Qutechnopark 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak etdi

Qutechnopark 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində iştirak etdi

7-9 Oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilmiş, 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisində QUtechnopark da iştirak etdi. Qutechnopark bu sərgidə innovasiyaların inkişafına istiqamətlənmiş müxtəlif xidmət və fəaliyyətləri ilə yanaşı, Yeni Fikir Müsabiqəsi (YFM), həmçinin bu müsabiqəsnin qalibləri olmuş "Secop" və "Minilab" startup layihələri əsasında hazırlanmış prototip çihazların nümayişi təmsil olundu. 3 gün davam edən sərgi boyunca Qafqaz Universitetinə ayrılmış stenddə qonaqlara müxtəlif vasitələrdən (video-çarx, prototip cihazlar, broşür, birbaşa izah etməklə ) istifadə edərək Qutechnopark haqqında informasiya verildi.

            Qutechnopark tərəfindən sərgiyə çıxarılan "Secop" layihəsinin prototipi DRON və "Minilab" layihəsinin prototipi "MİNİLAB" adlı cihazlar, xüsusilə sərgiyə gələn qonaqların (dövlət rəsmiləri, elm xadimləri, təhsil işçiləri, iş adamları, tələbələr, məktəblililər və ictimaiyyət nümayəndələrinin) marağına səbəb oldu.