“Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib

“Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib

Bakı Biznes Mərkəzində Qafqaz Universitetinin Texnoparkının təşkilatçılığı ilə “Yeni fikir” müsabiqəsinin final mərhələsi keçirilib.

Universitetin rektoru Ahmet Saniç dedi ki, bu müsabiqə “QUTechnopark”ın təşkil etdiyi ən böyük layihələrdən biridir.Yeni Fikir Müsabiqəsi innovativ sahibkarlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da elmi tədqiqatlarda, eləcə də intellektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Müsabiqə  təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Digər çıxışlarda da qeyd olundu ki,layihə yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlərə başlanğıc ideyası, mobil proqramlar, internet, proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə üçün informasiya texnologiyaları və s. daxildir.

Bildirildi ki,müsabiqəyə qatılmaq üçün 211 layihə qeydiyyatdan keçib. Onlardan 30-u yarımfinala vəsiqə qazanıb, 13 layihə final mərhələsində yarışırb. Hər bir layihənin təqdimatı üçün on dəqiqə vaxt ayrılıb. Müəlliflər beş dəqiqə ərzində layihəni təqdim edib, qalan beş dəqiqə ərzində isə münsiflər heyətinin suallarını cavablandırdılar.

Sonra final mərhələsi üçün seçilən layihələrin təqdimatı oldu. Onlardan 5-i müsabiqənin qalibi seçildi və mükafatlandırıldı.

http://www.aztv.az/readnews.php?lang=az&id=25177