Yeni Fikir 2016 – nın final mərhələsi keçirilib

Yeni Fikir 2016 – nın final mərhələsi keçirilib
Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra, finala vəsiqə qazanmış startap komandaları layihlərini təqdim etdi.  Proqramın sonunda, qaliblərə mükafatlar təqdim olundu. Müsabiqədə birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, o cümlədən Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırıldı. Birinci yerin sahibi əlavə olaraq "Sup.az" tərəfindən 5000 Avro qranta da layiq görüldü. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark dəstək paketi, o cümlədən Türkiyədə 15 günlük təlim imkanı əldə etdi. Beləliklə, 211 layihə arasından qalib seçilmiş layihələri aşağıdakılardır:
1-ci yeri qazanan layihə: Kvotter
2-ci yeri qazanan layihə: Flapus
3-cü yeri qazanan layihə: MiniLab
4-cü yeri qazanan layihə: Spinal
5-ci yeri qazanan layihə: Gamebuy.az
Qeyd edək ki, artıq 4-cü dəfədir ki, keçirilən YFM-nin əsas məqsədi innovativ sahibkarlığı təbliğ etmək və onun inkişafına dəstək verməkdir. YFM 2016 Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı, həmçinin "Khazar Ventures" "Sup.az" və "KOÇ Sistem Azərbaycan" şirkətlərinin partnyorluq dəstəyi ilə keçirildi. Yeni Fikir Müsabiqəsi 2016 Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Universiteti Texnoparkı (Qutexnopark), Azərbaycanda innovasiya iqtisadiyatının inkişafına dəstək vermək üçün, 2013-cü ildə təsis edilib. Qutexnoparkın fəaliyyətləri əsasən iki istiqamətdə təşkil edilir:
1. Sahibkarlıqda innovasiya: - Bu istiqamət əsasında mövcud sahibkarlıq fəaliyyətləri olan şirkətlərlə (rezidentlərlə) birlikdə innovasiyaların formalaşması və tətbiqi prosesi həyata keçirilir.
2. İnnovasiya sahibkarlığı: Bu istiqamətdə həyata keçirilən işlər, yeni iş fikirlərini inkişaf etdirərək yeni şirkətlərin qurulması, eləcə də sahibkarların formalaşmasına, başqa sözlə desək, startapların inkişafına dəstək verməkdən ibarətdir. Bu istiqmətin səmərəli təşkil edilməsi üçün Qutexnopark Yeni Fikir Müsabiqəsini (YFM) təsis etmişdir. YFM 2013-cü ildən etibarən innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir. YFM təşəbbüskar gənclərlə iş dünyası, eləcə də investorlar arasında real körpü rolunu oynayır. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan
Respublikasında yaşayan hər kəs iştirak edə bilir.