"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda

"Rainpath" şirkətinin prezidenti QU Texnoparkda

  Aprel ayının 11-də QU Texnopark tərəfindən həyata keçirilən "Təşəbbüskarlıq seminarları" silsiləsindən növbəti təlim baş tutdu. Seminar ABŞ-ın “Rainpath” şirkətinin prezident və təsisçisi Bill Finneqan tərəfindən keçirildi. Cənab Finneqan "Strategiya və sahibkarlıq planlaşdırması" adlı görüş əsnasında sahibkarlığa başlamaq üçün səbəblər, özünü analiz etməyin önəmi, biznes ideyası tərkib hissələri, biznes planın nə dərəcədə əhəmiyyətli olması, markanın biznes mahiyyəti, netvorkinq, müştəri və işçilərin gözləntiləri, mentorun rolu, qarşıya çıxan çətinliklər məsələlərinə toxundu. Görüşün sonunda QU Texnopark, həmçinin universitetimizin tələbə-müəllim heyəti və digər qonaqlar spikerə öz suallarını ünvanladı.