Bu dəfə onlar 60 dəqiqədə Instagram proqram təminatı yaradacaq

Bu dəfə onlar 60 dəqiqədə Instagram proqram təminatı yaradacaq

Oktyabrın 29-da, saat 11:00 da Qafqaz Universitetində Grails Azerbaijan User qrupunun “Build Instagram with Groovy and Grails in 60 minutes”  adlı növbəti tədbiri keçiriləcək.

Bu barədə Xeberler.az-a Grails Azerbaijan User Qrupunun qurucusu və rəhbəri Ziya Əsgərov məlumat verib. 

Onun sözlərinə görə, tədbirdə ilk olaraq Grails proqramı haqda iştirakçılara  məlumat veriləcək. Daha sonra onlara 60 dəqiqə ərzində Groovy və Grails
proqramı ilə Instagram proqram təminatı yazmaq tədris ediləcək.

Tədbir 4 mövzunu əhatə edəcək və ümumi olaraq 3 saat davam edəcək:

 

-JAVA Reflection API- 45 dəqiqə

-RESTful Web Services in Grails -45 dəqiqə

-Introduction to Grails-45 dəqiqə

-Build Instagram with Groovy and Grails- 60 dəqiqə

Qeyd edək ki, 60 dəqiqə ərzində sıfırdan Instagram Web Application yazılacaq.  İştirakçılara verilənlər bazasının yaradılması, kodlaşdırma və s. prossesler mərhələ-mərhələ təqdim ediləcək.

Program Instagram-ın in dizayni üzərində yazılacaq. Yazılacaq  proqram real serverə yüklənəcək. Nəticədə iştirakçılar www.instagramdemo.com ünvanından linkə daxil olaraq Instagram hesabı aça biləcək.

Qeyd edək ki, proqram təminatı hazırlananrkən aşağdakı texnologiyalardan istifadə ediləcək:

-Groovy Programming Language

-Grails Framework 

-JAVA Programming Language

-JAVA Enterprise Edition

-Spring Framework

-Apache Tomcat Application Server 
Hibernate

-GORM (Grails Object Relational Mapping)

-JVM

-MySQL

Tədbirdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçə bilər. 

Tədbirin sonunda təqdim olunacaq hədiyyələrdən yalnız qeydiyyatdan keçən istifadəçilər faydalana bilər.

Bundan əvvəl  Twitter proqram təminatının yaradılması üçün belə seminar təşkil edilib.