"Coders Azerbaijan" Veb Proqramlaşdırmanı İntensiv tədris edərək peşəkar mütəxəsislər yetişdirir

"Coders Azerbaijan" Veb Proqramlaşdırmanı İntensiv tədris edərək peşəkar mütəxəsislər yetişdirir

BMU Texnoparkında fəaliyyət göstərən startaplardan biri "Coders Azerbaijan" veb proqramlaşdırma sahəsi üzrə təhsil fəaliyyəti göstərir. 
Universitetin İqtisadiyyat və İdarəetmə Fakültəsinin "Dünya İqtisadiyyatı" ixtisası üzrə 3-cü kurs tələbələri Seymur Həmidov və Pərviz Əsədzadə İKT sektorunda mövcud vəziyyəti araşdırarkən, belə nəticəyə gəliblər ki, hazırda bu sektorda veb proqramlaşdırma mütəxəsislərinə ciddi şəkildə ehtiyac var. Əldə etdikləri nəticəyə əmin olduqdan sonra, onlar "Coders Azerbaijan" startap layihəsini qurmağa qərar veriblər. Hazırda layihənin inkişafı BMU Texnopark tərəfindən dəstəklənir və uğurla davam etdirlir. 

"Coders Azerbaijan" layihəsinin əsas məqsədi veb proqramlaşdırma sahəsinə maraq göstərənlər ilə eyni sahədə məşğul olan gənc və  peşəkar mütəxəssislərin əməkdaşlığını inkişaf etdirərməkdir. Layihənin hazırda təqdim etdiyi tədris programının müddəti 5 aydır və proqram intensiv şəkildə tədris edilir. "Coders Azerbaijan"nın tələbələri programın ilk 13 həftəsində (cəmi 200 saat olmaqla) dərs alır, qalan 7 həftə ərzində isə praktika müddəti kimi dəyərləndirilir. Proqramın iştirakçıları, tədris müddəti ərzində, real layihələr üzərində işləməklə beynəlxalq sertifikat imtahanına hazırlaşırlar. Bununla belə, tələbələr sosial fəaliyyətlərdə iştirak edir, komanda ilə işləməyin metodlarını öyrənir, təlim və seminarlarda iştirak edərək özlərini mütəxəssis kimi inkişaf etdirirlər.

Programa qatılmaq istəyənlər "Coders Azerbaijan" layihəsinin BMU Texnoparkındakı ofisinə yaxınlaşa və ya "Facebook" səhifəsindən istifadə edərək müraciət edə bilərlər.