Xəbərlər

“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi Aprel ayının 23-də, QUTechnopark tərəfindən, gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə, həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Rəşad Bayramovun təqdimatın baş tutdu.   Seminar “İnamla danış! Uğurlu çıxışın üç sirri” mövzusunda idi. Rəşad bəy dinləyicilərin diqqətini çıxış zamanı həyəcanı necə cilovlamaq olar, auditoriya ilə dialoqu necə qurmaq olar, əhvalat danışmaq nitqinizə hansı dəyəri gətirir kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.         Qeyd edək ki, Rəşad bayramov ABŞ-ın Roçester Texnologiya İnstitutunun məzunu, eləcə də Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə ekspert-məşqçidir....

Sahibkarı təhsil müəssisələri ilə əməkdaşlığa vadar edən könüllülük prinsipləri Sahibkar onun gələcək kadrlarını formalaşdıran təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olmalıdırLayihə çərçivəsində biliklər iqtisadiyyatı ilə bağlı daha bir yazımızı təqdim edirik. Belə ki, kiçik və orta sahibkarlığın elm və təhsil müstəvisində inkişafı hazırda olduqca böyük önəm kəsb edir. Ümumiyyətlə, kiçik və orta sahibkarların sayının çox, eləcə də güclü olduğu ölkələr dünyada rəqabətə dayanıqlılığı və güclü iqtisadiyyatı ilə seçilirlər. Qafqaz Universiteti Texnoparkının rəhbəri İsa Qasımov bizimlə söhbətində bildirdi ki, kiçik və orta sahibkarlar böyük həcmli vergi ödəyiciləri olmasa da, cəmiyyətdə işsizliyin azaldılması, daxili bazarın güclənməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, qlobal böhran problemlərində ölkədaxili dayanıqlılığın təmin edilməsi və sair kimi əhəmiyyətli proseslərdə mühüm rola malikdir. Ona görə də inkişaf etmiş, həmçinin inkişaf etməkdə olan ölkələrdə ki&cc...

İş dünyasının verdiyi təcrübə başqadır İsa Qasımovun sözlərinə görə, kadr hazırlığına fikir verməsək, onlar əmək bazarına çıxanda bəyənilməyəcək və təzədən özlərini formalaşdırmağa çalışacaqlarDünya təcrübəsində universitetlər hazırladıqları kadrların iş dünyasının tələblərinə uyğun olması üçün bir çox üsullardan istifadə edirlər. Onlardan biri və daha çox inkişaf edəni universitet daxilində texnopark yanaşmasıdır. Azərbaycanda ilk olaraq universitet daxilində texnopark Qafqaz Universitetində (QUTechnopark) yaradılıb. Artıq bir neçə ildir fəaliyyət göstərən texnoparkın fəaliyyəti, bu müddətdə əldə etdiyi nailiyyətlər, tələbə üçün üstünlükləri, iş dünyası üçün əhəmiyyəti və s. suallar ətrafında QUTechnoparkın direktoru İsa Qasımovla söhbətləşdik.- İlk olaraq texnoparkın yaradılmasından danışaq.- Universitetdə texnopark yanaşmasını 2012-ci ilin yay aylarında düşünməyə başlamışıq. Sentyabr ayında isə bir heyət quruldu və bu işdə beynəlxalq təcrübəni ar...

"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda   Aprel ayının 11-də QU Texnopark tərəfindən həyata keçirilən "Təşəbbüskarlıq seminarları" silsiləsindən növbəti təlim baş tutdu. Seminar ABŞ-ın “Rainpath” şirkətinin prezident və təsisçisi Bill Finneqan tərəfindən keçirildi. Cənab Finneqan "Strategiya və sahibkarlıq planlaşdırması" adlı görüş əsnasında sahibkarlığa başlamaq üçün səbəblər, özünü analiz etməyin önəmi, biznes ideyası tərkib hissələri, biznes planın nə dərəcədə əhəmiyyətli olması, markanın biznes mahiyyəti, netvorkinq, müştəri və işçilərin gözləntiləri, mentorun rolu, qarşıya çıxan çətinliklər məsələlərinə toxundu. Görüşün sonunda QU Texnopark, həmçinin universitetimizin tələbə-müəllim heyəti və digər qonaqlar spikerə öz suallarını ünvanladı....

“İş dünyası bizdən nə gözləyir?” seminarı   Aprel ayının 6-da QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Woodpecker şirkətinin təsisçisi və baş icraçı direktoru Əliyar Əliyev iştirakçılarla “İş dünyası bizdən nə gözləyir?” sualı ətrafında müzakirələr apardı. Əliyar bəy bir liderin spesifik xüsusiyyətləri, İnnovasiyaların əhəmiyyəti, gənclərdə startap yanaşmasının artırılması, iş dünyası gənc kadrlardan nə gözləyir, iş dünyasının təhsil müəssisəlırindən gözləntiləri, missiya niyə önəmlidir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların sahibkarlıq mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı. Əsmər Həşimli...

Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru QU Texnoparkda   Aprel ayının 4-də Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru İlyas Ülgür bəy ”Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar verdi.  QU Texnoparkın təşkil ediyi seminar “Avropa birliyi təhsil və araşdırma layihələri, keyfiyyətin təminatı və təhsil nailiyyətləri” mövzusunda idi. Ülgür bəy semihnarda Erasmus+ proqramı, universitetlər üçün standart veb səhifə, beynəlxalq universitetin xüsusiyyətləri, dərs metodikaları, boloniya sistemi kimi mövzulara toxundu. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında da həyata keçirildi. Əsmər Həşimli...

Yeni Fikir 2016 Müsabiqəsində yarımfinalçılar elan olundu 211 layihənin qeydiyyatdan keçdiyi Yeni Fikir 2016 Müsabiqəsində (YFM) 30 layihə yarımfinala vəsiqə qazanıb. YFM 2016 əsasında yarımfinal mərhələsi 09 Aprel 2016-cı il tarixində "Sup.az"ın ofisində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 153)  keçiriləcək. Yarımfinala vəsiqə qazanmış layihələrin siyahısı və bu mərhələdə tətbiq olunacaq qaydalar haqqında geniş informasiyanı aşağıdakı ünvandan istifadə edərək əldə edə bilərsiniz.  Qeyd edək ki, 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatı təsdiqlənmişdi. Qediyyatdan keçən layihələr veb səhifədə  yerləşdirilib. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.  Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmaların...

Yeni Fikir Müsabiqəsi 2016-da 211 layihə qeydiyyatdan keçib Yeni Fikir 2016 Müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı Martın 17-də başa çatdı.  elektron səhifəsindən istifadə edərək "online" formada həyata keçirilən layihələrin qeydiyyatı prosesinə 01 Fevarl 2016-cı il tarixində başlanmışdı. 240-dan çox müraciətin daxil olduğu YFM 2016 əsasında 211 layihə (iş fikri) qedyiyyatdan keçib. Qediyyatdan keçən layihələr  ünvanında yerləşdirilib. Hazırda ilkin qiymətləndirmə prosesinə başlanıb. Qiymətləndirmə prosesi müxtəlif sahələrdə fəaliyyət göstərən təcrübəli mütəxəssilər tərəfindən təmin edilir. İlkin qiymətləndirmə prosesində əsas qiymətləndirmə meyarları kimi layihədə irəli sürülən iddianın innovasiyası; ortaya çıxarılacaq məhsul və ya xidmətin bazar imkanları; komandanın potensialı nəzərə alınır.  Yarımfinal və final mərhələdə isə, layihələri qiymətləndirərkən aşağıdakı meyarlar əsas görürləcək: 1. Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamət...

Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadıldı Yeni Fikir 2016 Müsabiqəsi üçün layihələrin qeydiyyat vaxtı uzadılmışdır. ‪‎Layihənizin qeydiyyatının təsdiqləndiyini aşağıdakı ünvana baxaraq yoxlaya bilərsiniz. Layihənizi qeydiyyatdan keçirdiyiniz halda bu səhifədə adı yoxdursa, verilmiş əlavə vaxtı dəyərləndirərək, layihənizi qeydiyyatdan keçirə bilərsiniz. ‪Layihələrin qeydiyyatı ilə meydana gələn istənilən problemlə bağlı QU Texnoparka müracət edə bilərsiniz. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi hər il Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilir. Müsabiqə təşəbbüskar düşüncənin inkişaf etdirilməsini hədəfləyir və innovativ sahibkarlığı dəstəkləyir. QU Texnopark Yeni Fikir 2016 Müsabiqəsini yeni tərəfdaşlarla həyata keçirəcəyi üçün qalibləri daha böyük mükafatlar gözləyir. Belə ki, yarışda layihəsi bəyənilərək birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlan...

"Yaddaş və planlama" seminarı   Mart ayının 12-də Qafqaz Universiteti Texnoparkında Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. "Yaddaş və planlama" seminarı Flapus tətbiqetməsinin baş icraçı direktoru, AtaHoldinqdə strateji marketinq üzrə rəhbər Murad Ələkbərov tərəfindən həyata keçirildi. Murad bəy mövzunu yaddaşın xüsusiyyətləri, günün planlaşdırılması, "Flapus" həllinin dəstəyi, "Məhsuldarlıq" tətbiqetmələri aspektlərindən izah etdi. Murad bəy həmçinin plansız məqsədin nəticəsiz qalmasından, hədəfə nail olmaq üçün atılmalı addımlardan, işin icrası üçün mühüm olan xüsusiyyətlərdən bəhs etdi. Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı tərəfindən mütəmadi olaraq həyata keçirilən Təşəbbüskarlıq seminarlarında ekspertlər öz təcrübələrini bölüşür və bu seminarlarda arzu edən hər kəs iştirak edə bilər. Əsmər Həşimli...

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf perspektivləri Bütün parametrlərə görə olduqca strateji və rentabelli olan bu sahənin inkişafı üçün ölkədə yetərincə potensial varAzərbaycanda qeyri-neft erasının dominantlığı proqnozlaşdırıldığından xeyli tez başladı. Buna dünyada baş verən siyasi proseslər və süni amillər də xeyli dərəcədə təsir etdi. Hər halda, vəziyyət elə gətirdi ki, ölkəmiz qeyri-neft sektorunun və iqtisadiyyatının mütləq üstünlük təşkil etməsi üçün təcili tədbirlər və islahatlar reallaşdırmağa başladı. Ötən yanvarın sonunda Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bir daha elan etdi ki, ölkəmiz üçün yeni dövr başlayır: “Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq”.Göründüyü k...

“Sahibkarlığın, innovasiyaların inkişafında mədəniyyətlər xüsusi rol oynanır” Dünən Qafqaz Universitetində Amerikanın Silikon Vadisindən dəvət edilmiş mentor  Esin Silenin universitet tələbələri, iş adamları, sahibkarlar, startapçılar və digər maraqlı  tərəflərlə görüşü baş tutub. Tədbirə həmçinin Təhsil Nazirliyinin əməkdaşları da qatılıb. Esin Sile universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri, tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi, startapların  yaradılması istiqamətində ölkələrdə yaşanan problemlər və bununla bağlı digər məsələrlə bağlı  beynəlxalq təcrübəsini iştirakçılarla bölüşüb. Qeyd edək ki, tədbir Qafqaz Universiteti QUTexnoparkın təşkilatçılığı ilə baş tutub. Xeberler.az olaraq Esin Sile ilə Amerika, Azərbaycan, ümumiyyətlə hazırda dünyada yaşanan "startap boom" ilə bağlı maraqlı söhbət etdik. Əvvəlcə Esin Sile haqda qısa məlumat təqdim edirik: Əslən Türkiyədən olan Esin Sile Mindbridge Partners konsaltinq şirkətinin partnyoru və baş icra&cce...

Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə İnnovativ sahibkarlığın ölkəmizdə daha geniş sferada tanınması və irəliləməsi üçün daim müəyyən fəaliyyətlər həyata keçirən Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə favral ayının 24-də Silikon Vadisində fəaliyyət göstərən, MindBridge Partners partnyor və baş icraçı direktoru Dr. Esin Silenin təqdimatında açıq qapı seminarı həyata keçirildi. “Startap-lar üçün Amerikadan ən yaxşı təcrübə” adlı seminarda startap dünyasının nümayəndələri, tələbə və müəllimlər iştirak etdi. "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında çıxış edən Esin xanım Amerika, Türkiyə və Azərbaycan təhsil sistemindəki fərqlər, inkubatorların və akseleratorların spesifik xüsusiyyətləri, sənaye strategiyasının önəmi, texnoloji inteqrasiya həll yolları barədə iştirakçılara mühüm məlumatlar verdi....

Sənaye əhəmiyyətli elmi fəaliyyətlərin inkişafına QUTechnopark-dan növbəti dəstək Daim innovativ sahibkarlığı, yüksək texnologiyaların inkişafını dəstəkləyən, qeyri-neft sektorunun gələcəyi üçün təhsilin önəmini önə çıxaran, bunun üçün beynəlxalq təcrübəyə önəm verən, xarici və yerli mütəxəssislərlə mütəmadi görüşlər təşkil edən Qafqaz Universiteti Texnoparkının növbəti qonağı Mayndbric Partners partnyor və baş icraçı direktoru Dr. Esin Sile olacaq. Esin xanımın təqdimatında, 23-25 fevral 2016-cı il tarixlərində, QUTechnopark heyətinin, Qafqaz Universitetinin akademik heyəti və tələbələrrinin iştirakı ilə seminar görüşlər keçiriləcək. Seminar görüşlərin "Universitet əməkdaşlarının sənaye əhəmiyyətli elmi araşdırma işləri və texnoloji sahibkarlıq fəaliyyətləri"  və "Tələbələrin innovativ fəaliyyətləri və ABŞ təcrübəsi"  mövzuları əsasında keçiriləcəyi nəzərdə tutulub.  QUTechnopark Qafqaz Universiteti mənsubu olmayanların da iştirak edə biləcəyi görüş keçirməyi nəzərdə tutub. Belə k...

Yeni Fikir bu il startaplar üçün hansı yeniliklər edəcək Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti texnoparkı (QU texnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il  müsabiqəsi təşkil edir. Artıq IV Yeni Fikir (YFM)- 2016 müsabiqəsi elan edilib. Xeberler.az olaraq  müsabiqəyə  layihələrin qəbul şərtləri və  bu il YFM-də olacaq yeniliklərlə maraqlandıq. Müsabiqənin Təşkilat Komitəsi bu istiqamətdəki suallarımızı cavablandırıb: -Bu il Yeni Fikir müsabiqəsində hansı yeniliklər olacaq? KoçSistem Azərbaycan  Qafqaz Universitetində yeni mərkəz açdı.  Şirkətin direktoru Ali Kutvan qeyd etdi ki, bu il Yeni Fikir müsabiqəsində münsiflər heyəti və digər məsələlərlə bağlı yenilik olacaq. Konkret olaraq söhbət hansı yeniliklərdən gedir? -Bunda əvvəl təşkil etdiyimiz yeni fikir yarışmalarında qalib layihələrin şirkətləşmələri üçün pul mükafatları verirdik. Bu il isə qalib layihələrin iştirakçılarına Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlimlər və Sup.az və ...

“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə "Yeni Fikir - 2016" müsabiqəsinə (YFM) start verilib.Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq. Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər...

Hindistanda 200-dən çok İnkubasiya Mərkəzi fəaliyyət göstərir Məlumat verdiyimiz kimi, hazırda Qafqaz Universitetinin (QUTechnopark) direktoru İsa Qasımov ezamiyyətdədir. İsa Qasımov Hindistanla bağlı təəsssüratlarını Xeberler.az-la bölüşüb. İsa Qasımovun sözlərinə görə, əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görürlər. Onun təəsssüratlarına görə, Hindistan höküməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan höküməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hər tərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, eləcə də sosial sahibkarlığın inkişafına xüsusi diqqət yetirirlər. Hindistan höküməti bu sahənin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təşviqedici yanaşmaları ilə biznes dün...

İntelektual mülkiyyətin inkişafı başlıca hədəflərdəndir Hazırda Hindistanda ezamiyyətdə olan Qafqaz Universitetinin (Qutexnopark) direktoru İsa Qasımovun sözlərinə görə, əhalisinin sayı 1 milyard çivarında olan Hindistanda ölkənin ümumi inkişafının başlıca yolu kimi innovasiya sahibkarlığının inkişaf etdirilməsində görürlər.  Onun təəsssüratlarına görə, Hindistanda həyat şəraiti çətin olan insanlar çoxdur. Bununla belə, Hindistan höküməti sürətli sosial-iqtisadi inkişafa nail ola bilmək üçün dünyada isbat olunmuş yol seçib. Belə ki, Hindistan höküməti və ölkənin ziyalı təbəqəsi istər ölkədə həyat şəraitinin yüksəldilməsi, istərsə də sosial-iqtisadi baxımdan hər tərəfli inkişafı əldə etmək üçün innovasiya sahibkarlığının, eləcə də sosial sahibkarlığın inkişafını mühüm yol kimi seçiblər. Hindistan höküməti bu sahənin inkişafına müxtəlif yanaşmalarla maliyyə dəsətəkləri verməklə yanaşı, həm də təqviqedici yanaşmaları ilə biznes dünyasının və ictimaiyyətin ...

Yeni Fikir müsabiqəsində startaplar üçün yeniliklər olacaq Məlumat verdiyimiz kimi, Qafqaz Universiteti Texnoparkı (QUTexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə  hər il  müsabiqəsi təşkil edir. Növbəti Yeni Fikir 2016  müsabiqəsi elan ediləcək. QUTexnopark-dan Xeberler.az-a verilən məlumata görə, müsabiqə yanvar ayı ərizində elan ediləcək. Məlumatda qeyd edilib ki,YFM bu dəfə  daha güclü tərəfdaşlarla birgə həyata keçiriləcək. Xatırladaq ki, bir müddət öncə QUTexnopark-da Türkiyənin nəhəng İT şirkəti KoçSistem yeni Tədqiqat Mərkəzi  açdı. Qeyd edildi ki, şirkət yeni mərkəz açmaqla həm də  Azərbaycanın startap ekosistemində də yeniliklər edib, bu sektora fayda verməyə çalışacaq. Görünür,  növbəti YFM müsabiqəsində KoçSistem-in daha çox faydası olacaq və şirkət direktoru Ali Kutvanın da dediyi kimi, münsiflər heyəti dünya təcrübəsi olan xarici İT mütəxəssislərdən təşkil ediləcək. Eyni zamanda KoçSi...

“Yeni Fikir - 2016” müsabiqəsinə start verilir Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə "Yeni Fikir - 2016" müsabiqəsinə (YFM) start verilib.Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq.Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə da yaşayan bütün gənclər iştira...