Xəbərlər

"GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı başa çatdı fəaliyyət göstərən "" layihəsi tərəfindən "" startap koçing və mentorluq programı 2016-cı il Sentyrabrın 16-dan başlamaqla, 15 həftə müdətində davam etmişdir. Proqram müddətində keçirilən sessiyalarda 100-ə yaxın magistr və bakalvr tələbəsi, həmçinin universitetdən kənar peşəkarlar iştirak etmişdir. İştirakçılar müasir startap modellərini və startap qurulmasının metodlarını öyrənməklə yanaşı, həm də öyrəndiklərini 15 həftə ərzində praktiki tətbiq edərək proqram müddətində öz startap layihələrini qurmuşdular. İştirakçılar əsasən Qafqaz Universiteti mənsubu olsa da, digər universitet və ya təşkilatlardan da gələnlər olmuşdur. Dekabr ayının 23-də isə "" startap koçing və mentorluq programının final mərhələsi  keçirildi. 11 startap komandasının yarışdığı finalda münsiflər heyəti 3 komandanın işini fərqləndirdi. Belə ki, birinci yerə "SAFelektrik", ikinci yerə "Qaramel Comics", üçüncü yerə isə "iJobsOffer" startap layihələri layiq görüldü. Qalib gələn ...

"Sosial layihələrin keşmə-keşli yolları" adlı seminar keçirildi Qutexnoparkın həyata keçirdiyi "Təşəbbüskarlıq seminarları" layihəsi əsasında növbəti görüş keçirildi. Bu dəfə təşəbbüskar gənclərlə görüşə ukraynalı mütəxəssis Yevgen Artamonov dəvət edilmişdi. Əsasən sonuncu kurs tələbələrinin və startap layihələrdə fəaliyyət göstərən gənclərin  iştirak etdiyi görüşdə aşağıdakı məqamlar təqdim edildi: Sosial sferada işlərin spesifikası həllərinin yaradılması Bu sferanın seçilməsinin səbələri Şəxsi motivlərin formalaşmasının xüsusiyyətləri Yeni səviyyəyə çıxış Qeyd edək ki, Yevqen Artamonov "BioniX Tech, Inc." şirkətinin texniki direktoru olmağından əlavə, Ukrayna Dövlət Aviasiya İnstitununun dosenti və bir sıra elmiş işlərin müəllifidir. Xatırladaq ki, "Təşəbbüskarlıq seminarları" sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu baxımdan, universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, t...

Polşalı investorlar startap layihələrin işinə maraq göstərdi Qafqaz Universiteti Texnoparkı (Qutexnopark) tərəfindən həyata keçirilən Yeni Fikir Müsabiqəsinin (YFM) qalibi olmuş layihələr polşalı investorların marağına səbəb oldu. Belə ki, ölkədə işgüzar səfərdə olan polşalı investorlar Qutexnopark-da fəaliyyət göstərən startap layihələrlə yaxından tanış olarkən, burada "Secop" və "Barille Pad" layihələrinə xüsusi maraq göstərdilər. İnvestorlar hər iki layihə komandası ilə ayrı-ayrılıqda görüşərək, layihənin formalaşması və mövcud vəziyyəti, eləcə də perspektivlərini geniş müzakirə etdilər. Müzakirələrin sonunda hər bir layihənin mövcud vəziyyətini nəzərə alaraq, gələcəkdə əməkdaşlıq imkanları təklif edildi. Nəzərə alındı ki, əməkdaşlığın konkret və işgüzar müstəviyə keçirilməsi üçün müzakirələr davam etdirilsin.   Xatırladaq ki, investorların maraq göstərdiyi layihələrdən "Secop" və "Barille Pad" 2015-ci ildə keçirilmiş YFM-nin qalibləri olmuşdur. Qeyd olunan hər iki layihə əsasında müvafiq prototip cihaz hazırlan...

"Step 2016" baş tutdu Qafqaz Universitetinin Riyaziyyat və informatika ixtisasi üzrə 3-cü kurs tələbəsi Qəməz Baxışaliyevanın təklif etdiyi "Step 2016" layihəsi 19-20 Noyabr 2016-cı il tarixlərində Qutexnopark-da keçirildi. "Step2016" fərqli və kreativ yanaşmaları ilə fərqlənən gənclər arasında işgüzar çevrə (network) formalaşdırmaqla yanaşı, onları sahibkarlıq fəaliyyətinə təşviq edən layihədir. Layihə əsasında müxtəlif proqramlar həyata keçirildi. "Step2016"nı digər bənzər layihələrdən fərqləndirən əsas məqamlardan biri də, layihə əsasında həyata keçirilən proqramların əyləncəli və rəngarəng xarakter daşıması idi. Belə ki, iki gün davam edən layihə əsasında psixoloq Hüseyn Xəlilov, startaplar üzrə ekspert Cəsur Həsənov, musiqiçi Mina Abbasova, salsa müəllimi Zaur Məmmədov, biznes məsləhətçi Rasim Adjalov və startaplar üzrə mütəxəssis Vüqar Quluzadənin tədqdimatlarında fərqli görüşlər təşkil edildi. Sonda iştirakçılara sertifikat təqdim olundu. Qutechnopark tərəfindən dəstəklənən layihəni...

Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib ""ın təşkilatçılığı ilə, Bakıda ilk dəfə Sosial Sahibkarlıq kampı keçirilib. Qutexnoparkda  təşkil edilən "Social Enterprise Bootcamp" adı altında bir günlük programda, gənc peşəkarlardan və fərqli universitetlerin tələbələrindən ibarət 27 iştirakçı 5 fərqli sosial problemin həllində baş sındırıblar. Maraqlı olan odur ki, ödəniləcək birinci şərt həmin problemlərin, biznes potensialı olan innovativ bir üsul ilə həll edilməsi olub.             Programda iştirakçıların qarşısına gənclər arasında işsizlik (jobgenius), alternativ gəlir mənbələrinin azlığı (jobshare), məktəblilər arasında mütaliyəyə meyliliyin azlığı (kitapp), savadlı tibbi ekspertlərin azlığı (sağlam ol), Azərbaycan dilində informasiya resurslarının məhdud olması (666) olmaqla 5 sosial problemin innovativ yollarla həlli məqsəd qoyulub.             Sosial Sahibkarlıq kampı prosesində 4 təlim sessiyası,...

Tələbərin sahibkarlıq yanaşması inkişaf etdirilir              Müxtəlif proqramlarla gənclər arasında sahibkarlıq yanaşmasının inkişafını təşviq edən Qutexnopark, bu dəfə tələbələr tərəfindən təklif olunmuş sosial sahibkarlıq layihəsinin inkişafına dəstək verdi.             Qafqaz Universitetində bir neçə uğurlu layihə həyata keçirmiş "İz Sosial " layihəsi komandası tərəfindən təklif olunan "Sosial Sahibkarlıq" iki günlük təlim proqramı, 19-20 noyabr 2016-cı il tarixlərində Qutexnoparkda keçirildi.             "Sosial Sahibkarlıq" təlim proqramı layihəsi haqqında elan verildikdən sonra qeydiyyatdan keçən 20 tələbə təlimlərə cəlb edildi. Əsasən Qafqaz Universitetin işgüzar məzunları tərəfindən verilən təlimlər iştirakçılara sahibkarlıq, o cümlədən sosial sahibkarlıq haqqında bilik və bacarıqlar öyrətdilər. Təlimlərin sonunda iştirakçılar komandalara bölünərək, müxtəlif sosial problemlərin həlli yollarını...

BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub Azərbaycanda yenicə qurulmuş Social Innovation Lab startap koçinq və metnorluq laboratoriyasının startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23,000azn) qazanıb. BeBonobo uzun müddətdir Malayziyanın startap sistemində fəaliyyət göstərən və Social Innovation Lab startap laboratoriyasının da qurucusu olan həmyerlimiz Cəsur Həsənovtərəfindən 2015-ci ildə qurulmuşdur. Sonradan komandasını quran həmyerlimizin komandasında hazırda Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən olan 6 nəfər fəaliyyət göstərir. BeBonobo yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək özünə 42,000 azn “seed” (toxum) investisiya cəlb etməyi bacarmışdır. Malayziyada 2015-ci ildə keçirilən Cleantech Hackathon programında 2-ci yer, Tatarstan Respublikasında keçirilən Kazan OIC Youth Entrepreneurship Forum-da qalib komandalardan biri, keçən cümə gün...

Polaşalı sahibkarlar QUtechnopark-da Polşadan ölkəmizə səfər etmiş sahibkarlardan ibarət nümayəndə heyəti, bu gün Qafqaz Universitetinin qonağı oldular. Görüş əsanasında qonaqlar Universitetin araşdırma və laboratoriya imkanları, eləcə də Qutexnoparkla tanış oldular.Qutexnopark-da keçirilən görüşlər ayrı-ayrı startup və rezidentlərin iştirakı ilə baş tutdu. Görüşün sonunda Qutexhnopark-ın direktoru dosent İsa Qasımov və Universitetin Xarici Əlaqələr üzrə şöbə müdiri Üzeyir Bağırov qonaqlarla dəyirmi masa arxasında müzakirələr apardı və gələcəkdə əməkdaşlıq imkanları qiymətləndirildi. ...

QUTechnoparkda "İdeyadan istehsala" mövzusunda seminar keçirildi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi. 18 dekabr 2016-cü il tarixində keçirilən seminar "Sumaks" MMC-nin  Biznesin İnkişafı üzrə mütəxxəsisi, Heydər Əliyevin təqdimatında "İdeyadan istehsala" mövzusunda təşkil edildi. Seminarda Qafqaz Universitetinin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi. Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:                        Universitet və sənayenin qarşılıqlı əməkdaşlıq imkanları  Real layihələrdə iş prosesi Komanda ilə işləmək bacarıqları  İdeyadan istehsala gedən yol  Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-səna...

CEO Summit 2016 keçirildi Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) tərəfdaşlığı və Business Talk-ın təşkilatçılığı ilə Qafqaz Universitetində növbəti CEO Summit keçirilib. CEO Summit 2016-da Spikerlər iş və karyera həyatı haqqında çıxış edib. Spikerlər arasında Psixologiya və Konsultasiya Mərkəzi-nin təsisçi rəhbəri Elnur Rüstəmov, Uni Baby Türkiyə-nin təsisçi rəhbəri Ataman Özbay, T&J Marketing Solution-un təsisçi rəhbəri Teymur Məmmədov, Golden Pay-in təsisçi rəhbəri Fərid İsmayilzadə, Horeca.com.az və İdeya Qazandı Verlişi-nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar.CEO Summit-də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış edib. CEO Summit 2016-da müxtəlif üniversitetlərin tələbə və magistları ilə yanaşı iş...

Qutechnopark 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak etdi 7-9 Oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilmiş, 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində QUtechnopark da iştirak etdi. Qutechnopark bu sərgidə innovasiyaların inkişafına istiqamətlənmiş müxtəlif xidmət və fəaliyyətləri ilə yanaşı, Yeni Fikir Müsabiqəsi (YFM), həmçinin bu müsabiqəsnin qalibləri olmuş "Secop" və "Minilab" startup layihələri əsasında hazırlanmış prototip çihazların nümayişi təmsil olundu. 3 gün davam edən sərgi boyunca Qafqaz Universitetinə ayrılmış stenddə qonaqlara müxtəlif vasitələrdən (video-çarx, prototip cihazlar, broşür, birbaşa izah etməklə ) istifadə edərək Qutechnopark haqqında informasiya verildi.             Qutechnopark tərəfindən sərgiyə çıxarılan "Secop" layihəsinin prototipi DRON və "Minilab" layihəsinin prototipi "MİNİLAB" adlı cihazlar, xüsusilə sərgiyə gələn qonaqların (dövlət rəsmiləri, elm xadimləri, təhsil işçiləri, iş adamları, tələbələr, məktəblililər və ictimaiyyət nümayəndələrin...

"TechCrunch Disrupta"da iştirak etmiş "Kvotter" komandası ilə görüş QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 01 Oktyabr 2016-cü il tarixində Yeni Fikir 2016 Müsabiqəsinin qalibi layihəsinin müəllifləri Coşqun Kərimov və Orxan Əhmədov ilə təşəbbüskar gənclərin, görüşü həyacanlı və səmərəli oldu. Görüşdə, Silikon Vadisindən yenicə qayıtmış Kvotter komandası, innovasiya sahibkarlığı fəaliyyətlərində öz keçdikləri yol ilə yanaşı, ABŞ-ın Kaliforniya ştatında müşahidə etdiklərini, eləcə digər ölkələrə səfərləri zamanı qazandıqları təcrübəni paylaşdılar.   Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı: "Teccrunch disrupt" nədir? Silikon vadisində investisiya alma imkanı verən proqramlar. İnvestorların Startap komandalarına verdiyi dəyər Texnologiya bizi hara aparır? Parolsuz (şifrəsiz) yanaşmalar... Dünya bazarına niyə və necə çıxmalıyıq? Networkingin əhəmiyyəti. Bunu qazanmağın sirləri ABŞ ilə Avropa bazarları arasında fərqləri bizə n...

Gamebuy.az yeni uğuru Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən Gamebuy.az sahə üzrə yeni bir uğura imza atmışdır. Azərbaycanda son illərdə yayılmaqda olan original oyun mədəniyyəti, bu irəliləyişə təkan verəcək Game Portal'ın olmaması səbəbilə bir sıra çətinliklərlə üzləşirdi. Bu çətinliklərin qarşısını almaq üçün original məhsulları təhlükəsiz və zəmanətli formada təqdim edən Gamebuy.az və oyun, film, texnologiya dünyasını cihazlara daşıyan Gameİnfected Media artıq güclərini birləşdirir. Tezliklə komanda yeni əməkdaşları ilə birgə layihələrini təqdim edəcəkdir. Qeyd edək ki, Gamebuy.az  QU Texnoparkın həyata keçirdiyi Yeni Fikir 2016 Müsabiqəsində beşinci yeri qazanaraqQU Texnopark dəstək paketi, o cümlədən Türkiyədə 15 günlük təlim imkanı əldə etmişdir....

"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı May ayının 28-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Seymur Rəsulovun təqdimatında baş tutdu. İgiliscə olan seminar “Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual" mövzusunda idi. Seymur bəy uğurlu olmaq üçün lazımi xüsusiyyətlərdən, missiyaya sahib olmağın önəmindən, uğur üçün yol xəritəsi müəyyən etməli olduğumuzdan, tez-tez "Mən haradayam?" sualını özümüzə verməli olduğumuzdan bəhs etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Seymur Rəsulov EBSCO-nun regional meneceri, Noww platformasının həmtəsisçi və icraçı direktoru və ilk Azərbaycanlı TED spikeridir....

"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı May ayının 21-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Xəyal Məmmədxanlının təqdimatında baş tutdu.   Seminar “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” mövzusunda idi. Xəyal bəy dinləyicilərin diqqətini müasir biznesin yeni norma və qaydaları, korporariv idarəetmənin önəmi, yeni satış siyasəti, ictimaiyyətlə professional əlaqə qumağın əhəmiyyəti kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.Qeyd edək ki, Xəyal Məmmədxanlı ARK Business Solutions şirkətinin rəhbəri, biznes məsləhətçisi və təlimçidir....

“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı   May ayının 12-də QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri professor Akif Musayev iştirakçılarla “Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” sualı ətrafında müzakirələr apardı. Akif bəy dövlətimizdə vergi sisteminin spesifik xüsusiyyətləri, gündəlik həyatda iqtisadi həllər, iqtisadi inkişafa aparan amillər, iqtisadiyyatın uğurlu gələcəyi hazırki nəsillərdən nə tələb edir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların vergi və iqtisadiyyatın qarşılıqlı əlaqəsi mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı.        ...

“4-cü Qafqaz Biznes Forumu” May ayının 12-də Qafqaz Universitetində “4-cü Qafqaz Biznes Forumu” keçirildi. “Azərbaycanda texnoloji sahibkarlığın gələcəyi” mövzusuna həsr olunan forum universitetin rektoru Ahmet Saniç və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Chang-gyu'nun açılış nitqləri ilə başladı. Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin təşkil etdiyi foruma Qafqaz Universiteti Texnoparkı, Yüksək Texnologiyalar Parkı, Baku Business Factory, Barama Azercell, Next Step İnnovasiya Mərkəzi, Applab Bakcell kimi ölkənin innovasiya üzrə aparıcı müəssisələri qatılmışdır. Qeyd edək ki, forumda QU Texnopark Layihələrin Inkişafı və Texnoloji Transfer şöbəsinin rəhbəri Zəfər Həsənov “Azərbaycanda akseleratorlar və inkubatorlar üçün strategiyaların irəli sürülməsi” və “Startap ekosistemi üçün Azərbaycan universitetlərinin öhdəlikləri” mövzularında maraqlı çıxış ...

Yeni Fikir 2016 Müsabiqəsinin qalibləri elan olundu‬ Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı 30 Aprel 2016-cı ildə Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layih...

“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi Aprel ayının 23-də, QUTechnopark tərəfindən, gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə, həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Rəşad Bayramovun təqdimatın baş tutdu.   Seminar “İnamla danış! Uğurlu çıxışın üç sirri” mövzusunda idi. Rəşad bəy dinləyicilərin diqqətini çıxış zamanı həyəcanı necə cilovlamaq olar, auditoriya ilə dialoqu necə qurmaq olar, əhvalat danışmaq nitqinizə hansı dəyəri gətirir kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.         Qeyd edək ki, Rəşad bayramov ABŞ-ın Roçester Texnologiya İnstitutunun məzunu, eləcə də Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə ekspert-məşqçidir....

"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda   Aprel ayının 11-də QU Texnopark tərəfindən həyata keçirilən "Təşəbbüskarlıq seminarları" silsiləsindən növbəti təlim baş tutdu. Seminar ABŞ-ın “Rainpath” şirkətinin prezident və təsisçisi Bill Finneqan tərəfindən keçirildi. Cənab Finneqan "Strategiya və sahibkarlıq planlaşdırması" adlı görüş əsnasında sahibkarlığa başlamaq üçün səbəblər, özünü analiz etməyin önəmi, biznes ideyası tərkib hissələri, biznes planın nə dərəcədə əhəmiyyətli olması, markanın biznes mahiyyəti, netvorkinq, müştəri və işçilərin gözləntiləri, mentorun rolu, qarşıya çıxan çətinliklər məsələlərinə toxundu. Görüşün sonunda QU Texnopark, həmçinin universitetimizin tələbə-müəllim heyəti və digər qonaqlar spikerə öz suallarını ünvanladı....