Yeni Fikir 2017 Müsabiqəsi başlayır11 March 2017 15:25
![]() Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verildi. YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir. Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilmişdir.
YFM 2017 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:
Bu il 5-ci dəfə keçirilən YFM-nin işinə müxtəlif formalarda dəstək verən tərəfdaşlar aşağıdakı kimidir:
Müsabiqənin investisiya tərəfdaşları "AzFinans" İnvestisiya şirkəti, "Khazar Venture" və "SUP.az" şirkətlərinin nümayəndələri Münsiflər Heyətində də təmsil olunacaqlar. Müsabiqənin tərəfdaşı olan "Baku Holiday Travel" turizm şirkəti birinci yeri qazanacaq layihə komandasından bir nəfərin Silikon Vadisinə gediş-gəliş avia biletini təmin edəcək. "Öz Süt" şirkəti finala vəsiqə qazanmış hər bir komandaya 150 manat dəyərində, yarımfinala vəsiqə qazanmış hər bir komandaya isə 100 manat dəyərində yemək kuponu verəcək. Müsabiqənin tərəfdaşlarından olan "Bliss accessories" (o cümlədən "Bravo Accessories") isə qalibləri qiymətli hədiyyələrlə təbrik edəcək. Qeyd edək ki, Müsabiqə əsasında ilk beş yerə layiq görülən startap komandalarına Bakı Mühəndislik Universiteti Texnoparkı,"SUP.az" və "Next Step" İnnovasiya Mərkəzi tərəfindən inkubasiya xidmətləri ödənişsiz əsaslarla veriləcək. Qalib layihələrin işinə, əlavə olaraq, "KUTVAN PROJECT GROUP" və "Sosial Innovation Lab" tərəfindən mentorluq xidmətləri göstəriləcək. Müsabiqənin informasiya dəstəkçiləri isə, Fins.az İnformasiya Agentliyi, "Xeberler.az" və Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyidir.
"YFM 2017" aşağıdakı xronologiya əsasında həyata keçiriləcək:
www.yenifikir.az veb səhifəsindən istifadə etməklə layihələri qeydiyyatdan keçirmək olar.
Assoc. Prof. Isa Qasımov New Idea Competition Project Manager Telefon: +994 (12) 349 99 58 (direct) / +994 (12) 349 99 66/67 (3206) Faks: +994 (12) 349 99 90 /91Mobile: +994 55 7680245 E-Poçt: iqasimov@qu.edu.az URL: www.qu.edu.az www.qutechnopark.az www.yenifikir.az Address: Baku Engineering University | Khirdalan city,Hasan Aliyev str. 120,Baku,Absheron,AZ0101, Azerbaijan |