Xəbərlər

Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur.   Bu proseslər  bütöv yanaşmalar  müstəvisində həyata keçirilir. İnsan kapitalınının sürətli inkişafına xidmət edən Qafqaz Universiteti Texnoparkı  bu məqsədlə təşəbbüskarlıq seminarları təşkil edir. Təşəbbüskarlıq Seminarları  Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır. Qafqaz Universiteti Texnoparkının rəhbəri dr. İsa Qasımov bildirdi ki, seminarlara tələbatın olduğunu nəzərə alınaraq  ayda bir...

Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında Bir il öncə beynəlxalq «Open Startup» müsabiqəsinə 89 ölkədən 800-ə yaxın layihə baş vurmuşdu. Həmin layihələrdən biri də Azərbaycandan olan "" layihəsi idi.Biznes yönümlü  isə həmin startuplar arasından dünyanın ən yaxşı 20 startupını seçib. «Bethclip» layihəsi də bu siyahıda yer almağı bacarıb. BethClip layihəsinin təsisçisi və rəhbəri Rəşid Əliyevin sözlərinə görə belə bir mötəbər siyahıda yer almaq böyük uğurdur və bu uğurun Azərbaycan adına yazılması qürurvericidir.Məlumat üçün qeyd edək ki, BethClip — artıq zaman itkisindən və əziyyətlərdən qurtulmağa köməyinizə gələn ximət və tətbiqdir. Belə ki, mobil cihaz istifadəçisi olaraq Sizdə hər hansı bir SMS-in mətnini, qurğuda daxil etdiyiniz qeydləri, ziyarət etdiyiniz veb səhifədən və ya hər hansı bir yazışmanızın mətnini digər qurğunuza; telefonunuza, planşetinizə, kompyüterinizə və hətta ağıllı televizorunuza ötürmək istəyi yarana bilər. Bunun üçün...

Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə  -ın yaydığı məlumata görə, bu il Oktyabr ayının 12-dən 15-ə kimi müddətdə Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə sərgi-konfransı keçirilir. Sərgidə Yeni Fikir 2014 Müsabiqəsində birincisi “Bethclip” layihəsi də təmsil olunur. Sərgi əsnasında öz layihələrini nümayiş etdirən Rəşid bəy Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Macarıstan İnformasiya və Kommunikasiya Texnologiyaları naziri ilə Azərbaycan startaplarını müzakirə etmiş və öz layihələrinin təqdimatını edərək onların iş prinsipi, həmçinin cəmiyyətin inkişafına verəcəyi töhfələr haqda məlumat vermişdir. Nazir Əli Abbasov bu səpkidə tədbirlərin önəmini vurğulayaraq startapları dəstəklədiyini  qeyd etmişdir. Sərgidə iştirak edən “Bethclip”  layihəsinin rəhbəri Rəşid Əliyev digər bir layihəsini də - “Braille Pad” - səgidə təqdim etmişdir.  xeberler.az -ın yaydığı məlumata gö...

“QUTechnopark” Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti fəaliyyətə başladı Mövcud şirkətlərin iş mexanizminə innovasiyaların tətbiqi, həmçinin startaplara dəstəyi nəzərdə tutan, beləliklə də universitet və iş dünyası arasında real əməkdaşlığı gücləndirən “QUTechnopark”da Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti (LİTTD) fəaliyyətə başlayıb. Bu barədə məlumat verən Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov qeyd edib ki, innovasiyaların inkişafı və tətbiqi kompleks yanaşma tələb edir: “Ona görə də cəmiyyətin tələb və ehtiyaclarını təmin etmək üçün fəaliyyətini formalaşdıran elmi-tədqiqat müəssisələri, eləcə də kadr hazırlığı ilə məşğul olan müəssisələr iş dünyasının təmsilçiləri ilə birgə layihələrin icrasına maraq göstərirlər. Məsələn, bu cür yanaşmaların nəticəsində meydana çıxan yeniliklər səmərəliliyi ilə seçilir. LİTTD-nin çoxşaxəli dəstəkləri ilə formalaşdırılan belə əlaqələr cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişafına müsbət təsir etməklə yanaşı, innovasiya iqtisadiyyatının inkişaf...

Uğurun sirləri - Qafqaz Universiteti Güclü piar, ya yüksək ixtisaslı kadr hazırlığı? Ali məktəblərə Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bir neçə universitetə üstünlük verirlər. O məktəblərdən biri də Qafqaz Universitetidir (QU) ki, ildən-ilə bu təhsil ocağına tələbə qəbulu da artır, yüksək bal toplayanların seçimi də. Adətən, o universitet prestijli hesab edilir ki, ilk növbədə məzunları uyğun ixtisaslar üzrə yüksək maaşlı işlə təmin olunurlar. Bəs universitetin yüksək nüfuz qazanmasına səbəb nədir? Dünən adı dillər əzbərinə çevrilən universitetdə olduq. İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb, 10 il şəhərin mərkəzində, sonra isə Abşeron rayonunda yerləşən 20 hektarlıq əraziyə köçürülüb. Hazırda üç tədris binası və iki yataqxana inşa edilməklə fəaliyyət göstərir. İş təminatı QU-nun Mətbuat şöbəsinin müdiri Ceyhun Vəliyevin bildirdiyinə görə, universitetin ərazisində yeni kitabxana, yeməkxana və tədris korp...

Ekspert TV-nin 4 yaş Proqramı Sentyabr ayının 21-də QU Texnopark rezidenti Millibayt şirkətinin nəzdində fəaliyyət göstərən Ekspert TV-nin 4 yaş Proqramı baş tutdu. EkspertTV.az təsis edilməsinin 4 illiyini kollektivi, əməkdaşlıq etdiyi şirkət və qurumların nümayəndələri, həmçinin QU Texnopark heyəti və rezidentlərinin iştirakı ilə qeyd etmişdir. Tədbirdə saytın yeni loqosunun təqdimatı da olmuşdur. Şirkətin həmtəsisçiləri Firudin Sultanov və Kərim Tahiroğlu çıxış edərək bildirmişlər ki, EkspertTV.az böyük şirkətlərlə də əməkdaşlıq edərək fəaliyyətini genişləndirməkdədir. Tədbirdə şirkətin bu günə yerinə yetirilən layihələri, uğurları və gələcək planlarından bəhs edildi. Sonda qonaqlar şirkətə davamlı müvəffəqiyyətlər arzuladı. Qeyd edək ki, müasir dövrdə zəruri ehtiyacı nəzərə alıb video ensiklopediya rolunu oynayan şirkət bu günə kimi  1535 video suala cavab vermiş və bu işdə 115 ekspertin təcrübələrindən yararlanmışdır....

Böhran startap bazarına necə təsir edəcək? Hazırda dünyada neftin qiymətinin düşməsi ilə bağlı iqtisadi böhranın baş verdiyi bir zamanda ölkəmizdə  aktual olan mövzulardan biri  manatın məzənnəsi ilə bağlıdır. Manatın yenidən devalvasiya oluna biləcəyi haqqında sosial mediada ciddi müzakirələr gedir. Ümumiyyətlə hazırda bir sıra ölkələrin milli valyutalarında ciddi dəyişikliklər baş verir. Görəsən böhran vəziyyəti startaplara necə təsir edəcək, startaplar bu mərhələdən daha az itki ilə çıxmaq üçün nə etməlidirlər ? Bu kimi suallarla Xeberler.az olaraq mütəxəssislərə, tanınmış startapçılara müraciət edərək böhrandan zərər görmədən çıxmağın ən optimal yollarını araşdırdıq. “Manatın devalvasiyası layihələrin inkişafına təsir göstərməyəcək” Startapçı Rəşid Əliyev Xeberler.az-a bildirib ki, böhran dövründə startap yaratmaq istəyən gənclər maliyyə yönümlü texnologiyalar və məlumatlandırma istiqamətində startaplarını inkişaf etdirsələr...

QUTechnopark beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir QUTechnopark heyəti fərdi inkişaf üzərində çalışaraq layihə və tədbirlərin daha uğurlu baş tutması üçün töhfə verməyə davam edir. Belə ki, QU Texnopark-ın nəzdində fəaliyyət göstərən Layihələrin İnkişafı və Texnoloji Transfer Departamentinin direktoru Zəfər Həsənov Polşanın Lodz Universiteti tərəfindən təşkil olunan kursda iştirak edərək sertifikata layiq görülmüşdür. 21 mart- 28 may tarixləri arasında baş tutan Texnoloji Transfer menecerləri üçün nəzərdə tutulmuş kurs Leonardo Da Vinçi çox yönlü layihəsi əsasında “Avropa Texnoloji Transfer Meneceri” adı altında həyata keçirilmişdir. Qeyd edək ki, kurs Fikri Mülkiyyət haqları və Lisenziyalaşdırma, İnformasiyanın əldə edilməsi, Texnoloji ticarət, Danışıqlar, Yeni Biznes İnkişafı, Layihə menecerliyi, Kommunikasiya və Şəbəkələşmə mövzularını əhatə etmişdir. Əsmər Həşimli...

Biznes inkubator – gənclərə yeni imkan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yaradılm...

Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə Azərbaycanın İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində təqdim edilməklə yanaşı,  Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş adamları üzünü kraufandınq platforması olan -ə tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər. Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var. Smartplane adı ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur. Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da bilərsiniz. İstehsalçılar söz verirlər ki, təyyarə y&u...

"Yeni Fikir  Müsabiqəsi - 2015"in final mərhələsi Aprelin 25-də "Park İnn" otelində Qafqaz Universitetinin Texnoparkı (QU Texnopark) tərəfindən təşkil olunan 2015-ci il üzrə Yeni Fikir  Müsabiqəsinin final mərhələsi keçirilib. Daxil olan 252 müraciətin 196-nın layihə şəklində qeydiyyata alındığı müsabiqənin finalında 12 layihə komandası yarışıb.  Final mərhələsinin açılış mərasimində   müsabiqə haqqında məlumat verilib, onun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,Yeni Fikir Müsabiqəsi  innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  keçirilir. Layihə eyni zamanda gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə kömək göstərir. İldə bir dəfə keçirilən müsabiqədə  təkcə Qafqaz Universitetinin tələbələri deyil, ölkəmizdə yaşayan bütün gənclər iştirak edə  bilər. Qafqaz Universiteti Texnoparkının direktoru, "Yeni Fikir Müsabiqəsi" layihəsinin rəhbəri İsa Qasımov aç...

Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad İndi elə bir zamanda yaşayırıq ki, günümüzü texnologiyasız – kompyuter, mobil telefon, planşetlərsiz təsəvvür edə bilmərik. Bu cihazlar müxtəlif tələbatlarımızı qarşılamaqla yanaşı, dünya görüşümüzün artmasına, ətrafda baş verənlərdən tez bir zamanda xəbər tutmağımıza kömək olur. Lakin bu texnologiyaların bir çoxunun iş prinsipi görmə qusurlu insanları ya nəzərə almır, ya da nəzərə alınan müxtəlif üsulların istifadəsi çox çətin olur. Bütün bunları nəzərə alaraq Azərbaycanlı bir qrup gənc görmə qusurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Heç təsadüfi deyil ki, layihə görmə qusurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.   Hazırda dünyada 1 milyard gözdən əlil insan var ki, onların da 37 milyonu tamamilə görmə qabiliyyətini itirib. Bundan başqa dünya praktikasında ölkə əhalisinin 10 faizinin gözdən ə...

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu yır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) idey...

Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib Qafqaz Universiteti Texnoparkı  tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib. Əvvəlcə müsabiqə barədə məlumat verilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.Layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes mo...

Qafqaz Universitetində "Effektiv Biznes və İT Strategiya" mövzusunda görüş keçiriləcək Aprelin 11-də, saat 16:00-da Qafqaz Universitetində "Effektiv Biznes və İT Strategiya" mövzusunda görüş keçiriləcək.Görüşdə aşağıdakı mövzulardan bəhs ediləcək:- İT Strategiyaların təyin edilməsində önəmli faktorlar - Uğurlu İT investisiya kriteriyaları- İnformasiya sistemləri və internet- İnternetin biznesə təsiri və inkişafı - Müəssisə üçün verilənlər bazasının əhəmiyyəti- İnformasiya təhlükəsizliyinə nə qədər investiya edilməli.Tədbirdə arzu edən hər kəs iştirak edə bilər.Məkan: Qafqaz Universiteti, Xırdalan şəh.,Həsən Əliyev küç., 120. http://yenisumqayit.az/index.php?newsid=1083...

Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan  Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır.  Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. YFM yüksək texnologiyaların inkişafı istiqamətində ...

“Yeni Fikir 2015” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan layihələr müəyyənləşib "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

Yeni Fikir-2015 müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub "Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll",  "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...

"Yeni Fikir" müsabiqəsinin yarım finalı keçirildi Bu gün Qafqaz Universitendə növbəti «Yeni Fikir» müsabiqəsi baş tutdu. Bu müsabiqə hər il QUTechnopark tərəfindən təşkil olunur, və texnologiya sahəsində sahibkarlığın inkişafına və innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır. Yarım finalda iştirak edən startup-lar aşağıdakılardır: Wearn Sahibi ilə birgə böyüyən velosiped Wind Up Bird Serviceon Security Copter Yoldash.az Appoll Never Again Elektrik istehsal edən Klaviatura Smart Tester-Azerbaijan's First Software Testing Tool Avtomatik Müdafiə Qurğusu Baku Parking Start BMS (Business Management System) SOTEQA LAB Avtomatik Tuşlayıcı Reflected Security Pyezoelektrik üsulu ilə enerji əldə edilməsi IMA TRANSLATION Qanver.com seyahetler.com Kitabmatik AzTrack Navigation Company KURSLU.COM — onlayn təlim şəbəkəsi JokiBag Braille Pad Collaborative Office http://technimum.com/blog/start-up/5606.html...

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır Azərbaycanlı bir qrup gənc görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Layihə görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır. Bu barədə Xəbərlər-ə layihənin rəhbəri startapçı Rəşid Əliyev bildirib. Rəşid Əliyev layihənin məqsədlərindən danışaraq  deyib ki, hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas istiqamətidir: "Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur.Planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq.  Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və ...