“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı

“Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” seminarı

  May ayının 12-də QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Azərbaycan Respublikası Vergilər Nazirinin müşaviri professor Akif Musayev iştirakçılarla “Azərbaycanda vergi sistemi və iqtisadi inkişaf” sualı ətrafında müzakirələr apardı. Akif bəy dövlətimizdə vergi sisteminin spesifik xüsusiyyətləri, gündəlik həyatda iqtisadi həllər, iqtisadi inkişafa aparan amillər, iqtisadiyyatın uğurlu gələcəyi hazırki nəsillərdən nə tələb edir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların vergi və iqtisadiyyatın qarşılıqlı əlaqəsi mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı.