Xəbərlər

"Azərbaycan müəllimi" qəzetinin əməkdaşı QUTechnoparkda Fevral ayının 10-da QU Texnopark "Azərbaycan müəllimi" qəzetindən qonaq qəbul etdi. Universitetimizin Mətbuat Informasiya Şöbəsinin koordinatoru Həvva Cəlilovanın müşayiəti ilə gələn Jurnalist Rüfanə Günəş qəzetin növbəti sayını Qafqaz Universitetinə həsr edəcəyini qeyd edərək QU Texnopark haqda xüsusi məlumat almaq istədiyini bildirdi. Görüş əsnasında Rüfanə xanıma Texnopark, Yeni fikir, gələcək planlar, könüllülər və onların layihələri, rezidentlər və onlar tərəfindən işə qəbul olunmuş tələblərimizin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Rüfanə xanım burada tələbələrin biznes dünyası ilə əlaqəsi üçün yaradılan imkanlarla tanış olub QU Texnopark heyətinə uğurlarının davamını arzuladı....

28 Fevralda QUTechnopark-da növbəti seminarı keçirəcək. Fevral ayının 28-də QU Texnopark "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında növbəti seminarı keçirəcək. Bu dəfə  öz sahəsində professional yanaşmaları ilə seçilən daha bir dəyərli təlimçi seminar verəcək. Belə ki, İqtisadi idarəetmə üzrə mütəxəssis, biznesin müxtəlif sahələri üzrə təlimçi və məsləhətçisi Ənvər Yavəroğlunun təqdimatında "Uğurlu biznes" mövzusunda seminar baş tutacaq. Seminar təmsilçi etiketi, insan tanıma sənəti, ünsiyyət etikası və biznes etikası və digər sahələr haqqında biznesin real problemlərini əhatə edəcək. Qeyd edək ki, "Təşəbbüskarlıq Seminarları" Layihəsi əsasında keçirilən seminarlarda arzu edən hər kəs iştirak edə bilir....

Şef Mübariz QUTechnopark-da seminar verəcək QUTechnoparkın təşkilatçılığı ilə fevral ayının 21-də müxtəlif sahələrin inkişafına həsr olunmuş növbəti görüş keçiriləcək. Bu dəfəki qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü Mübariz Vəliyevdir. Şef Mübariz "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş ekspertdir. Mübariz bəy seminarda sağlam nəsil üçün sağlam qidalanmanın zərurəti, düzgün qidalanmamağın səbəb və nəticələri, özümüzü gözləməli olduğumuz ərzaqlar, israfçılıq və yardım kimi olduqca aktual olan mövzulardan bəhs edəcək. Qeyd edək ki, seminar MADO ilə QUTechnopark-ın ortaq layihəsi çərçivəsində keçirilən seminarlara iştirak etmək istəyən hər kəs dəvətlidir....

YFM 2015 iştirakçıları üçün xüsusi təşkil olunmuş seminar QU Texnopark Yeni Fikir Müsabiqəsi iştirakçılarına sahibkarlıq konsepsiyası haqda daha ətraflı məlumat, həmçinin motivasiya vermək və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək üçün yeni tədbirlərin icrasına start verib. Belə ki, onları 13-15 fevral 2015-ci il tarixlərində ‪QU Texnoparkın dəstəyi ilə müxtəlif görüşlər gözləyir. YFM 2015 iştirakçıları ilə ilk görüş fevral ayının 13-də keçiriləcək. 2014-cü ildə Türkiyənin ən yaxşı girişimcisi seçilmiş Berke Sarpaş Yeni Fikir 2015 Müsabiqəsi iştirakçılarının görüşünə gəlir. Qeyd edək ki, yalnız YFM 2015 iştirakçıları üçün nəzərdə tutulmuş bu görüş haqqında ətraflı informasiya onlara göndəriləcək. 15 Fevral 2015-ci il tarixində nəzərdə tutulmuş, "Girişimçilik, innovasiya, e-ticarət" adlı seminar proqrama isə qeydiyyat davam edir. YFM 2015 iştirakçılarına 20 % güzəşt edilən bu seminar üçün nəzərdə tutulmuş biletlərin böyük ək...

Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş Bakıda      Fevral ayının 15-də QU Texnoparkın təşkilatçılığı ilə Qafqaz Universitetində 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaşın təqdimatında seminar keçiriləcək. Seminar proqramı - girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, dijital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimcilik modeli mövzularını əhatə edir. Seminarın proqramı haqqında ətarflı informasiya  ünvanında verilmişdir.    Seminar iştirakçılarına sertifikat veriləcək. Berke Sarpaş Türkiyənin ilk e-ticarət akademiyası olan Coproline  şirkətini qurmuşdur. O, öz qurmuş olduğu Organic Moods şirkəti vasitəsilə uzaq şərqə, xüsusilə  Hong-Konga, Türkiyədə istehsal olunan quru meyvələrin 7 ilə yaxındır ki, satışını həyata keçirməkdədir. 2011-ci ildə ilk dəfə Türkiyədə keçirilən  Dijital İqtisadiyyat  və E-Ticarət Zirvəsinin ideya və layihə rəhbəri ...

Qafqaz Universitetində konfrans baş tutacaq "Qafqaz Universitetində konfrans keçiriləcək. “Girişimcilik, İnnovasyiya, E-Ticaret” adı ilə keçiriləcək seminara 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi Berke Sarpaş təlimçilik edir." Konfras  2015.02.15 tarixində, 10:00-17:00  Qafqaz Uniersitetində baş tutacaq. Tələbələrə və universitetin nümayəndələrinə güzəştlər ediləcək seminarın mövzuları açıqlanıb “Girişimçilikdə dəyərlər və keyfiyyətlər” , “İş fikrinin müəyyənləşdirilməsi” , “Girişimçilikdə kommunikasiyaların idarə olunması” , “Dijital iqtisadiyyat” , E-ticarət” , “Mavi Okean Strategiyası”  və “Yalın girişimcilik modeli” mövzuları üzərinə baş tutacaq təlimdə iştirak etmək üçün biletləri bu ünvanlardan əldə edə bilərsiniz: Qeydiyyat Ünvan 1. Xırdalan Şəhəri, Qafqaz Universiteti Texnoparkı Telefon : (+994 12) 349-99-58 Mobil :    (+994 55) 518-11-61 Qeydiyyat Ünvan 2. C....

Girişimcilik, İnnovasyiya, E-Ticaret Təlimin Mövzuları: Girişimcilikte değerler ve kaliteler (Girişimçilikdə dəyərlər və keyfiyyətlər) İş fikri tespiti (İş fikrinin müəyyənləşdirilməsi) İlişki yönetimi (Girişimçilikdə kommunikasiyaların idarə olunması) Dijital ekonomi (Dijital iqtisadiyyat) E-ticaret (E-ticarət) Mavi Okyanus Stratejisi (Mavi Okean Strategiyası) Yalın girişimcilik modeli (Yalın girişimcilik modeli) Təlimçi: Berke Sarpaş Türkiyədə Bilknet Universitetini bakalavr menecement bölmünü, Avstraliya RMIT Universitetində isə marketinq üzrə magist təhsilini başa vurmuşdur.Qısa müddət Arkas holdingdə işlədikdən sonra Türkiyənin tanınmış danışmanlıq şirkətlərindən olan Baltaş Group-dan investisya alaraq e-baltaşı və Baltaş Group-la birgə Türkiyənin ilk e-ticarət akademiyası olan Coproline  şirkətini qurmuşdur.Sarpaş öz qurmuş olduğu Organic Moods şirkəti vasitəsiylə uzaq şərqə xüsusilədə Hong-Konga Türkiyədə istehsal olunan quru meyvələrin 7 ilə yaxındır ki satışını həyata keçirməkdədir. 2011-ci il...

Berke Sarpaş-ın Girişimcilik, İnnovasyiya, E-Ticarət seminarı Təlimin Mövzuları: Girişimcilikte değerler ve kaliteler (Girişimçilikdə dəyərlər və keyfiyyətlər) İş fikri tespiti (İş fikrinin müəyyənləşdirilməsi) İlişki yönetimi (Girişimçilikdə kommunikasiyaların idarə olunması) Dijital ekonomi (Dijital iqtisadiyyat) E-ticaret (E-ticarət) Mavi Okyanus Stratejisi (Mavi Okean Strategiyası) Yalın girişimcilik modeli (Yalın girişimcilik modeli) Təlimçi: 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi Berke Sarpaş Berke Sarpaş Türkiyədə Bilknet Universitetini bakalavr menecement bölmünü, Avstraliya RMIT Universitetində isə marketinq üzrə magist təhsilini başa vurmuşdur.Qısa müddət Arkas holdingdə işlədikdən sonra Türkiyənin tanınmış danışmanlıq şirkətlərindən olan Baltaş Group-dan investisya alaraq e-baltaşı və Baltaş Group-la birgə Türkiyənin ilk e-ticarət akademiyası olan Coproline  şirkətini qurmuşdur.Sarpaş öz qurmuş olduğu Organic Moods şirkəti vasitəsiylə uzaq şərqə xüsusilədə Hong-Konga Türkiyədə istehsal olunan quru meyvələr...

YFM Münsiflər Heyətinin növbəti görüşü keçirildi Yanvar ayının 31-də Yeni Fikir‬ Müsabiqəsi Münsiflər Heyətinin növbəti görüşü keçirildi. YFM 2015 iştirakçılarına daha çox dəstək verə bilmək üçün önəmli qərarlar alındı. Bu il Azərbaycanda YFM 2015 iştirakçıları ilə birgə növbəti yeniliyə imza atılacaq. Bizi izləməyə davam edin. Hər birimizi Azərbaycanda Startup mədəniyyətinin inkişafı və bu fəaliyyətlərə investorların cəlb edilməısi ilə bağlı əhəmiyyətli proqramlar gözləyir....

Gələcəyin Sahibkarları Layihəsi üzrə fəaliyyətlərə start verildi "İpək Yolu" SİDİB " və "QUTEchnopark"ın ortaq fəaliyyəti olan "Gələcəyin iş adamları layihəsi" çərçivəsində müxtəlif üniversitetlərin tələbələri ilə ilk görüş keçirildi.Görüş zamanı tələbələrə layihənin məqsəd və məramı barəsində məlumat verildi, həmçinin onların arasından sədr seçildi. Layihə çərçivəsində gələcək iş adamlarının üzvümüz olan şirkətlərdə təcrübə keçməsi və istehsalatla daha yaxından tanış olması, ayda 2 dəfə olmaqla şirkət rəhbərləri tərəfindən təşkil edilən seminarlara qatılması, xarici iş adamları ilə görüşlərin keçirilməsi, şirkət ziyarətləri və bir çox başqa fəaliyyətlər nəzərdə tutulmuşdur. Layihənin əsas hədəflərindən biri isə universitetlərin müxtəlif kurslarında oxuyan tələbələrin gələcəyin iş adamı kimi yetişməsidir....

Türkiyəli tədqiqatçılar QUTechnoparkı ziyarət etdilər QU Texnopark elm və iş dünyasının bir-birindən dəyərli simaları olan qonaqları qəbul etməyə davam edir. Yanvar ayının 30-da universitetimizin rektoru Ahmet Saniç və qonaqlarımız Fatih Universiteti Tibb fakültəsi xəstəxanası professoru doktor Coşkun Şahin, həmçinin Mevlana universitet Xəstəxanası dosent doktor Okan İstanbulluoğlu Qafqaz Universiteti Texnoparkını ziyarət etdilər. Qonaqlarımız texnoparkda gələcəyin sahibkarları və tədqiqatçıları üçün yaradılmış şərait və ləvazimatlarla tanış oldular....

"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi Yeni Fikir 2015 Müsabiqəsinin ictimailəşdirilməsi məqsədi ilə həyata keçirilən "İdeya səndən pul bizdən" tanıtım yarışmasında püşkatma keçirildi. Püşkatma Yanvar ayının 29-da QU Texnoparkda baş tutdu. Qafqaz Universitetinin müəllim və tələbə heyətinin böyük marağına səbəb olan tədbirdə qaliblər püşkatma yolu ilə seçildi. Yarış Yanvar ayının 26-dan etibarən, müxtəlif günlərdə, universitetin bütün korpuslarında qurulmuş stendlərdə və sosial şəbəkələrdə elan edilmişdi. Yarışın şərtlərini görə iştirakçı hər bir kəs, xüsusi hazırlanmış stend önündə şəkil çəkdirərək, həmin şəkli istifadə etdiyi sosial şəbəkə profilində "Yeni Fikir Müsabiqəsi"ni də seçərək("tag" edərək), paylaşmalı idi. Yarışmanı keçirən QUTexnopark könüllüləri iştirakçıların telefon nömrələrini və adlarını eyniölçülü kağızlara yazaraq, püşkatamanı təmin etdilər. Yarışmanın nəticələrinə görə 6 iştirakçının hədiyyə qazanacağı pla...

Çox adam pulunun üstünü “açmağa” qorxur “Azərbaycanda “pulumu ver, sonra işləyim” mexanizmi ilə işləyirlər” Müsahibimiz ” layihəsinin rəhbəri, bir neçə startapların müəllifi  Rəşid Əliyevdir. Hələ məktəb illərindən radiotexnika ilə maraqlanıb, hətta radioqəbuledicilər, müxtəlif radioqurğular yığıb. Dediyinə görə,  testləri həll edəndən sonra, digər şagirdlərin yerinə də həll edərmiş. Bunu etməmək üçün müəllim onu müəllimlər otağına göndərirdi. Bu sahədə bacarığı olduğu üçün də ali və magistr təhsilini də  elə bu sahə üzrə alıb. İKT sahəsində bilikləri isə heç kimin köməyi olmadan özü qazanıb. Tanınmış startapçı Rəşid Əliyev ilə müsahibəni təqdim edirik:  -İlk əmək fəaliyyətinə İKT ilə başladığınızı deyirsiniz. Bizə internetlə tanışlığınızdan danışın bir az. -2000-ci illər İKT sahəsi Azərbaycan cəmiyyəti üçün bir qədər yeni idi. Bununla bağlı tez-tez bəzi problemlər ortaya çıxırdı. İnternet bugünkü kimi geniş yay...

Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması hansı dəyişikliklərə yol aça bilər? “Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalarda müəyyən təkrarçılıq, elmi mövzularda qeyri-aktuallıq, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır. Bu məqsədlə respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac var”. Bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında çıxış edib. AMEA prezidenti hesab edir ki, şuranın tərkibində akademik institut, universitet, biznes və patent idarələrinin nümayəndələri olmalı, şura tərəfindən veriləcək qərarlar isə respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Ümumilikdə təklifə münasibət bildirən m&...

Eksperttv xidmətinizdə Müasir dövrdə yeni texnologiyaların meydana gəldiyi, ötən əsrlərdə mövcud olmayan, yaxud xəbərsiz olduğumuz xəstəliklərin yayıldığı, yeni sosial problemlərin və məsuliyyətlərin gündəmə gəldiyi, həmçinin müxtəlif sahələrin davamlı inkişafı nəticəsində yeni bir ensiklopediyaya ehtiyac yaranmışdır. Həmçinin bu ensiklopediyanın istifadəsi zamanı hazırda demək olar ki, hər kəsin problemi olan zamanın düzgün və əlverişli idarə olunması faktoru nəzərə alınmalı idi. Elə bu ehtiyac anında  saytı ərsəyə gəldi. Öz videoları ilə bütün yaş qrupu nümayəndələrinin suallarını cavablandırmağı nəzərdə tutan eksperttv yayımlanan videoların sayını müntəzəm olaraq artırmaqla istifadəçilərinə göstərdiyi yardımı günbəgün daha sərfəli edir. Müxtəlif kateqoriyalar üzrə yayımlanan videolar cari mövzunu hərtərəfli şəkildə təsnif etməklə izləyicilərin suallarını cavablandırır.Qeyd edək ki, Eksperttv birbaşa olaraq mütəxəsislərin dilindən müxtəlif sahələrdə izləyicilər...

İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq “Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) layihələrin onlayn qeydiyyatı davam edir. İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 25 yanvar 2015-ci il tarixinə kimi davam edəcək.Müsabiqə  “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektron...

Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı Qafqaz Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını (10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı.  Belə ki, BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək!  BethClip nədir? BethClip ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS). Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digə...

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip” “BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir. Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür. Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.   ...

“I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. 24-25 dekabr 2014-cü il tarixlərndə keçirilən “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisində QUTechnopark da təmsil olundu. Sərgidə Yeni Fikir 2013 yarışmasının qalibi "Alternativ enerji" layihəsi sərgi izləyicilərinin marağına səbəb oldu. Sərgi AMEA-nın İnformasiya Resursları Mərkəzində təşkil edildi. “I Respublika Əqli Mülkiyyət və İnnovasiya" sərgisi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunur....

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      20 Dekabr 2014-cü il tarixində keçirilən seminar Əyyub Hüseynzadə tərəfindən "Mənim xəyalım, Mənim şirkətim" mövzusunda  təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Nədir bu Startup dedikləri Azərbaycanda və Dünyada Startuplar Şəxsi Biznesə sahib olma yolları Biznesdə Problemlər        Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təş...