26-dan etibarən, müxtəlif günlərdə, universitetin bütün korpuslarında qurulmuş stendlərdə və sosial şəbəkələrdə elan edilmişdi. Yarışın şərtlərini görə iştirakçı hər bir kəs, xüsusi hazırlanmış stend önündə şəkil çəkdirərək, həmin şəkli istifadə etdiyi sosial şəbəkə profilində "Yeni Fikir Müsabiqəsi"ni də seçərək("tag" edərək), paylaşmalı idi. Yarışmanı keçirən QUTexnopark könüllüləri iştirakçıların telefon nömrələrini və adlarını eyniölçülü kağızlara yazaraq, püşkatamanı təmin etdilər. Yarışmanın nəticələrinə görə 6 iştirakçının hədiyyə qazanacağı pla...

Eksperttv xidmətinizdə Müasir dövrdə yeni texnologiyaların meydana gəldiyi, ötən əsrlərdə mövcud olmayan, yaxud xəbərsiz olduğumuz xəstəliklərin yayıldığı, yeni sosial problemlərin və məsuliyyətlərin gündəmə gəldiyi, həmçinin müxtəlif sahələrin davamlı inkişafı nəticəsində yeni bir ensiklopediyaya ehtiyac yaranmışdır. Həmçinin bu ensiklopediyanın istifadəsi zamanı hazırda demək olar ki, hər kəsin problemi olan zamanın düzgün və əlverişli idarə olunması faktoru nəzərə alınmalı idi. Elə bu ehtiyac anında  saytı ərsəyə gəldi. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan eksperttv yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərinə göstərdiyi yardımı günbəgün daha sərfəli edir. Müxtəlif kateqoriyalar üzrə yayımlanan videolar cari mövzunu hərtərəfli şəkildə təsnif etməklə izləyicilərin suallarını cavablandırır.Qeyd edək ki, Eksperttv birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyicilər...

Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı Qafqaz Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını (10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı.  Belə ki, BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək!  BethClip nədir? BethClip ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS). Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digə...

“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. 24-25 dekabr 2014-cü il tarixlərndə keçirilən “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. Sərgidə Yeni Fikir 2013 yarışmasının qalibi "Alternativ enerji" layihəsi sərgi izləyicilərinin marağına səbəb oldu. Sərgi AMEA-nın İnformasiya Resursları Mərkəzində təşkil edildi. “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunur....

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      20 Dekabr 2014-cü il tarixində keçirilən seminar Əyyub Hüseynzadə tərəfindən "Mənim xəyalım, Mənim şirkətim" mövzusunda  təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Nədir bu Startup dedikləri Azərbaycanda və Dünyada Startuplar Şəxsi Biznesə sahib olma yolları Biznesdə Problemlər        Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təş...

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da             Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.             MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya tex...

QUTechnopark "Uğur karyeranı doğru təyin etməkdən başlar" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      13 Dekabr 2014-cü il tarixində keçirilən seminar Fərdi İnkişaf & Test Mərkəzinin təsisçisi Samir Məmmədov tərəfindən "Uğur karyeranı doğru təyin etməkdən başlar" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Özünü reallaşdırma İş seçimində edilən yanlışlıqlar və nəticələr Uğurmu və Xoşbəxtlikmi? Xəyal və Hədəf anlayışı Şəxslərarası Münasibətlər Çarəsizlik & Tənbəllik Uğursuzluq qorxusu & Idarə edilməsi      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında tə...

QUTechnopark “Bakutel” sərgisində “Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.  Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir:“Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərg...

QUTechnopark "Firma rəhbəri və Zamanın İdarə Olunması" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      29 Noyabr 2014-cü il tarixində keçirilən seminar Türkiyədə və Azərbaycanda Duravit AG, Nurgun Holding, Caspian Express, Subaru Azerbaijan, Hyundai Azerbaijan, Avrora, Embawood, Çinici kimi firmalarada rəhbər vəzifələrdə işləmiş və bu firmalarda idarəetmə sistemlərini qurmuş, stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resursları idarəedilməsi mövzularında çoxsaylı təlim və seminarlar vermiş, təlimçi Fəxri Ağayevin təqdimatında "Firma rəhbəri və Zamanın İdarə Olunması" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: •Zamanın idarə olunmasının biznes üçün əhəmiyyəti •Firma Rəhbərinin şəxsi effektivliyi ...

QUTechnopark "İSTEdad & İSTEdad" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      22 Noyabr 2014-cü il tarixində keçirilən seminar Ali zəkalı və bacarıqlı uşaqların təhsili üzrə ekspert Çağlar Çetinkayanın təqdimatında "İSTEdad və İSTEhsal" seminarı təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar Paneldə maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları ilə xeyli uzandı. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Qabiliyyət və bacarıqlarımızdan xəbərıqmı? Bacarıq və iş dünyası? Qabiliyyət və bacarıqlarımızı necə istifadə edə bilərik? Bu işə bax sən!                     Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimç...

"Elektronika və Avtomatlaşdırma" seminarı keçirildi   QUTechnopark-ın dəsətyi ilə "Elektronika və Avtomatlaşdırma" seminarı keçirildi. Seminarın keçilrilməsində məqsəd gənclərdə sözügedən sahəyə maraqın inkişaf etdirilməsidir. Seminarın təqdimatçıları aşağıdakı kimi idi:1. Bayquş Team - UAV (PUA) Texnologiyaları və Gələcəyi. Bayquş pilotsuz təyyarəsinin təqdimatı.2. Sənan Quluzadə - Arduino, Elektronikaya giriş, simulatorlarda Elektronika, Tesla nəzəriyəsi. Smart House Lahiyəsinin və təhlükəssizlik avadanlıqlarının təqdimatı.3. Fikrət Bayramlı - Robotics. Humnaoid robotlarda əsas problemlər. Nao robotunun nümayişi.4 saata yaxın davam edən seminarda müxtəlif universitetlərdən müvafiq ixtisaslarla təhsil alan 75 tələbə iştirak etdi....

QUTechnopark "İdeya-startup-layihə-biznes" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      1 Noyabr 2014-cü il tarixində keçirilən seminar Sahil İT direktoru, Azərbaycan Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası müəllimi, Veb-texnologiyalar üzrə ekspert, təlimçi Vahid Qasimov təqdimatında "İdeya-startup-layihə-biznes" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:  Real startup-ın tarixçəsi Pul əldə etməyin yolları?  Uğurlu ideya nədir? Start-up  Komanda necə təskil olunur? Layihədən biznesə      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təş...

“Startup İstanbul 2014”-ün iştirakçıları ilə görüş keçirildi Oktyabrın 25-də Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) dəstəyi ilə “Startup İstanbul 2014” proqramının Azərbaycandan olan iştirakçıları ilə Təşəbbüskar Gənclərin görüşü keçirildi. Görüş zamanı proqram iştirakçılarına təəssüratlarını bölüşmələri üçün imkan yarandı, Paneldə müzakirələr aparıldı. Görüş maraqla qarşılandı və iştirakçıların müxtəlif sualları “Startup İstanbul 2014” proqramının iştirakçıları tərəfindən cavablandırıldı. Tədbirin sonunda isə görüş iştirakçıları “QUTechnopark”la tanış oldular. Xatırladaq ki, “Startup İstanbul 2014” 27-30 Sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmişdi....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Dublin WebSummit 2014-də təmsil olunacaq    Azərbaycandan Dublin WebSummit 2014-də təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Startup İstanbul 2014 və Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır....

QUTechnopark "Startup - ın Silikon Vadisinə gedən yolu" seminarını keçirdi  -ın həyata keçirdiyi layihəsi əsasında növbəti seminar 11 Oktyabr 2014-cü il tarixində 2014 Müsabiqəsində birinci yeri əldə edərək 10 000 manat qazanmış layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında Startup - ın Silikon Vadisinə gedən yolu seminarı təşkil olundu.  15 - 30 Senytabr tarixlərində Silikon Vadisində səfərdə olan Rəşid Əliyev öz təcrübəsini Startup-çılarla, Startup - la maraqlanan gənclərlə bölüşdü. Seminarın ikinci yarısında Startup İstanbul - BethClipin təcrübəsində Nigar Movsumlu tərəfindən seminar iştirakçılarının suallarına cavab verildi     Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: Silikon Vadisində Startup-lar Startup-lar Vadidəki investorların gözü ilə Haradan gəlib, hara gedirsən? İstifadəçilər (traction) Vadidə və digər yerlərdə böyümə Vadi investorlarına nə zaman və necə müraciət etməli? İnkubator və Akseleratorlar - bizdə və Vadidə Startup İstanbul - BethClipin təcrübəsində ...

"Gələcəyin Sahibkarları" layihəsi üçün imzalar atıldı 9 noyabr 2014-cü il tarixində İpək Yolu SİDİB ilə QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. Bu memoranduma əsasən bundan sonra İpək Yolu SİDİB və QUTechnopark tələbələrin gələcəyin iş adamı kimi yetişmələrinə öz töhfələrini verəcək. Memoranduma əsasən, tələbələr İpək Yoluna üzv şirkətlərin iş prosesləri və istehsalatları ilə yaxından tanış olacaqlar. Bundan başqa tələbələr bu şirkətlərdə təcrübə keçmə, məzun olduqdan sonra isə orada işləmə şansı qazanacaqlar. Bundan əlavə müxtəlif mövzular ətrafında tələbələr ilə iş adamlarının görüşləri, dairəvi masa ətrafında müzakirələri təşkil olunacaq. Tələbələr həmçinin xarici ölkələrdən gəlmiş iş adamları, dövlət xadimləri ilə görüşmə şansı da qazanacaqlar. Əlavə olaraq, layihə müddətində tez-tez tələbələrin inkişafı üçün uyğun görülən mövzularla bağlı təlim və seminarlar, vorkşoplar təşkil olunacaq.     ...

QUTechnopark Startup İstanbul-da QUTechnopark 27-30 sentyabr tarixlərində İstanbulda keçirilən Startup İstanbul Konfransında təmsil olundu. Qeyd edək ki, beynəlxalq konfransa qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdı. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çox idi. eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaq idi.  Konfrans müddətində seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olundu. Microsoftun Türkiyədəki ofisində baş tutan proqram  29 sentyabrda Pitch mərhələ ilə davam etdi. Proqramın müşahidəçisi kimi, bu konfransın QUTechnopark  da daxil olmaqla iştirakçılara verdiyi ən böyük faydanı "networking" və "mentorship" hesab edirik....

BethClip Startup İstanbulda Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur. Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək....

"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirildi    Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İslam İnkişaf Bankı, İslam Tədqiqatları və Təlim İnstitutunun birgə təşkilatçılığı ilə 22-26 sentyabr 2014 tarixində "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirildi. Tədbirdə dövlət qurumları və sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak etdi.    Konfrans çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunmuş, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirildi.    Konfransda Qafqaz Universitetinin Texnoparkı (QUTechnopark) da təmsil olunurdu. Belə ki, QUTechnoparkın müdiri dossent İsa Qasımovun təqdimatında "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində QUTechnopark təcrübəsi" mövzusu məruzə edildi. Təqdimatda verilən informasiyalar...

Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək   Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət  universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, texnoparkın fəaliyyəti ilə tanış olu...