"Sup.az"ın dəstəyi ilə biznesini qur

"Sup.az"ın dəstəyi ilə biznesini qur

Dekabr ayının 18-də Sup.az-ın QU Texnoparkda təqdimatı oldu. Direktor, Sup akselerator Nail Vəliyevin təqdimatında keçən seminarda Sup.az iş prinsipi, üzvlük qaydaları barədə məlumat verildi. Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək, beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları müzakirə edildi. Auditoriyanın geniş marağına səbəb olan təlimin sonunda şirkətin həmtəsisçisi Məmməd Kərim startapların öz ideyalarını həyata keçirmək üçün əsas məsuliyyətlərini dilə gətirdi.

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

• "Sup.az" nədir?
• Startapların ölkədə və ölkə xaricində böyüməsinə real dəstək imkanları
• Beynəlxalq startap ekosisteminə inteqrasiya imkanları
 
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.