Məşhur mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində

Məşhur mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində

ABŞ-da yaşayan iş adamı, eləcə də sosial sahibkarlıq sahəsində tanınmış mentor Kamran Elahian Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olmuşdur. Əvvəlcə, qonaqla Universitetin rektoru professor Havar Məmmədov görüşdü. Görüşdə qonağa universitetin fəaliyyət istiqamətləri və potensial imkanları haqqında geniş məlumat verildi. Görüşdə gələcəkdə əməkdaşlıq imkanları da müzakirə edildi.

Rektorla görüşdən sonra, Kamran Elahian Universitetin  professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış etdi. 100 milyonlarla dollar dəyər ilə ölçülən 10 fərqli şirkətin təsisçisi olan K. Elahian öz həyatında qazandığı təcrübələri, nailiyyətləri və dünyada baş verən innovativ prosesləri, o cümlədən gələcəkdə gözlənilən texnoloji yeniliklər və onların ola biləcək nəticələri haqqqında geniş məruzə etdi. Maraqlı anlarla yadda qalan görüş tələbələrin də müzakirələrdə iştirakı ilə daha da səmərəli oldu.

Görüşün sonunda iştirakçıların suallarini cavablandıran K. Elahian Universitetin laboratoriya imkanları ilə tanış oldu. K. Elahian  BMU Texnoparkı ilə tanış oladu və burada dəstəklənən startap komandaları, eləcə də Texnoparkın rezidentlərlə görüşərək tövsiyələr verdi.

Xatırladaq ki, K. Elahianın təqdimatında keçirilən görüşlərin təşkilatçılığını BMU-da fəaliyyət göstərən "Techno Club" tələbə dərnəyi yerinə yetirirdi.