"Texnologiya dünyanı hara aparır" seminarı

"Texnologiya dünyanı hara aparır" seminarı

Noyabr ayının 14-də QUTechnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminar baş tutdu. Goldenpay OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən "Texnologiya dünyanı hara aparır" adlı seminar keçirildi. Fərid bəy təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs etdi. Auditoriyanın böyük marağına səbəb olan təlim iştirakçıların bir çox suallarına cavab tapmasına səbəb oldu.

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.


Əsmər Həşimli