Gamebuy.az yeni uğuru

Gamebuy.az yeni uğuru

Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən Gamebuy.az sahə üzrə yeni bir uğura imza atmışdır.

Azərbaycanda son illərdə yayılmaqda olan original oyun mədəniyyəti, bu irəliləyişə təkan verəcək Game Portal'ın olmaması səbəbilə bir sıra çətinliklərlə üzləşirdi. Bu çətinliklərin qarşısını almaq üçün original məhsulları təhlükəsiz və zəmanətli formada təqdim edən Gamebuy.az və oyun, film, texnologiya dünyasını cihazlara daşıyan Gameİnfected Media artıq güclərini birləşdirir. Tezliklə komanda yeni əməkdaşları ilə birgə layihələrini təqdim edəcəkdir.

Qeyd edək ki, Gamebuy.az  QU Texnoparkın həyata keçirdiyi Yeni Fikir 2016 Müsabiqəsində beşinci yeri qazanaraqQU Texnopark dəstək paketi, o cümlədən Türkiyədə 15 günlük təlim imkanı əldə etmişdir.