Azərbaycanda peşə təhsilinin inkişafı

Azərbaycanda peşə təhsilinin inkişafı

QU Texnoparkın Layihələrin İnkişafı və Texnoloji Transfer Departamentinin rəhbəri Zəfər Həsənov 6-10 iyul tarixlərində Almaniyanın Maqdeburq Universitetində Görüşdə olmuşdur. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federativ Nazirliyini təmsilən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı ofisi tərəfindən təşkil olunan Görüş regional xarakter daşıyırdı. Azərbaycandan Qafqaz Universiteti, ADA, AR Təhsil Nazirliyi, GIZ Baku nümayəndələrinin iştirak etdiyi görüşün məqsədi Azərbaycanda peşə təhsilinin inkişafı olmuşdur.


Əsmər Həşimli