Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq

Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq

QUTexnopark tərəfindən təşkil olunan Təşəbbüskarlıq seminarlarından sonuncusu may ayının 2-də həyata keçirilmiş “Qlobal iqtisadi böhran dövründə ictimai təşəbbüskarlıq” adlı təlim olmuşdur. Görüş ARI Life şirkətinin təsisçisi, ictimai təşəbbüskarlıq və sosial marketinq üzrə təlimçi Rauf Əliyev tərəfindən keçirildi. Dövrümüzün aktual mövzusuna həsr olunmuş görüşdə Rauf bəy qiymətli idea, keyfiyyətli insan,güclü komanda arasındakı əlaqə; marketinq, satış yoxsa Fandrayzinq? Vaxtımıza, düşüncələrimizə, cibimizə nəzarət edə bilirikmi? nəğd qıtlığı zamanı nəğd vəsait formalaşdırmağın yolları; hər bir təşəbbüskarı düşündürən mövzu- ROİ; yeni əsrin texnlogiyalarının rəngi- yaşıl kimi mühim məsələlərdən bəhs etmişdir.

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.