“İş dünyası bizdən nə gözləyir?” seminarı

“İş dünyası bizdən nə gözləyir?” seminarı

  Aprel ayının 6-da QU Texnopark tərəfindən təşkil olunan “Təşəbbüskarlıq seminarları” çərçivəsində növbəti görüş həyata keçirildi. Seminarda Woodpecker şirkətinin təsisçisi və baş icraçı direktoru Əliyar Əliyev iştirakçılarla “İş dünyası bizdən nə gözləyir?” sualı ətrafında müzakirələr apardı. Əliyar bəy bir liderin spesifik xüsusiyyətləri, İnnovasiyaların əhəmiyyəti, gənclərdə startap yanaşmasının artırılması, iş dünyası gənc kadrlardan nə gözləyir, iş dünyasının təhsil müəssisəlırindən gözləntiləri, missiya niyə önəmlidir kimi məsələlərə toxundu. Seminar əsnasında spiker iştirakçıların suallarını cavablandıraraq onların sahibkarlıq mövzusu barədə daha əhatəli düşünməsinə şərait yaratdı.

Əsmər Həşimli