Xəbərlər

"CEO SUMMİT 2015" keçiriləcək Son zamanlar Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafına verilən əhəmiyyət, sahə ilə əlaqədər olan fərqli proqramların keçirilməsinə zəmin vermişdir. Xüsusilə gənclərin böyük maraq göstərdiyi bu cür proqramlar, cəmiiyyətdə təşəbbüskar yanaşmanın inkişafına münbit şərait formalaşdırır. Qafqaz Universitetinin sonuncu kurs tələbəsi, həmçinin  "Business Talk" layihəsinin rəhbəri Eyyub  Hüseynzadənin təşkil etdiyi  "CEO SUMMİT 2015" proqramı  belə proqramlardan biridir. "CEO SUMMİT 2015" proqramı 2015-ci il Dekabrın 6-da Qafqaz Universitetində keçiriləcək.          Layihənin rəhbəri Eyyub Hüseynzadənin verdiyi məlumata görə, "CEO SUMMİT 2015" proqramında məruzəçi kimi aşağıdakılar iştirak edəcək. MADO Azərbaycan şirkətinin təsisçi ortağı və direktoru Kamran Məşədiyev: “Uğurlu biznesin təməlləri” mövzusunda, "P&G" şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Taygun Gunay: “Qlob...

Agile Solutions şirkəti tərəfindən danışıq kursu təşkil olundu Noyabr ayının 28-də QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən QU Texnopark könüllüləri üçün nəzərdə IT yönümlü Danışıq kursu təşkil olundu. Tədbirdə həmçinin IT mütəxəssislər də iştirak edirdi. Şirkət rəhbəri Ilqar Əliyev öncəliklə QU Texnoparka göstərdiyi dəstək üçün təşəkkürlərini bildirdi, daha sonra təlimatlar barədə məlumat verdi. Əsas öhdəliyi layihə ilə bağlı vebsayt qurmaq olan komandalar müxtəlif aspektlərdən çıxış edərək fərqli ideyalar ərsəyə gətirdilər. Fəaliyyətə müxtəlif sahələr üzrə təhsil alan tələbələlərin cəlb olunmuşdu və tədbirin əsas məqsədi iştirakçıların komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi idi. Sonda iştirakçılar maraqlı oyun və fərqli təcrübəyə görə təşəkkürlərini bildirdilər. Əsmər Həşimli...

“Sahibkarlığın inkişafı üçün geniş layihələr icra edirik” – İsa Qasımov Texnopark rəhbəri: “Texnoparkımız gənclərin ideyalarına və şirkətlərin fəallaşmasına dəstək verir” Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərən qurumdur.  Dünya universitetləri təcrübəsində əsas yeri tutan Texnoparkı Azərbaycana ilk dəfə Qafqaz Universiteti (QU) gətirib.  QU Texnoparkın rəhbəri İsa Qasımovun sözlərinə görə, 2013-cü ilin yanvar ayından fəaliyyət göstərən bu qurum yaradılarkən Türkiyənin Orta Doğu Texniki Universitetinin nümunəsi əsas götürülüb.  İsa Qasımovun sözlərinə görə, QU Texnoparkın əsas fəaliyyəti sahibkarlığın inkişafına dair təşəbbüskar layihələrin dəyərləndirilməsidir ki, bu da  ölkə başçısının Azərbaycanda sahibkarlığın inkişafına xüsusi önəm verməsi ilə üst-üstə düşür.  ...

Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur.   Bu proseslər  bütöv yanaşmalar  müstəvisində həyata keçirilir. İnsan kapitalınının sürətli inkişafına xidmət edən Qafqaz Universiteti Texnoparkı  bu məqsədlə təşəbbüskarlıq seminarları təşkil edir. Təşəbbüskarlıq Seminarları  Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır. Qafqaz Universiteti Texnoparkının rəhbəri dr. İsa Qasımov bildirdi ki, seminarlara tələbatın olduğunu nəzərə alınaraq  ayda bir...

Azərbaycandan olan startup dünyanın ən yaxşı 20 startupı sırasında Bir il öncə beynəlxalq «Open Startup» müsabiqəsinə 89 ölkədən 800-ə yaxın layihə baş vurmuşdu. Həmin layihələrdən biri də Azərbaycandan olan "" layihəsi idi.Biznes yönümlü  isə həmin startuplar arasından dünyanın ən yaxşı 20 startupını seçib. «Bethclip» layihəsi də bu siyahıda yer almağı bacarıb. BethClip layihəsinin təsisçisi və rəhbəri Rəşid Əliyevin sözlərinə görə belə bir mötəbər siyahıda yer almaq böyük uğurdur və bu uğurun Azərbaycan adına yazılması qürurvericidir.Məlumat üçün qeyd edək ki, BethClip — artıq zaman itkisindən və əziyyətlərdən qurtulmağa köməyinizə gələn ximət və tətbiqdir. Belə ki, mobil cihaz istifadəçisi olaraq Sizdə hər hansı bir SMS-in mətnini, qurğuda daxil etdiyiniz qeydləri, ziyarət etdiyiniz veb səhifədən və ya hər hansı bir yazışmanızın mətnini digər qurğunuza; telefonunuza, planşetinizə, kompyüterinizə və hətta ağıllı televizorunuza ötürmək istəyi yarana bilər. Bunun üçün...

Azərbaycan markası - "BethClip" dünyanın ən yaxşı 20 Startup-ından biri “Qlobal Sahibkarlıq  Həftəsi” (Global Entrepreneurship Week) hər il özünün “Açıq Startap Yarışı” (Startup Open competition) layihəsi üçün bir çox ölkədən gələcəyi olduqca parlaq görünən layihələr qəbul edir. Bu il layihəyə 89 ölkədən 800 startap müraciət etmişdir. Artıq müsabiqənin finalçıları münsiflər heyəti tərəfindən seçilib. Seçilmiş startaplar dünyanın 20 müxtəlif ölkəsindəndir. Azərbaycan isə müsabiqədə yeganə layihə “BethClip ilə təmsil olunur. Münsiflər heyətinin rəyinə görə "BethClip" finala vəsiqə qazanıb. Rəşid Əliyevin müəllifi olduğu "BethClip" layihəsi yüngül çəkili və asan istifadə olunan, çox sayda alət və proqram boyunca istifadəçinin mübadilə buferini sinxronlaşdıran vasitə olaraq təqdim olunmuşdur. Yarış barədə elanın işıqlandırıldığı xəbərdə istifadəçilərin tək toxunuşla informasiyanı kopyalaya və saxlaya bildikləri, bundan əlavə proqram...

"Texnologiya dünyanı hara aparır" seminarı Noyabr ayının 14-də QUTechnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. Goldenpay OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən "Texnologiya dünyanı hara aparır" adlı seminar keçirildi. Fərid bəy təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs etdi. Auditoriyanın böyük marağına səbəb olan təlim iştirakçıların bir çox suallarına cavab tapmasına səbəb oldu. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur. Şənbə ...

"Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması" seminarı Noyabr ayının 14-də QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən ''Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması'' adlı seminar keçirildi. Seminarın təlimçisi Risk menecment sahəsi üzrə təhsil almış və ixtisaslaşmış, hazırda Azərbaycanın aparıcı maliyyə qurumlarının birində risk menecmenti sahəsi üzrə Baş Risk Menecer vəzifəsi üzrə fəaliyyət göstərən Təbriz Əhmədov olmuşdur. Təlim əsnasında Likvidlik risklərinin və Valyuta risklərinin idarə olunması, idarəetmə növləri, GAP analizi, Heccinq alətləri kimi mövzulara toxunuldu. Bundan əlavəç seminar praktiki nümunələrlə də zənginləşdirilmiş və sonda iştirakçılara sertifikat təqdim olunmuşdur. Əsmər Həşimli...

"Startap mühiti və onun inkişafı" seminarı Noyabr ayının 7-də QU Texnoparkın təşkilatçılığı ilə Təşəbbüskarlıq seminarları çərçivəsində növbəti təlim baş tutdu. “Startap mühiti və onun inkişafı"  mövzusunda olan seminar Embawood şirkətinin Straterji İdarəetmə  üzrə menceri  və Qafqaz Universitetinin müəllimi Cəbrayıl Vəliyev tərəfindən keçirildi. Təlimdə startap ekosistemi və əsas iştirakçılar, akademik mühit  və onun startapların tərəqqisindəki mövqeyi, biznes dünyası və onun startapların inkişafında rolu, startapların yaradılmasına fərqli baxış kimi məsələlərdən bəhs olundu. Seminar boyunca sahə nümayəndələri maraqlı müzakirələr halında fikir mübadiləsi etdilər. Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclər...

“Proqramçının yol xəritəsi” seminarı   Oktyabr ayının 24-də QU Texnopark rezidenti Agile Solutions şirkəti tərəfindən “Proqramçının yol xəritəsi” adlı seminar keçirildi. Seminarın təlimçisi C#/.NET, Asp.Net (WebForms, MVC), AngularJS, Oracle Database 11g, Oracle APEX, Oracle BI kimi texnoloji platformalarda 2006-cı ildən bu yana təcrübəsi olan Software Development Consultant İlqar Əlizadə olmuşdur. Öncə şirkətin fəaliyyətləri haqda məlumat verən İlqar bəy biznes plan, taktiki və strateji məqsəd, yatırım, planlaşdırılan qazanc və digər faktorlardan bəhs edərək proqramçının uğurlu yol xəritəsi barədə məlumat verdi. Sonda iştirakçılar maraqlı və faydalı mühazirəyə görə təşəkkürlərini bildirdilər. Əsmər Həşimli...

"Karyeranın uğurlu başlanğıcı" seminarı   Oktyabr ayının 17-də QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən "Karyeranın uğurlu başlanğıcı" seminarı həyata keçirildi. Seminarın təlimçisi SOCAR şirkətində HR üzrə Mütəxəssis, Böyük Britaniyanın Leicester Universitetinin məzunu, çoxsaylı beynəlxalq təlimlərin iştirakçısı, HR üzrə yerli  saytının təsisçisi Mətləb Əsgər olmuşdur. Seminar tələbə üçün əhəmiyyətli 7 soft bacarıq, fərdi inkişaf, təlimlər, könüllülük, iş imkanları, CV hazırlanması, iş axtarışı metodları, iş müsahibələri kimi tələbələrin əsas maraq dairəsində olan məsələlərə həsr olunmuşdur. İştirakçılar Mətləb bəyin təzyiq altında işləmə, karyera hədəfləri, ixtisas təlimləri, ölkədaxili imkanlar və ölkəxarici təcrübə imkanları, iş müsahibələrində davranış kimi mövzularda erudisiyasından faydalanmaq imkanı əldə etmişlər. Seminarın səmərəliliyini artırmaq üçün iştirakçılar arasında liderlik və komanda oyunları ke...

Bethclip” beynəlxalq konfransda  "Entreoreneurship Award" mükafatına layiq görülüb Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə  “ITU Telecom World 2015” sərgi-konfransında iştirak edən "BethClip" yüksək mövqeyə layiq görülüb. Layihənin rəhbəri Rəşid Əliyevin verdiyi məlumata görə, özünün müəllifi olduğu  layihəsi sərgidə iştirak edən kiçik və orta sahibkarlar (KOS) arasında "Ən yaxşı innovativ həlləri təqdim edən və İKT-nin inkişiafına dəstək olan KOS-lar" nominasiyası üzrə "Entreoreneurship Award" mükafatına layiq görülüb.   Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da daxil olmaqla, iştirakçı dövlətlərin İnformasiya və Kommunikasiya Texnologiyaları nazirlərinin də qatıldığı tədbirə İKT sahəsi üzrə müxtəlif pavilyonlardan layihə komandaları qatılmışdır.  BethClip layihəsi tədbirə qatılan investorların da diqqətini cəlb etmişdir ki, R. Əliyevin verdiyi məlumat görə, bununla bağlı hazırda danışıqlar ...

QU Texnopark loqosunu yeniləyir.    Qafqaz Universiteti  Texnoparkı rəsmi loqosunu yeniləyir. Bu məqsədlə QUTechnopark müsabiqə elan edir. Müsabiqədə təklif edilən ən yaxşı loqonun sahibinə QUTechnopark tərəfindən "Wacom wireless Bamboopad" cihazı hədiyyə ediləcək. Dizayn edilən loqo QU Texnoparkın fəaliyyətini əks etdirməlidir.    Müraciət etmək istəyənlər təklif edəcəkləri loqonu, adı, soyadı və telefon nömrəsini əlavə edərək e-poçtuna göndərə bilərlər. Son müraciət zamanı 23 oktyabr 2015-ci il saat 10:00-dur.    Ətraflı məlumat üçün +994 (12) 349-99-58 +994 (55) 314 44 03 və ya QUTechnopark-ın rəsmi mənbələrindən istifadə edə bilərsiniz. Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq. Əsmər Həşimli...

Yeni Fikir Müsabiqəsinin qalibləri beynəlxalq sərgidə  -ın yaydığı məlumata görə, bu il Oktyabr ayının 12-dən 15-ə kimi müddətdə Macarıstanın paytaxtı Budapeştdə “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya və Yüksək Texnologiyalar üzrə sərgi-konfransı keçirilir. Sərgidə Yeni Fikir 2014 Müsabiqəsində birincisi “Bethclip” layihəsi də təmsil olunur. Sərgi əsnasında öz layihələrini nümayiş etdirən Rəşid bəy Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Macarıstan İnformasiya və Kommunikasiya Texnologiyaları naziri ilə Azərbaycan startaplarını müzakirə etmiş və öz layihələrinin təqdimatını edərək onların iş prinsipi, həmçinin cəmiyyətin inkişafına verəcəyi töhfələr haqda məlumat vermişdir. Nazir Əli Abbasov bu səpkidə tədbirlərin önəmini vurğulayaraq startapları dəstəklədiyini  qeyd etmişdir. Sərgidə iştirak edən “Bethclip”  layihəsinin rəhbəri Rəşid Əliyev digər bir layihəsini də - “Braille Pad” - səgidə təqdim etmişdir.  xeberler.az -ın yaydığı məlumata gö...

“QUTechnopark” Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti fəaliyyətə başladı Mövcud şirkətlərin iş mexanizminə innovasiyaların tətbiqi, həmçinin startaplara dəstəyi nəzərdə tutan, beləliklə də universitet və iş dünyası arasında real əməkdaşlığı gücləndirən “QUTechnopark”da Layihələrin İnkişafı və Texnologiya Transferi Departamenti (LİTTD) fəaliyyətə başlayıb. Bu barədə məlumat verən Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov qeyd edib ki, innovasiyaların inkişafı və tətbiqi kompleks yanaşma tələb edir: “Ona görə də cəmiyyətin tələb və ehtiyaclarını təmin etmək üçün fəaliyyətini formalaşdıran elmi-tədqiqat müəssisələri, eləcə də kadr hazırlığı ilə məşğul olan müəssisələr iş dünyasının təmsilçiləri ilə birgə layihələrin icrasına maraq göstərirlər. Məsələn, bu cür yanaşmaların nəticəsində meydana çıxan yeniliklər səmərəliliyi ilə seçilir. LİTTD-nin çoxşaxəli dəstəkləri ilə formalaşdırılan belə əlaqələr cəmiyyətdə təşəbbüskar yanaşmanın inkişafına müsbət təsir etməklə yanaşı, innovasiya iqtisadiyyatının inkişaf...

Uğurun sirləri - Qafqaz Universiteti Güclü piar, ya yüksək ixtisaslı kadr hazırlığı? Ali məktəblərə Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər bir neçə universitetə üstünlük verirlər. O məktəblərdən biri də Qafqaz Universitetidir (QU) ki, ildən-ilə bu təhsil ocağına tələbə qəbulu da artır, yüksək bal toplayanların seçimi də. Adətən, o universitet prestijli hesab edilir ki, ilk növbədə məzunları uyğun ixtisaslar üzrə yüksək maaşlı işlə təmin olunurlar. Bəs universitetin yüksək nüfuz qazanmasına səbəb nədir? Dünən adı dillər əzbərinə çevrilən universitetdə olduq. İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb, 10 il şəhərin mərkəzində, sonra isə Abşeron rayonunda yerləşən 20 hektarlıq əraziyə köçürülüb. Hazırda üç tədris binası və iki yataqxana inşa edilməklə fəaliyyət göstərir. İş təminatı QU-nun Mətbuat şöbəsinin müdiri Ceyhun Vəliyevin bildirdiyinə görə, universitetin ərazisində yeni kitabxana, yeməkxana və tədris korp...

QUTechnoparkda Layihələrin İnkişafı və Texnalogiya Transferi Departamenti fəaliyyətə başladı Mövcud şirkətlərin iş mexanizminə innovasiyaların tətbiqi, həmçinin startuplara dəstəyi nəzərdə tutan, beləliklə də universitet və iş dünyası arasında əməkdaşlıq həyata keçirən QU Texnoparkda yeni bir şöbə fəaliyyətə başlamışdır. Layihələrin inkişafı və Texnologiya Transferi Departamentinin rəhbəri indiyə kimi sahə ilə əlaqədar bir çox yerli və beynəlxalq layihədə təşkilatçı və iştirakçı olaraq çıxış etmiş Zəfər Həsənovdur. Qafqaz Universiteti Layihələrin İnkişafı və Texnalogiya Transferi Departamentinin məqsədi universitetin tədris istiqamətinə əlavə olaraq elmi araşdırma potensialının gücləndirilməsi, biznes və iş dünyası ilə inteqrasiyanın sürətləndirilməsinə dəstək, yerli və qlobal bazar rəqabətinə dayanıqlı məhsulların təyini və kommersiyalaşdırılma prosesinin asanlaşdırılması, ölkə daxili təşəbbüskarlıq layihələrinə lazımi töhfənin verilməsi, innovasiyanın inkişafı və müxtəlif donorlar vasitəsilə layihələrin həyata keçirilməsidir. ...

Ekspert TV-nin 4 yaş Proqramı Sentyabr ayının 21-də QU Texnopark rezidenti Millibayt şirkətinin nəzdində fəaliyyət göstərən Ekspert TV-nin 4 yaş Proqramı baş tutdu. EkspertTV.az təsis edilməsinin 4 illiyini kollektivi, əməkdaşlıq etdiyi şirkət və qurumların nümayəndələri, həmçinin QU Texnopark heyəti və rezidentlərinin iştirakı ilə qeyd etmişdir. Tədbirdə saytın yeni loqosunun təqdimatı da olmuşdur. Şirkətin həmtəsisçiləri Firudin Sultanov və Kərim Tahiroğlu çıxış edərək bildirmişlər ki, EkspertTV.az böyük şirkətlərlə də əməkdaşlıq edərək fəaliyyətini genişləndirməkdədir. Tədbirdə şirkətin bu günə yerinə yetirilən layihələri, uğurları və gələcək planlarından bəhs edildi. Sonda qonaqlar şirkətə davamlı müvəffəqiyyətlər arzuladı. Qeyd edək ki, müasir dövrdə zəruri ehtiyacı nəzərə alıb video ensiklopediya rolunu oynayan şirkət bu günə kimi  1535 video suala cavab vermiş və bu işdə 115 ekspertin təcrübələrindən yararlanmışdır....

İqtisadi Əməkdaşlıq Təşkilatı Elmi Fondunun prezidenti QUTechnoparkda    Sentyabr ayının 14-də İqtisadi Əməkdaşlıq Təşkilatı Elmi Fondunun prezidenti Manzoor Soomro QUTechnoparkın qonağı oldu. Görüş əsnasında innovasiyaların inkişafı və tətbiqi yolunda lazımi addımlar barədə müzakirələr aparıldı. Qonaq cəmiyyətim fikrini innovasiyaların inkişafına yönəltməkdən ötrü çox gənc yaşlardan bunu insanların diqqətinə çatdırmağın, təhsil müəssisələrində müəllimlərin bu mövzuda məlumatlandırılmasının və məktəb-universitetlə sənaye arasında şəbəkələşmənin önəmini vurğuladı. QUTechnopark heyəti də öz növbəsində bu sahədəki təcrübələrindən və startupların tərəqqisinə verdiyi töhfələrdən bəhs etdi. Sonda əməkdaşlıq üçün imkanların dəyərləndirilməsi qərara alındı. Əsmər Həşimli...

“BethClip” World Summit Award final mərhələsində   Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir 2014 Müsabiqəsinin qalibi, MilliNet 2014-ün "Ən yaxşı mobil tətbiq" nominasiyası üzrə birinci yeri tutmuş, Şərqin Web summiti hesab olunan Dubayda baş tutan Step Conference, ABŞ-ın "Global Innovation through Science and Technology" (Elm və Texnologiya vasitəsilə Qlobal İnnovasiya) təşkilatı tərəfindən keçirilən Tech-I (Technology İdea)kimi xarici ölkələrdə keçirilən startup yarışmalarında da uğurla iştirak edən BethClip layihəsi Azərbaycanın “World Summit Award 2015” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış 6 layihəsi arasındadır. Onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən seçilən layihə “Business & Commerce” (Biznes və kommersiya) nominasiyasında yarışacaq. Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək. Bu il World Summit Award (Dünya Sammit Mükafat) yarışı BMT-ə üzv 86 ölkədən 386 nominasiya qəbul etdi. Layihələr WSA ekspertl...