Xəbərlər

Biznes inkubator – gənclərə yeni imkan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznes və investisiya mühiti yaradılmış, sahibkarlıq fəaliyyəti genişləndirilmişdir. Bu gün iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə özəl sektor xüsusi rol oynayır. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müvafiq innovasiya strukturlarının - innovasiya mərkəzlərinin, biznes-inkubatorların, texnoparkların yaradılm...

AzRoboHack2 Final proqramı keçirildi May ayının 23-də Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM), QUTexnopark, QU Kompyuter Mühəndisliyi bölməsi, IEEE Azerbaijan Chapter-in təşkilatçılığı, AZEL Elektronik LTD, ACCODERS, DNS Computers və CeDAWI-nin sporsonluğu ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş tələbələr arasında keçirilən 2-ci respublika robot müsabiqəsi AzRoboHack2 elektronika yarışının final mərhələsi keçirildi. Azərbaycan universitetləri arasında bir ilk olan layihənin məqsədi tələbələrimizin potensialının üzə çıxması üçün şərait yaratmaq, elektronikaya olan marağı, həmçini ölkədə bu sahəyə olan diqqəti artırmaqdır. Müsabiqə iştirakçılarının öhdəliyi təlimlər zamanı təyin edilmiş meyarlara uyğun elektronika tətbiqləri təqdim etmək olmuşdur. Qiymətləndirmə zamanı elektronikanın innovativliyi, sənaye yararı, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, elektronik dizaynı və işinin stabilliyi nəzər...

Big Data Day Baku 2015   May ayının 16-da QU Texnopark rezidenti CeDAWI şirkətinin təşkilatçılığı ilə Qafqaz Universitetində Big Data Day Baku 2015 tədbiri keçirildi. Şirkətin rəhbəri dosent Abzetdin Adamovun təşəbbüsü ilə baş tutan tədbirin spikerləri arasında Yunanıstan, Rusiya kimi xarici ölkələrdən də ekspertlər var idi. Tədbirdə Oracle, Microsoft, Azercell Telekom MMC, ATL Group kimi nüfuzlu şirkətlərin nümayəndələri çıxış etdilər. Tədbir boyunca Telekomunikasiya Biznesində Böyük Verilənlər, Analitikası Hadoop Ekosistemi, EMC Böyük Verilənlər Texnologiyası kimi İnformasiya Texnologiyaları ilə əlaqədar maraqlı mövzular müzakirə olunmuş, iştirakçılar sahə ilə bağlı suallarına cavab tapmaq imkanı əldə etmişlər....

QU Texnopark “Startap Azərbaycan 2015” qaliblərini dəstəkləyəcək May ayının 15-də “Startap Azərbaycan 2015” layihəsinin yekun təqdimat mərasimi  və “Startap Azərbaycan 2015” milli konfransı keçirilmişdir. Tədbirdə sahə ilə əlaqədar şəxslər -  startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, investorlar, İT şirkətlər, mentorlar və ekspertlər  iştirak etdi. Müzakirələrin gedişində QU Texnopark rezidenti ITB World şirkətinin rəhbəri Anar Rüstəmov, Qafqaz Universiteti müəllimiVahid Qasımov, YFM 2014 qalibi Rəşid Əliyev çıxış etmişlər. Çıxışlar zamanı startup sahəsinin inkişafına maneə olan məsələlər və onların həll yolu üçün təkiflər söylənilmişdir. YFM 2015 ikinci yerin qalibi olmuş Baku Parking layihəsi müsabiqədə “GoMap mobil tətbiqləri” nominasiyası üzrə fərqlənmişdir. Həmin layihə həmçinin müsabiqənin finalına da vəsiqə qazanıb. Tədbirdə QU Texnopark direktor İsa Qasımov, idarə heyətinin sədri Şahin Durmaz, mütəxəssis Tengiz Ağakişiyev tərəfi...

Azərbaycanlı Smartplane layihəsi Kickstarterdə Azərbaycanın İT və Yüksək Texnologiyaları ilə maraqlanan bir çox şəxs Tami və Maksim Piriyev qardaşlarının üzərində çalışdığı Bayquş dronu haqqında eşitməmiş olmazlar. Layihə bir neçə dəfə Bakutel sərgisi çərçivəsində təqdim edilməklə yanaşı,  Qafqaz Universiteti tərəfindən keçirilən Yeni Fikir 2014 müsabiqəsinin qaliblərindən biri olmuşdur. Lakin, bununla belə yerli investor və qurumlardan lazımi dəstəyi ala bilməyən iş adamları üzünü kraufandınq platforması olan -ə tutaraq, öz lahiyələrinə maliyyə dəstəyi əldə etmək istəyirlər. Ümumilikdə 151,604.24 ABŞ dollarına bərabər məbləği toplamaq istəyən layihənin tam məliyyə dəstəyi əldə etmək üçün 58 gün vaxtları var. Smartplane adı ilə kickstarterə çıxarılan layihə, təyyarə formasında drondur. Təyyarənin şəxsi onlayn tətbiq mağazası da mövcutdur, və siz ideyalarınızın reallaşdırılması üçün tətbiqlər kodlaşdırıb, sata da bilərsiniz. İstehsalçılar söz verirlər ki, təyyarə y&u...

Qlobal yarışmada BethClip-ə səs verib, dəstək ola bilərsiniz Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş BethClip layihəsi ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea) yarışmasında iştirak etmək üçün baş vurmuş və 10 may tarixində layihə yarım-finalistləri siyahısına seçilmişdir.Finalda iştiraka seçilmək üçün bütün iştirakçılar üçün səs toplama kompaniyası keçirilir.Qeyd edək ki, müsabiqə 74 ölkədən 792 müraciət qəbul etmişdir ki, son nəticədə 37 ölkədən cəmi 76 layihə yarım finala çıxmaq imkanı əldə etmişdir. Dünyanın müxtəlif ölkələrindən 110 elm, texnika, innovasiya və təşəbbüskarlıq üzrə regional mütəxəssislər layihələrin yoxlanılması prosesində iştirak etmişlər. Qiymətləndirmə zamanı layihə yaxud startapın əlverişliliyi, potensial...

"Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarı May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçirildi. "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutan "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" seminarında investora münasibət müxtəlif prizmalardan təhlil edildi. Bundan əlavə, bazarda rəqibin olmasının yaxud tapılmasının vacibliyi, layihəni təqdim edərkən mükəmməliyyətçi olmayıb riskləri gözə almağın önəmi, komanda yığarkən nəzərə alınmalı olan əsas məqamlar, məhsulun nəzərdə tutulduğu auditoriya kimi məsələlərə aydınlıq gətirildi. Görüş əsnasında iştirakçılar təşəbbüskarlıq fəaliyyətinin incəlikləri haqda maraqlı məlumatlar almaq imkanı əldə etmişlər. Qeyd edək ki, rəhbər və mentorlarının Amerika və Avropanın şirkət, həmçinin yatırım fondlarının təsisçiləri olan 100-dən çox böyük girişimci və yatırımcıların olduğu Happy Farm İspaniya, İtaliya, Çin, Ukrayna, Russiya, Azərbaycan, Belarusiya...

Anna Degterevanın təqdimatında seminar May ayının 12-də QUTechnopark tərəfindən təşkil edilən Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti görüş keçiriləcəkdir. Seminar "Happy Farm" CEO və təsisçisi  Anna Degterevanın təqdimatında baş tutacaq. Biznes inkubatoru, bir neçə uğurlu təşəbbüskar sahibkarın kapitalist Anna xanım layihəni hazırlayarkən cəmiyyətdəki hansı problemi nəzərə aldığınızı vurğulamağın, tez bir zamanda keyfiyyətli iş meydana gətirməyin əhəmiyyəti kimi önəmli mövzulardan bəhs edəcək. Tədbirdə həm də "Sedaktiv" CEO və təsisçisi Maksim Semençuk, "Reprezent" təsisçisiAleksandr Tomilin kimi xüsusi qonaqlar iştirak edəcək. "Məhsulun təsisatından yatırımcı təqdimatına gedən yol" adlana görüş rus dilində olacaq. Qafqaz Universiteti əsas bina akt zalında saat 17:00-da həyata keçiriləcək seminarda maraqlanan hər kəs iştirak edə bilər. Әsmər Həşimli...

Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq QUTexnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarlarından sonuncusu may ayının 2-də həyata keçirilmiş “Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq” adlı təlim olmuşdur. Görüş ARI Life şirkətinin təsisçisi, ictimai təşəbbüskarlıq və sosial marketinq üzrə təlimçi Rauf Əliyev tərəfindən keçirildi. Dövrümüzün aktual mövzusuna həsr olunmuş görüşdə Rauf bəy qiymətli idea, keyfiyyətli insan,güclü komanda arasındakı əlaqə; marketinq, satış yoxsa Fandrayzinq? Vaxtımıza, düşüncələrimizə, cibimizə nəzarət edə bilirikmi? nəğd qıtlığı zamanı nəğd vəsait formalaşdırmağın yolları; hər bir təşəbbüskarı düşündürən mövzu- ROİ; yeni əsrin texnlogiyalarının rəngi- yaşıl kimi mühim məsələlərdən bəhs etmişdir. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirmə...

"Yeni Fikir  Müsabiqəsi - 2015"in final mərhələsi Aprelin 25-də "Park İnn" otelində Qafqaz Universitetinin Texnoparkı (QU Texnopark) tərəfindən təşkil olunan 2015-ci il üzrə Yeni Fikir  Müsabiqəsinin final mərhələsi keçirilib. Daxil olan 252 müraciətin 196-nın layihə şəklində qeydiyyata alındığı müsabiqənin finalında 12 layihə komandası yarışıb.  Final mərhələsinin açılış mərasimində   müsabiqə haqqında məlumat verilib, onun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,Yeni Fikir Müsabiqəsi  innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə  keçirilir. Layihə eyni zamanda gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə kömək göstərir. İldə bir dəfə keçirilən müsabiqədə  təkcə Qafqaz Universitetinin tələbələri deyil, ölkəmizdə yaşayan bütün gənclər iştirak edə  bilər. Qafqaz Universiteti Texnoparkının direktoru, "Yeni Fikir Müsabiqəsi" layihəsinin rəhbəri İsa Qasımov aç...

“20 yaşında patron olmak” seminarı May ayının 3-də QUTechnopark-ın təşkilatçılığı ilə Türkiyənin ən böyük təşkilatçılıq və əyləncə şirkətlərindən olan M3 WORK-ün rəhbəri Erdem Gencin təqdimatında “20 yaşında patron olmak” seminarı baş tutmuşdur. Erdem bəy girişimçilikdə fürsətlər, təhlükələr, KuWorks mülahizəsi,  uyğun partnyorun önəmi kimi mövzulara toxunmuş və zaman, xoşbəxlik, həmçinin pul necə tənzimlənər, sıfır referansdan necə qlobal şirkətlərə giriş əldə də bilərsiniz, hədəfə necə tam dəqiqliklə vurmalı kimi məsələlərə aydınlıq gətirmişdir. Proqrama həm də spikerin kitabının satışı və imzalanması da daxil idi....

Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad İndi elə bir zamanda yaşayırıq ki, günümüzü texnologiyasız – kompyuter, mobil telefon, planşetlərsiz təsəvvür edə bilmərik. Bu cihazlar müxtəlif tələbatlarımızı qarşılamaqla yanaşı, dünya görüşümüzün artmasına, ətrafda baş verənlərdən tez bir zamanda xəbər tutmağımıza kömək olur. Lakin bu texnologiyaların bir çoxunun iş prinsipi görmə qusurlu insanları ya nəzərə almır, ya da nəzərə alınan müxtəlif üsulların istifadəsi çox çətin olur. Bütün bunları nəzərə alaraq Azərbaycanlı bir qrup gənc görmə qusurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Heç təsadüfi deyil ki, layihə görmə qusurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.   Hazırda dünyada 1 milyard gözdən əlil insan var ki, onların da 37 milyonu tamamilə görmə qabiliyyətini itirib. Bundan başqa dünya praktikasında ölkə əhalisinin 10 faizinin gözdən ə...

“Yeni Fikir 2015” müsabiqəsinin qalibləri elan olundu Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan “Yeni Fikir 2015" müsabiqəsinin final mərhələsi keçirildi. Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmış və yalnız 12-si final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qeyd olundu ki, müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığı inkişaf etdirmək məqsədilə həyata keçirilir. Gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan, sahibkarlıq fəaliyyətini təşviq edən müsabiqə elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə işgüzar dairələr arasında real körpü rolunu yır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) idey...

Qafqaz Universiteti tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin qalibləri müəyyənləşib Qafqaz Universiteti Texnoparkı  tərəfindən təşkil olunan “Yeni Fikir - 2015” müsabiqəsinin final mərhələsi keçirilib. Əvvəlcə müsabiqə barədə məlumat verilib. Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.Layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes mo...

QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsinin qaliblər bəlli oldu İnnovasiya meyilli layihələrin tanınması və onlara dəstəyi nəzərdə tutan Yeni Fikir 2015 Müsabiqəsinin Final proqramı 25 aprel 2015 tarixində Park İnn Oteldə baş tutdu. QU Texnoparkın təşkil etdiyi ən geniş miqyaslı layihə olan Yeni Fikir Müsabiqəsi (YFM) gənclər arasında innovasiyanın tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini yayır ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Bu mərhələ boyunca iştirakçılara sahə mütəxəssisləri tərəfindən təlimlər də keçirilmişdir.  Artıq üçüncü ildir ki keçirilən YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Finalda 12 layihə yarışmışdır. İlk 10 yeri tutan layihələrin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək. Layihələrin seçilməsi zamanı onların innovativ və teknoloji yeniliyi, cəmiyyətə faydaları, strategiya, bazar və rəqabət xüsusiyyətləri, komanda işinin keyfiyyəti, id...

ADNA idarə heyəti QUTechnoparkın qonağı oldu Aprel ayının 14-də Qafqaz Universiteti rektoru Ahmet Saniç bəy və digər idarə heyəti nümayəndələrinin müşayiəti ilə Azərbaycan Dövlət Neft Akademiyasının Tədris İşləri üzrə birinci prorektoru professor Vaqif Qurbanov başda olmaqla idarə heyəti və Tələbə Həmkarlar İttifaqı üzvləri QUTechnoparkın qonağı oldular. ADNA nümayəndələrinə QUTechnoparkın təşkilatçılığı ilə həyata keçirilən innovativ sahibkarlığın inkişafı yönümlü tədbir, müsabiqə və layihələr, təşəbbüskar gənclərə verilən dəstək, könüllülərin buradakı fəaliyyətləri, QUTechnoparkın onların irəliləməsindəki töhfələri barədə ətraflı məlumat verildi. Həmçinin rezidentlərin əməkdaşlığı və fəaliyyətləri ilə tanış olan qonaqlar görüşdən böyük məmnunluq hissi duyduqlarını dilə gətirdilər. Əsmər Həşimli...

Anar Rüstəmovun təqdimatında seminar QUTechnoparkın təşkilatçılığı ilə keçirilən Təşəbbüskarlıq seminarları silsiləsində növbəti görüş keçirildi. Bu dəfə təlimçimiz QU Texnopark rezidenti İTB World şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim doktor Anar Rüstəmov olmuşdur. Anar bəy Effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriyaları (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümmumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi IT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxundu. Əsmər Həşimli...

Qafqaz Universitetində "Effektiv Biznes və İT Strategiya" mövzusunda görüş keçiriləcək Aprelin 11-də, saat 16:00-da Qafqaz Universitetində "Effektiv Biznes və İT Strategiya" mövzusunda görüş keçiriləcək.Görüşdə aşağıdakı mövzulardan bəhs ediləcək:- İT Strategiyaların təyin edilməsində önəmli faktorlar - Uğurlu İT investisiya kriteriyaları- İnformasiya sistemləri və internet- İnternetin biznesə təsiri və inkişafı - Müəssisə üçün verilənlər bazasının əhəmiyyəti- İnformasiya təhlükəsizliyinə nə qədər investiya edilməli.Tədbirdə arzu edən hər kəs iştirak edə bilər.Məkan: Qafqaz Universiteti, Xırdalan şəh.,Həsən Əliyev küç., 120. http://yenisumqayit.az/index.php?newsid=1083...

Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan  Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır.  Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər. YFM yüksək texnologiyaların inkişafı istiqamətində ...

Bethclip Dubayda baş tutan Step Conference-da çıxış edib QU Texnoparkın təşkilatçılığı ilə həyata keçirilmiş Yeni Fikir Müsabiqəsi 2014-ün qalibi BethClip layihəsi artıq xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak etməkdədir. Bu dəfə layihənin rəhbəri Rəşid Əliyev Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference-da çıxış etmək imkanı qazandı. Orada stend təşkil etmiş və təqdimat yarışmasında iştirak etmiş Rəşid bəy finala keçmiş 10 startupçıdan biri oldu. Yarış nəticəsində xal hesabı ilə beşinci olan layihə son günlərdə Oasis 5000-ün İordaniya filialından inkubasiya və investisiya təklifi ilə yanaşı, hələ adlarının açıqlanmasını istəmədikləri 2 mələk investordan da təklif almışdır və təkliflər öncəki investorlarla birgə dəyərləndirmə mərhələsindədir....