“4-cü Qafqaz Biznes Forumu”

“4-cü Qafqaz Biznes Forumu”

May ayının 12-də Qafqaz Universitetində “4-cü Qafqaz Biznes Forumu” keçirildi. “Azərbaycanda texnoloji sahibkarlığın gələcəyi” mövzusuna həsr olunan forum universitetin rektoru Ahmet Saniç və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Chang-gyu'nun açılış nitqləri ilə başladı. Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin təşkil etdiyi foruma Qafqaz Universiteti Texnoparkı, Yüksək Texnologiyalar Parkı, Baku Business Factory, Barama Azercell, Next Step İnnovasiya Mərkəzi, Applab Bakcell kimi ölkənin innovasiya üzrə aparıcı müəssisələri qatılmışdır. Qeyd edək ki, forumda QU Texnopark Layihələrin Inkişafı və Texnoloji Transfer şöbəsinin rəhbəri Zəfər Həsənov “Azərbaycanda akseleratorlar və inkubatorlar üçün strategiyaların irəli sürülməsi” və “Startap ekosistemi üçün Azərbaycan universitetlərinin öhdəlikləri” mövzularında maraqlı çıxış etdi.

Əsmər Həşimli