"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı

"Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual” seminarı

May ayının 28-də QUTechnopark tərəfindən gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Seymur Rəsulovun təqdimatında baş tutdu. İgiliscə olan seminar “Gələcəyinizi müəyyən etmək üçün 3 əsas sual" mövzusunda idi. Seymur bəy uğurlu olmaq üçün lazımi xüsusiyyətlərdən, missiyaya sahib olmağın önəmindən, uğur üçün yol xəritəsi müəyyən etməli olduğumuzdan, tez-tez "Mən haradayam?" sualını özümüzə verməli olduğumuzdan bəhs etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.
Qeyd edək ki, Seymur Rəsulov EBSCO-nun regional meneceri, Noww platformasının həmtəsisçi və icraçı direktoru və ilk Azərbaycanlı TED spikeridir.