QUTechnoparkda "İdeyadan istehsala" mövzusunda seminar keçirildi

QUTechnoparkda "İdeyadan istehsala" mövzusunda seminar keçirildi

Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

18 dekabr 2016-cü il tarixində keçirilən seminar "Sumaks" MMC-nin  Biznesin İnkişafı üzrə mütəxxəsisi, Heydər Əliyevin təqdimatında "İdeyadan istehsala" mövzusunda təşkil edildi. Seminarda Qafqaz Universitetinin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.

Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

                      
  • Universitet və sənayenin qarşılıqlı əməkdaşlıq imkanları 
  • Real layihələrdə iş prosesi
  • Komanda ilə işləmək bacarıqları 
  • İdeyadan istehsala gedən yol 

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.