"Yaddaş və planlama" seminarı

"Yaddaş və planlama" seminarı

  Mart ayının 12-də Qafqaz Universiteti Texnoparkında Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. "Yaddaş və planlama" seminarı Flapus tətbiqetməsinin baş icraçı direktoru, AtaHoldinqdə strateji marketinq üzrə rəhbər Murad Ələkbərov tərəfindən həyata keçirildi. Murad bəy mövzunu yaddaşın xüsusiyyətləri, günün planlaşdırılması, "Flapus" həllinin dəstəyi, "Məhsuldarlıq" tətbiqetmələri aspektlərindən izah etdi. Murad bəy həmçinin plansız məqsədin nəticəsiz qalmasından, hədəfə nail olmaq üçün atılmalı addımlardan, işin icrası üçün mühüm olan xüsusiyyətlərdən bəhs etdi. Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı tərəfindən mütəmadi olaraq həyata keçirilən Təşəbbüskarlıq seminarlarında ekspertlər öz təcrübələrini bölüşür və bu seminarlarda arzu edən hər kəs iştirak edə bilər. 
Əsmər Həşimli