Xəbərlər

Qafqaz Universitetində “Təşəbbüskarlıqda yeni fürsətlər” adlı seminar keçirilir Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr.Ufuk Batumun təqdimatında “Təşəbbüskarlıqda yeni fürsətlər” seminarını təşkil edib. Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib:“Qafqaz Universiteti Texnoparkının İnkubasıya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib.Qafqaz Universiteti Texnoparkının seminarlarının maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır”.Mirvari KamilqızıGün.Az   ...

Universitetin Texnoparkının ilk müdavimləri məzun oldu Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə 30 yanvar – 03 fevral 2013-ci il tarixlərində həyata keçirilən “Təşəbbüskarlıq” seminarları uğurla başa çatıb. Seminarın müdavimləri sertifikatlarla təltif olunublar. Texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarər fərqli sahələrin nümayəndələri olublar.Xatırladaq ki, seminarlar ODTU Texnoparkının vitse-prezidenti, məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında həyata keçirilib....

Texnoparklarla bağlı seminarlar keçiriləcək Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında "Təşəbbüskarlıqda yeni fürsətlər" seminarını təşkil edib. Seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib."ICTnews" elektron xəbər xidmətinə bu barədə Qafqaz Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib. Onun sözlərinə görə, Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib:"Qafqaz Universiteti Texnoparkı seminarların maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır".HƏQİQƏT  ...

Qafqaz Universiteti Texnoparkı Təşəbbüşkarlıq Seminarlarına Başladı Ölkənin inkişafına innovativ fəaliyyətləri ilə hər zaman dəsətək verən Qafqaz Universitetində növbəti bir uğura imza atılmışdır. Belə ki, Qafqaz Universiteti dünyanın qabaqcıl universitetlərində ənənəvi hal almış xüsusiyyətlərdən biri olan Texnopark fəaliyyətinə başlamışdır.    Qafqaz Universiteti Rəyasət Heyətinin və Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə Universitetin təkibində Qafqaz Universiteti Texnoparkı təsis edilmişdir. Əsasən İKT sahəsi üzrə fəaliyyətlərini davam etdirən Qafqaz Universiteti Texnoparkı gələcəkdə digər istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi planlaşdırır. İnnovativ ideyaların inkişafında və tətbiqində maraqlı olan Qafqaz Universitetinin Texnoparkı Orta Doğu Teknik Universiteti (ODTU) Texnoparkı ilə əməkdaşlıqlarını inkişaf etdirərək “Təşəbbüskarlıq” seminar-təlimlərinə başlamışdır. Seminar-təlimlər ODTU Texnoparkının vitse-prezidenti Ufuk Batumun təqdimatında keçirilir.  30 yanvar – 03 fevral 2013-cü il tarixlərində baş tutan seminar-təlimlərdə müxtəlif şirkət...

Azərbaycanın ali məktəblərindən birində texnopark yaradılacaq Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetində Türkiyənin Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması nəzərdə tutulur. Trend-in çərşənbə günü Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu məsələ təhsil naziri Misir Mərdanovun Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Bulut ilə keçirilən görüşündə müzakirə olunub. Mərdanov Qafqaz Universitetində texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi dəyərləndirib. Qafqaz Universitetinin rektoru Əhməd Saniç Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz Universitetində mü...