Xəbərlər
12 April 2015 12:54
QUTechnoparkın təşkilatçılığı ilə keçirilən Təşəbbüskarlıq seminarları silsiləsində növbəti görüş keçirildi. Bu dəfə təlimçimiz QU Texnopark rezidenti İTB World şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim doktor Anar Rüstəmov olmuşdur. Anar bəy Effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriyaları (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümmumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi IT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxundu.
Əsmər Həşimli...
10 April 2015 15:15
Aprelin 11-də, saat 16:00-da Qafqaz Universitetində "Effektiv Biznes və İT Strategiya" mövzusunda görüş keçiriləcək.Görüşdə aşağıdakı mövzulardan bəhs ediləcək:- İT Strategiyaların təyin edilməsində önəmli faktorlar- Uğurlu İT investisiya kriteriyaları- İnformasiya sistemləri və internet- İnternetin biznesə təsiri və inkişafı - Müəssisə üçün verilənlər bazasının əhəmiyyəti- İnformasiya təhlükəsizliyinə nə qədər investiya edilməli.Tədbirdə arzu edən hər kəs iştirak edə bilər.Məkan: Qafqaz Universiteti, Xırdalan şəh.,Həsən Əliyev küç., 120.
http://yenisumqayit.az/index.php?newsid=1083...
8 April 2015 12:00
Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır.
Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.
YFM yüksək texnologiyaların inkişafı istiqamətində ...
5 April 2015 12:00
QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir....
4 April 2015 14:14
Bu dəfə fəaliyyətləri haqda ətraflı məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Riyaziyyat və İnformatika ixtisası üzrə təhsil alan son kurs tələbəsi, eyni zamanda QU Texnoparkda part-time çalışan Ayşən Kamallıdır. Ayşən xanım hələ QU Texnoparka gəlməzdən öncə daim sosial cəhətdən fəal olmuş, vaxtını önəmli işlərə sərf etməyə çalışmışdır. Bunlara misal olaraq, Düşüncə klubunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, daha sonra rəhbər müavini, Pi klubunda olaraq layihələrin hazırlanması işindən məsul şəxs, Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatında aktiv üzv olaraq təlim və seminarların təşkilatçısı və iştirakçısı olması kimi məqamları vurğulamaq olar. Həmçinin o, Mili Bayt şirkətinin nəzdində fəaliyyət göstərən Expert TV-də bir aylıq təcrübə proqramında, Yeni Fikir 2014 Müsabiqəsinə "Ağıllı dəftər" layihəsi ilə müraciət etmiş komandada iştirak etmişdir.Niyə məhz QU Texnopark?.. QU Texnopark isə hər zaman Ayşən xanımın maraq dairəsində olmuşdur. Expert TV-də təcrü...
3 April 2015 20:00
Koç Holdinq qrupuna aid KoçSistem Qafqaz Universiteti Texnoparkı ilə əməkdaşlıqda maraqlıdır.Aprelin 2-də Koç Holdinq qrupuna aid olan KoçSistem şirkətinin Azərbaycan təmsilçiliyinin nümayəndələri Qafqaz Universiteti Texnoparkında oldular. Şirkətin direktoru Dos.Dr. Ali B. Kutvan və şirkətin satış üzrə meneceri Görkem Gökce ilə Qutechnopark-da geniş tərkibli görüş keçirildi. Əvvəlcə, QUTexnoparkın direktoru Dos.Dr.İsa H.Qasımov QUTexnopark-ın fəaliyyəti və potensial imkanları haqqında qonaqlara informasiya verdi. QUTexnopark İdarə Heyətinin sərdi Dos.Dr. Şahin H. Durmaz və QUTexnopark-ın bəzi Rezidentlərinin də iştirak etdiyi görüşdə qarşılıqlı təkliflər qiymətləndirildi və əməkdaşlıq imknaları müzakirə olundu. Görüş əsanasında hər iki tərəfin maraqlarını əks etdirən məqamların yaxın gələcəkdə dəyərləndirilərək razılığa gəlinməsi nəzərdə tutuldu....
1 April 2015 00:48
Yeni Fikir 2015 Müsabiqəsi yeni startupçılara dəstəyi hədəf götürən bir yarış olduğu üçün finala qədər iştirakçılar üçün xüsusi təlimlərin də həyata keçirilməsini nəzərdə tutur. Bunun üçün finala vəsiqə qazanmış layihələrin müəlliflərinə iş fikirlərinin inkişaf etdirilməsi, eləcə də final proqramına hazırlıqlarla bağlı seminarlar keçirilmişdir. Bu müstəvidə Münsiflər heyəti üzvlərinin layihə müəllifləri ilə görüşü, İnnovativ sahibkarlıq mövzusunda Məmməd Kərimin, "Təqdimat bacarıqları" mövzusunda Dr. Elnur Əsgərlinin, "Biznes Plan" mövzusunda dr. Kərim Məmmədovun, "StartUpların formalaşması və inkişafında Yaponiya təcrübəsi" mövzusunda Tofiq Həsənovun təqdimatında seminar və ya görüşlər keçirilmişdir.Görüşlər əsnasında layihə müəllifləri innovativ sahibkarlığın spesifik xüsusiyyətləri, təqdimat əsnasında yerinə yetirilməsi mühüm olan məqamlar, uğurlu biznes planının başlıca cə...
30 March 2015 19:29
"Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll", "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...
30 March 2015 15:00
"Yeni Fikir-2015" (YFM) müsabiqəsində final mərhələsinə vəsiqə qazanan layihələr bəlli olub. Təşkilat Komitəsindən bildirilib ki, müsabiqənin final mərhələsində 12 komanda yarışacaq. Final mərhələsi aprelin 25-də keçiriləcək.Finala vəsiqə qazanmış layihələrə "Appoll", "Avtomatik Müdafiə Qurğusu", "Baku Parking", "Braille Pad", "Kitabmatik", "KURSLU.COM - onlayn təlim şəbəkəsi", "NeverAgain", "Reflected Security", "Security Copter", "Serviceon", "seyahetler.com", "Soteqalab" daxildir.Qeyd edək ki, YFM Azərbaycanda innovativ sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyət istiqamətlərindən biridir. YFM-in məqsədi gənclər arasında innovativ sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqəd...
29 March 2015 19:00
Uzun müddətdir böyük səbrsizliklə gözlənilən Yeni Fikir Müsabiqəsi 2015-in yarım final mərhələsi baş tutdu. Ölkəmizin müxtəlif təhsil müəssisələri və dövlət, həmçinin özəl şirkətlərindən olan iştirakçılar müxtəlif sahələrə aid layihələri ilə münsiflər heyətinin qarşısına çıxdı. Yarışmaya eyni zamanda Türkiyədən də qatılanlar olmuşdur. Iştirakçılar öz layihələrinin məqsədi, vizyonu, yenilikçi spesifik xüsusiyyətləri, layihənin hansı auditoriyaya xitab etdiyi haqda məlumat verərək münsiflər heyətinin suallarını cavablandırdı. Təqdimatını bitirən iştirakçılara həm də öz fikirlərini, iradlarını bildirmələri üçün anket paylandı. Qeyd edək ki, Yeni Fikir Müsabiqəsi ölkəmizdə innovasiya meyilli layihələrin tanınması və onlara dəstək üçün təşkil olunur. Bu arada müsabiqənin final mərhələsinə vəsiqə qazanmış iştirakçılar artıq bəllidir. Bütün iştirakçılara gələcək fəaliyyətlərində uğ...
29 March 2015 02:00
Bu gün Qafqaz Universitendə növbəti «Yeni Fikir» müsabiqəsi baş tutdu. Bu müsabiqə hər il QUTechnopark tərəfindən təşkil olunur, və texnologiya sahəsində sahibkarlığın inkişafına və innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır. Yarım finalda iştirak edən startup-lar aşağıdakılardır:
Wearn
Sahibi ilə birgə böyüyən velosiped
Wind Up Bird
Serviceon
Security Copter
Yoldash.az
Appoll
Never Again
Elektrik istehsal edən Klaviatura
Smart Tester-Azerbaijan's First Software Testing Tool
Avtomatik Müdafiə Qurğusu
Baku Parking
Start BMS (Business Management System)
SOTEQA LAB
Avtomatik Tuşlayıcı
Reflected Security
Pyezoelektrik üsulu ilə enerji əldə edilməsi
IMA TRANSLATION
Qanver.com
seyahetler.com
Kitabmatik
AzTrack Navigation Company
KURSLU.COM — onlayn təlim şəbəkəsi
JokiBag
Braille Pad
Collaborative Office
http://technimum.com/blog/start-up/5606.html...
28 March 2015 11:11
"Chamadan"la durmadan irəli...Bu dəfə layihələri haqda məlumat verəcəyimiz şəxslər "Chamadan" Coffee House təsisçiləri, Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi bölümü son kurs tələbələri Nərmin Yardımlı və Nigar Mövsümlüdür. Kofeyə hər zaman böyük marağı olan tələbələrimiz hər zaman bir yeniliyə imza atmaq arzusunda olmuşlar. Belə ki, həyatları boyu iz qoymaq əsas öncəlikləri olub. Və bu atdıqları hər addımda təzahür edib. 4 il öncə tanış olmuş tələbələrimiz arzularını gərçəkləşdirmək üçün bir yerdə yola çıxmaq qərarına gəlmiş və daim qarşılarına sonradan uğurla müvəffəq olduqları məqsədlər qoymuşlar.Möhkəm iradənin bəhrəsi...Onların bu layihəni ərsəyə gətirmə hekayələri isə olduqca maraqlıdır.Keçən il Litvada sahibkarlıq yarışında iştirak etdikləri zaman onlar dar küçələrdən keçərkən yüksək keyfiyyətli kofenin ecazkar ətrini hiss etmiş və bundan ilham almışlar. Əslində onlar öz layihələrini şəhərdə səyyar maşınla başlatmaq fik...
16 March 2015 22:22
Mart ayının 16-da QUTechnopark və ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri baş tutdu. İştirakçılar Happy Farm CEO və təsisçisi təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" çıxışına qulaq asmaq şansı əldə etdilər. Çıxış əsnasında investorların komandaya verdiyi önəm, layihəni hazırlayarkən kimə və cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağınızın, ilk təəssüratın, opponentin mövcudluğunun, startupçının özünə inamının, bazar araşdırmasının, müqavilə ilə yaxından tanış olmağın, qrupda liderin olmasının, satmağı bacarmağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti məsələlərinə toxunuldu. Tədbirdə həm də iştirakçıların suallarını cavablandıran və startup ideyaları ilə tanış olan Anna xanım sonda QUTechnopark heyətinə minnətdarlığını bildirdi. Qeyd edək ki, Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə ...
16 March 2015 12:50
Mart ayının 16-da "Auto Azərbaycan MMC" və QUTexnoparkın tərəfdaşlığı ilə "Müsahibələrin keçirilməsi bacarıqları" adlı təlim keçirildi. Təlim gedişatı boyunca təqdimat, suallarla fərdi iş, praktik iş kimi metodlar iştirakçıların fəallığını artırdı. Müsahibənin strukturu və növləri, nitqin təhlili, qeyri - verbal davranış, kompetensiyalar üzrə müsahibə, səhvlər və stereotiplər, çıxış müsahibəsi mövzuları təlimin əsas tərkib hissəsini təşkil edirdi. Təlimdə QUTexnopark könüllüləri fəal iştirak etmişlər.
Əsmər Həşimli...
13 March 2015 12:00
Mart ayının 13-də Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. Qonaqlar arasında texnika elmlər namizədi Zəfər Qurbanov da var idi. ADNA nümayəndələrinə QUTechnopark heyəti tərəfindən keçirilən innovativ sahibkarlıq yönümlü tədbir, seminar, görüş və müsabiqələr, startupçı tələbələrə, onların layihələrinin gələcəkdə biznesə çevrilməsi üçün verilən dəstək, QUTechnopark könüllülərinin fəaliyyətindən bəhs edildi. Eyni zamanda qonaqlar rezidentlər və onların fəaliyyəti ilə də tanış oldu. Bundan əlavə, QUTechnopark könüllüsü Eltac Alrzalı Qafqaz Universiteti tələbəsi Eyyub Hüseynzadənin Kitab dünyası startupı barədə, QUTechnopark könüllüsü Mina Abbasova isə Qafqaz Universiteti tələbəsi Murad Həsənzadə tərəfindən qurulmuş Weby şirkəti haqda məlumat verdi. Qonaqlar fəaliyyətləri yüksək qiymətləndirərək QUTechnopark və Happy Farm tərəfindən ortaq layihə olaraq keçir...
12 March 2015 21:00
Azərbaycanlı bir qrup gənc görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Layihə görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.
Bu barədə Xəbərlər-ə layihənin rəhbəri startapçı Rəşid Əliyev bildirib.
Rəşid Əliyev layihənin məqsədlərindən danışaraq deyib ki, hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas istiqamətidir:
"Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur.Planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq. Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və ...
11 March 2015 18:00
Martın 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu ilə görüş keçirilib.
Bu barədə Xəbərlər-ə AMEA-dan məlumat veriblər.
AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev artıq ikinci dəfə baş tutan görüşün AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə reallaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və tədqiqat müəssisələrinin elmi potensialının qiymətləndirilməsi, bu qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması, o cümlədən innovativ layihələrin maliyələşdirilməsinə dəstək verməkd...
11 March 2015 08:00
Martın 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Böyük Britaniyanın “” şirkətinin “” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu ilə görüş keçirildi.
rəisi Vüqar Babayev artıq ikinci dəfə baş tutan görüşün AR (RYTN) tabeliyində fəaliyyət göstərən təşəbbüsü ilə reallaşdırıldığını qeyd etdi. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və tədqiqat müəssisələrinin elmi potensialının qiymətləndirilməsi, bu qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması, o cümlədən innovativ layihələrin maliyələşdirilməsinə dəstək verməkdir.
Görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəis müaviniElxan Bayramov, Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi Rauf Nadirov, texnika elmləri doktoru...
10 March 2015 22:22
Mart ayının 10-da Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan ali məktəblərinin, tədqiqat müəssisələrinin elmi potensialının təhlili, onların nəzdində Texnoloji Transfer Mərkəzlərinin yaradılması, həmçinin innovativ layihələrin maliyələşdirilməsinə dəstəyi nəzərdə tutan görüş keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu da iştirak edirdi. S.Robeson texnologiyaya meyilli investisiya sahəsində əldə edilmiş təcrübənin Azərbaycanda da tətbiqinin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin zərurətini vurğuladı. Tədbirdə QUTechnopark-ın təşkilatçısı olduğu Yeni Fikir 2014 Müsabiqəsinin qalibi Rəşid Əliyev məruzə ilə çıxış edərək, iştirakçılara təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi haqda danışdı. Rəşi...
10 March 2015 10:00
Mart ayının 16-da QUTechnopark və ABŞ biznes akseleratoru tərəfindən "Startup Day" tədbiri keçiriləcək. Qeyd edək ki, bu rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm heyətinin Bakıya ilk gəlişidir. Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya kimi ölkələrdə 42 şirkəti olan, 2012-ci ildən bəri Silikon vadisində 5 tədris, 7 təcrübə proqramını uğurla bitirmiş və rezidentlərinin inkişafı üçün yatırımlar etmişdir. Tədbirdə Happy Farm təsisçisi və baş direktoru Anna Degterevanın təqdimatında "Öz startupına yatırımları necə cəlb etməli" nitqindən sonra startuplarınızı auditoriya və investorlara təqdim edə biləcəyiniz, qrupla çalışıb rəy və məsləhətlər almaq imkanınızın olacağı interaktiv iş saatı olacaqdır. Bundan əlavə, tədbir proqramında iştirakçı və qonaqların şəbəkələşməsi üçün də xüsusi saat ayrılmışdır.
Tədbirə ...
|
|