Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

Yeni Fikir 2016-nın qalib startapları açıqlandı

Məlumat verdiyimiz kimi, bu gün Bakı Biznes Mərkəzində Yeni Fikir 2016 müsabiqəsinin final mərhələsi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə finala seçilmiş 13 startap layihəsi münsiflər qarşısında təqdimat edib.

Yeni Fikir 2016-da

1-ci yeri Kvotter layihəsi qazanıb. Qeyd edək ki, layihənin rəhbəri Xercim.az- iKeboon layihəsindən tanıdığımız Orxan Əhmədovdur. Komanda isə startapçı, KVAN kitabının müəllifi Cosqun Kərimov və Nicat Əsədov, Tural Mehdiyev, Ziyəddin Ovçiyevdən ibarətdir.

 

2-ci yerə isə Flapus layihəsi layiq görülüb. Layihənin rəhbəri Murad Ələkbərovdur.

3-cü yerə MiniLab (Rəşid Əliyev)

4-cü yerə Spinal (Fidan Rüstəmova)

5-ci yerə Gamebuy (layihə rəhbəri Seymur Həşimov) komandası seçilib.

Qalib layihələrin iştirakçıları 5 min Avro, Almaniya və Türkiyə Texnoparklarında 15 günlük təlimlər və Sup.az və QUTechnopark İnkubasiya mərkəzlərində 1 illik pulsuz istifadə imkanları əldə edib.

Qafqaz Universiteti texnoparkı (QUtexnopark)  innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə hər il Yeni Fikir müsabiqəsi təşkil edir.

Məltəm Talıbzadə

http://xeberler.az/new/details/yeni-fikir-2016-nin-qalib-startaplari-aciqlandi--15443.htm