Anar Rüstəmovun təqdimatında seminar

Anar Rüstəmovun təqdimatında seminar

QUTechnoparkın təşkilatçılığı ilə keçirilən Təşəbbüskarlıq seminarları silsiləsində növbəti görüş keçirildi. Bu dəfə təlimçimiz QU Texnopark rezidenti İTB World şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim doktor Anar Rüstəmov olmuşdur. Anar bəy Effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriyaları (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümmumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi IT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxundu.

Əsmər Həşimli