“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi

“İnamla danış! Uğurlu çıxışın üç sirri” adlı seminar keçirildi

Aprel ayının 23-də, QUTechnopark tərəfindən, gənclər arasında innovasiya sahibkarlığını təşviq etmək məqsədi ilə, həyata keçirilən “Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar Rəşad Bayramovun təqdimatın baş tutdu.   Seminar “İnamla danış! Uğurlu çıxışın üç sirri” mövzusunda idi. Rəşad bəy dinləyicilərin diqqətini çıxış zamanı həyəcanı necə cilovlamaq olar, auditoriya ilə dialoqu necə qurmaq olar, əhvalat danışmaq nitqinizə hansı dəyəri gətirir kimi məqamlara cəlb edərək mövzunu izah etdi. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında həyata keçirildi.

        Qeyd edək ki, Rəşad bayramov ABŞ-ın Roçester Texnologiya İnstitutunun məzunu, eləcə də Kommunikasiya və auditoriya qarşısında çıxışlar üzrə ekspert-məşqçidir.