Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru QU Texnoparkda

Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru QU Texnoparkda

  Aprel ayının 4-də Turqut Özal Universiteti Keyfiyyətin təminatı üzrə direktoru İlyas Ülgür bəy ”Təşəbbüskarlıq seminarları” silsiləsindən növbəti seminar verdi.  QU Texnoparkın təşkil ediyi seminar “Avropa birliyi təhsil və araşdırma layihələri, keyfiyyətin təminatı və təhsil nailiyyətləri” mövzusunda idi. Ülgür bəy semihnarda Erasmus+ proqramı, universitetlər üçün standart veb səhifə, beynəlxalq universitetin xüsusiyyətləri, dərs metodikaları, boloniya sistemi kimi mövzulara toxundu. Görüş auditoriya ilə qarşılıqlı fikir mübadiləsi və sual-cavab halında da həyata keçirildi.

Əsmər Həşimli