Lisa Cowey Qafqaz Universitetinin qonağı olub

Lisa Cowey Qafqaz Universitetinin qonağı olub

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə avropalı ekspert dr. Lisa Cowey`i Qafqaz Universitetinin qonağı olub. Rektor professor Havar Məmmədov qonağa universitetin maddi texniki və elmi potensialı haqda ətraflı məlumat verib. Görüşdə Təhsil nazirliyinin də tərəfdaşlığı ilə həyata keçirilməsi planlaşdırılan “Ali Təhsil Sisteminin Avropa Təhsil Məkanının Tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvinninq layihəsi müzakirə olundu. Rektor H. Məmmədov Qafqaz Universiteti və onun fəaliyyət istiqamətləri, eləcə də ölkəmizin təhsil sistemində tutduğu əhəmiyyətli mövqeyindən bəhs edib. Professor qonağa Azərbaycanda və Qafqaz Universitetində fəlsəfə və elmlər doktoru hazırlığından, ölkəmizdə elmin və elmə olan marağın yüksək olmasından eyni zamanda elmə olan dövlət qayğısından ətraflı məlumat verib.
Universitetin Elmi İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə prorektor professor Niftalı Qocayev Qafqaz Universitetinin həyata keçirdiyi beynəlxalq layihələrlə əlaqəli ətraflı məlumat verib.
Qeyd edək ki, Tvinninq layihəsi Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniyanın Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Agentliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Tvinninq layihəsi Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniyanın Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Agentliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Layihənin məqsədinə uyğun olaraq, görüşdə Universitetin müvafiq sahələri üzrə nümayəndələri, Elmi İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə prorektor professor Niftalı Qocayev, Qutexnopark-ın direktoru dosent İsa Qasımov, Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Üzeyir Bağırov da iştirak etiblər.
Sonar isə, ekspert Lisa Coweyin sualları cavablandırıldı.
Müzakirələrdən sonra, qonaqlar Universitetin maddi-texniki bazası və elmi tədqiqat fəaliyyətləri, eləcə də QUTechnoparkla (Qafqaz Universiteti Texnoparkı) tanış oldular.

http://azedupress.com/?p=6654