"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı

"Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” seminarı

May ayının 21-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Xəyal Məmmədxanlının təqdimatında baş tutdu.   Seminar “Müasir rəqabətdə sağ qalmağın və böyüməyin yolları” mövzusunda idi. Xəyal bəy dinləyicilərin diqqətini müasir biznesin yeni norma və qaydaları, korporariv idarəetmənin önəmi, yeni satış siyasəti, ictimaiyyətlə professional əlaqə qumağın əhəmiyyəti kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.
Qeyd edək ki, Xəyal Məmmədxanlı ARK Business Solutions şirkətinin rəhbəri, biznes məsləhətçisi və təlimçidir.