Xəbərlər

BethClip Startup İstanbulda Yeni Fikir 2014 Müsabiqsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunur. 27 - 30 sentyabr tarixlərini əhatə edən yarışmaya qırxdan çox ölkədən mindən çox iştirakçı qatılmışdır. 200-ə yaxın investor qarşısında çıxış edən startup-ların sayı isə 100-dən çoxdur. Qeyd edək ki,  eTohum tərəfindən təşkil olunan Startup İstanbulun əsas məqsədi  Asiya və Avropadan startupları, investorları, mələk yatırımcıları bir arada toplamaqdır.  Hazırda  seçilmiş startuplar üçün 2 gün intensiv təlim proqramı təşkil olunur. Proqram Microsoftun Türkiyədəki ofisində baş tutacaq və  29 Sentyabrda Pitch mərhələ ilə davam edəcək....

"Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda beynəlxalq konfrans keçirildi    Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İslam İnkişaf Bankı, İslam Tədqiqatları və Təlim İnstitutunun birgə təşkilatçılığı ilə 22-26 sentyabr 2014 tarixində "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirildi. Tədbirdə dövlət qurumları və sahibkarlarla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər iştirak etdi.    Konfrans çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunmuş, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçirildi.    Konfransda Qafqaz Universitetinin Texnoparkı (QUTechnopark) da təmsil olunurdu. Belə ki, QUTechnoparkın müdiri dossent İsa Qasımovun təqdimatında "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində QUTechnopark təcrübəsi" mövzusu məruzə edildi. Təqdimatda verilən informasiyalar...

Qafqaz universiteti " Bakı Elm Festivalı " nda iştirak edəcək   Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət  universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, texnoparkın fəaliyyəti ilə tanış olu...

BethClip Silikon Vadisində Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq!...

Hindistanlı iş adamları ilə görüş Azərbaycanda keçirilən Hindistan Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan hindistanlı iş adamları Sharma və Vivek Kapur ilə azrəbaycanlı iş adamlarının birgə görüşü keçirilmişdir. Görüş çərçivəsində Hindistan bazarının və məhsullarının azərbaycanlı iş adamları üçün üstün cəhətəri, iki tərəf arasında qarşılıqlı biznes əlaqələrinin qurulması barədə müzakirələr aparılmışdır. İPƏK YOLU SİDİB - in təşkilatçılığı ilə baş tutan görüşdə QUTechnopark da öz könüllü tələbələri ilə birgə iştirak etmişdir. Hər iki ölkədə olan biznes mühitinin imkanları, Azərbaycanda təşkil olunan Hindistan Sərgisinin təşkilati məsələləri ətrafında aparılan danşıqlıqlar bütün iştirakçılar üçün faydalı və maraqlı olmuşdur. ...

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri 1 noyabr - 25 yanvar tarixlərini əhatə edən  layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ mə...

Yeni Fikir 2014 Müsabiqəsi Anket Nəticələri 01 Noyabr 2013-cü ildən start götürən Yeni Fikir 2014 Müsabiqəsi 17 may tarixində final mərhələsini keçirərək bu ilin qaliblərini elan etdi. Bundan sonra Yeni Fikir 2014 Müsabiqəsi haqqında 10 dəyərləndirmə kriteriyası üzrə 02.06.2014 - 04.07.2014 tarixlərini əhatə edən sorğu keçirildi. Sorğu sosial mediada paylaşılmaqla və iştirakçıların e-mail ünvanlarına göndərilməklə yayıldı . Bununla da toplam 1000 dən çox adama sorğu haqqında məlumat verildi və sorğuda 1 ay ərzində 91 nəfər iştirak etdi. Sorğunun nəticələrini sizə təqdim edirik:         Digər bəndini seçənlərin böyük əksəriyyəti final mərhələsinin izləyicisi, QU Technoparkın fəaliyyətlərində iştirak edən könüllü qrup, münsiflər heyətinin üzvü, müsabiqə haqqında yaxından maraqlananlar və s. dir.                   ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanmış BethClip layihəsi Startup İstanbulda təmsil olunacaq Azərbaycandan 3 startup-ın iştirak edəcəyi Startup İstasnbulda təmsil olunan layihələrdən biri də Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq 10 000 manat grant əldə edən BethClip-dir. Digər startuplar isə Manads və Butarekdir. Mobil cihaz istifadəçilərinə qısa zamanda fayllarını sinxronlaşdırmaq və istədikləri platformaya daşımaq xidmətini təqdim edən BethClip bundan başqa ötən ay Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksələrək Silikon Vadisində təcrübə keçmək imkanı da qazanmışdır. ...

“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq 11 oktyabr tarixində “Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq. Qafqaz Universitetində keçiriləcək seminar “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında reallaşacaq.Belə ki, 15-30 sentyabr tarixlərində “Silikon Vadisi”ndə səfərdə olan R.Əliyev öz təcrübəsini startapçı və startaplarla maraqlanan gənclərlə bölüşəcək. Seminarın mövzularına “Silikon Vadisində “Startup”-lar”, “Startup”-lar Vadidəki investorların gözü ilə”, “Haradan gəlib, hara gedirsən?”, “İstifadəçilər (traction)”, “Vadidə və digər yerlərdə böyümə”, “Vadi investorlarına nə zaman və necə müraciət etməli?”, “İnkubator və Akseleratorlar - bizdə və Vadidə” daxildir.“Startup İstanbul” – “BethClip”in təcrübəsində” mövzusunu isə Nigar Mövsümlü təqdim edəcək. Qeyd edək ki, “BethClip” layihəsi “QUTe...

Bayquş: Azeri mühendislerin 80 dakika havada kalan insansız hava aracı İnsansız hava araçları (İHA’lar veya ) gün geçtikçe hayatımıza biraz daha fazla giriyor ve sıradışı bir İHA geliştirmeye çalışan Azeri mühendisler de bu alanda  ile kendilerine bir yer edinmek istiyor. Bayquş, uygulama destekli bir İHA ortaya çıkarmak için harekete geçen biri bilgisayar mühendisi, diğeri uçak mühendisi 2 kardeşin geliştirmeye başladığı bir araç. 1 yıl kadar önce farklı alanlarda (arama kurtarma kurulumları, yol ve inşaat şirketleri, ekim ve tarım alanı, haber, röportaj, sinemacılık vs.) kullanılabilecek bir İHA geliştirmek için kolları sıvayan kardeşler ilk prototipin ardından ekibi genişletmişler. Uzun uçuş süresiyle öne çıkıyor Pazardaki uçakların uçuş sürelerinin çok düşük olduğunu söyleyen , kendilerinin geliştirdiği gömülü yazılımla Bayquş’un 80 dakika havada kalabilen prototip olduğunu ifade ediyor. Manafo...

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək "Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.  "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır. Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub. Buna görə d...

"Smart Plane" Layihəsinin adı dəyişdirilərək "Bayquş" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində üçüncü yeri tutmuş Smart Plane layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə Bayquş adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur....

BethClip layihəsi Ukraynada keçirilən Lion Farm proqramında final mərhələsinə yüksəldi Lion Farm - Imperious Group vençur fondu  və Happy Farm biznes sürətləndiriciləri tərəfindən keçirilən toxumdan əvvəlki mərhələdə olan İT Startup-ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır. Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə Silikon Vadisində təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazana biləcəkdir. Yeni Fikir 2014 müsabiqəsində birinci yeri qazanmış BethClip komandası 16 avqust tarixində Ukraynanın paytaxtı Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək dünyanın müxtəlif yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşərək 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış oldu. Buna görə də 18 avqustdan başlayaraq BetClip komadası 2 həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrini inkişaf etdirəcəklər. Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan 2 həftəlik distans t...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq.Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkə...

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək."Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq. Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər.Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini...

Sənayenin səmərəli inkişafı naminə 2014-cü ilin Azərbaycan Respublikasında  “Sənaye ili” elan edilməsi doğru istiqamətə yönəlmişik mənasına gəlir. Əsas məsələ odur ki, sənayenin səmərəli inkişafına nail olaq. Bu isə dünyada baş verən sürətli dəyişiklikləri nəzərə almağı zəruri edir. İstehlakçı tələblərinin hansı istiqamətdə dəyişdiyini təhlil edərkən gəldiyimiz qənaət odur ki, sənayenin səmərəli inkişafına nail ola bilməyimiz üçün təşəbbüskarlığı (girişimçiliyi) ciddi şəkildə dəstəkləməliyik. Əminəm ki, təşəbbüskar yanaşma (girişimçi  baxış) sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcəkdir. Ölkə sənayesini beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon Vadisində (və ya bənzər ekosistemlərdə) görülən işlərə əsaslanaraq istehsal olunan məhsulla eyni bazarda (dünya bazarı) rentabelli ola bilmək üçün nə etməliyik?  Bu və və ya digər suallara cavab verən ekosistemin formalaşması üçün beynəlxalq...

GriG" Layihəsinin adı dəyişdirilərək "SoSmart" adlandırıldı Yeni Fikir 2014 Müsabiqəsində beşinci yeri tutmuş GriG layihəsi artıq yeni ad ilə fəaliyyətə başladı. Komanda üzvlərinin yeni qərarına əsasən artıq layihə SoSmart adı ilə fəaliyyətini davam etdirir. Qeyd edək ki, layihənin məzmununda heç bir dəyişiklik yoxdur. Mobil tətbiqetmə olan SoSmart - ı səssizlikdən zövq almaq istəyənlər tezliklə yükləyə və istifadə edə biləcəklər....

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu Respublikamızda  İKT sektorunu inkişaf etdirmək, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi ilə “Startup Azərbaycan 2014”-ün yekun final mərhələsi keçirilib. Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək “Startup Azərbaycan” layihəsi haqqında geniş məlumat verib. Bu ilin aprel ayından müsabiqəyə start verildiyini deyən Osman Gündüz belə qeyd edib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilməsi üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları ...

Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip komandası Bakı Startup Sərgisində təmsil olundu  İlk dəfə keçirilən Bakı Startup Sərgisi 27 - 28 iyun tarixində Mont Inn otelində MICE Azərbaycan tərəfindən təşkil olundu. İki gün müddətində Azərbaycandakı bir çox startuplar sərgilənərək özləri haqqında sərgi iştirakçılarına geniş məlumat verməyə imkan tapdılar. Sərgidə iştirak edən startuplar isə bunlardır: BethClip, LinQuality, VT Studio, Sportsmen.az, Prosper Cartoon Studio, Soap House, YBF - Young Business Factory. Sərgilənən hər bir startup iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd etdiyimiz kimi, Yeni Fikir 2014 Müsabiqsində birinci yeri tutmuş BethClip startup ı da sərgidə iştirak edirdi.  Potensial müştəriləri ilə görüşən BethClip onlar tərəfindən böyük maraqla qarşılandı. ...

QUTechnopark Startup Meeting - də təmsil olundu Bakıda ilk dəfə keçirilən Bakı Startup Sərgisinin bir hissəsi olan Startup Meeting 28 iyun tarixində Mont Inn otelində baş tutdu.  İki hissədən ibarət olan tədbirin birinci hissəsində Plug and Play Texno Mərkəzinin Dağıstanda yerləşən nümayəndəliyinin icraçı direktoru Mikhail Blank çıxış edərək iştirakçılara keçirdikləri startup yarışı barədə geniş məlumat verdi. Birinci hissədə çıxış edən digər qonaq isə İlia Dövlət Universitetinin Biznes Məktəbinin nümayəndəsi idi. Gürcüstandan dəvət olunmuş qonaq oradakı startuplar və biznes layihələri haqqında məlumat verdi. Tədbirin ikinci hissəsi isə QUTechnoparkın hər il təşkil etdiyi Yeni Fikir müsabiqəsi haqqında olan təqdimat ilə davam etdi. QUTechnoparkın nümayəndəsi Nərmin Əliyeva müsabiqə haqqında iştirakçılara geniş məlumat verərək, onların suallarını cavablandırdı. ...